Bazar günü günü, 15 noyabr 2026
     

Güneyli soydaşlarımızdan İran hakimiyyətinə növbəti sərt xəbərdarlıq gəldi

Image


“İran, sənin cəsarətin varmı?” Bu sualı İranın Şərqi Azərbaycan vilayətindən olan azərbaycanlı fəal Alparslan Çöhrəqanlı “İnstagram” səhifəsindən yaydığı videoda səsləndirib. O, Azərbaycan və İran arasında artan gərginlik fonunda birincini  müdafiə edir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə dünyanın müxtəlif yerlərində yaşayan İrandan olan azərbaycanlı fəallar Azərbaycana dəstək kampaniyasına başlayıblar. Onlardan biri olan Bulud Ələmdar deyir ki, İranın daxilində fəallar və sadə xalq Azərbaycan və İran arasındakı gərginliyi narahatlıqla izləyir və ümid edirlər ki, iki ölkə siyasətçiləri gərginliyi yoluna qoyacaq: “Biz fəallar hazırıq, gərginlik bir az da artsa, meydana enəcəyik”. O, birmənalı şəkildə Azərbaycanı dəstəklədiklərini də qeyd edir. Cənubi Azərbaycandan olan fəallar bildirirlər ki, Tehran Qarabağa qanunsuz yüklər göndərir, bundan başqa, Azərbaycanı əlində fakt olmadan İsraillə İrana qarşı əməkdaşlıqda ittiham edir. O da xatırlanır ki, İran tərəfi bu günlərdə Azərbaycan sərhədində hərbi təlimlər keçirib və İranın ali dini lideri Ayətulla Əli Xamneyiyə bağlı rəsmi şəxslər “Twitter”də Azərbaycanın əleyhinə bəyanatlar yayıb. Bulud Ələmdar bildirir ki, bu mövzular aktuallaşandan sonra İrandakı fəallar müxtəlif telefon zəngləri alırlar: “Zəng edib bizimkilərə deyirlər ki, Azərbaycanla işimiz yoxdur, bizim işimiz İsraillədir”. Amma məsələ bundadır ki, Azərbaycanda İsrail yoxdur. İran Azərbaycanında yaşayan ictimai fəal Nəcəf Neməti “Amerikanın səsi”nə müsahibəsində Tehranın siyasətini tənqid edib. İran ordusunun Araz çayı boyunca hərbi təlim keçirməsi barədə fikirlərini və müşahidələrini bölüşən güneyli ictimai fəal qeyd edir: “İran hakimiyyətinin yandaşları, bəzi muxalifət qrupları və İran azərbaycanlıları İranın keçirdiyi hərbi təlimə üç fərqli mövqedən yanaşırlar. İran hakimiyyəti bu hərbi təlimləri Azərbaycan ərazisində "üçüncü dövlətin qüvvələrinin yerləşdırılməsinə qarşı hazırlıq" olaraq keçirdiyini iddia edir. Amma belə qüvvələrlə bağlı heç bir sübut təqdim edə bilmir. İran hökumətinə müxalif olan bəzi cərəyanların mövqeyi həm İranda yaşayan türklərin hüquqları mövzusunda, həm də Azərbaycan dövlətinə qarşı məsələdə hakimiyyətlə eynidir. Amma onlar azlıq təşkil edir. Üçüncü kateqoriyaya İranda yaşayan Azərbaycan türkləri aiddir. Bu icma aksiyalar keçirməklə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövlətinə dəstək verib”. Nəcəf Nemətinin dediyinə görə, İranın Azərbaycanla sərhəd bölgələrində İkinci Qarabağ müharibəsi zamanı hərbi qüvvələrini artırması İran Azərbaycanında yerli əhalinin narazılığına səbəb olub. Onun sözlərinə əsasən, İran hərbi qüvvələri bölgədəki kəndlərin məktəb binalarına yerləşdirmiş, bu isə tələbələrin və ailələrin narazılığına səbəb olmuşdu: “Keçən il bölgəyə hərbi qüvvələr yerləşdirilərkən məktəblərdən istifadə edilmişdi”. Əslən İran Azərbaycanının Xudafərin bölgəsindən olan ictimai fəal bu bölgədə yerləşən qız məktəbinə keçən ildən bəri hərbi qüvvələrin yerləşdirildiyini bildirərək, qız uşaqlarının təhsilinə əngəl törədildiyini deyib. O, həmçinin, Araz çayı sahillərində vətəndaşların və turistlərin səyahət etməsinə də əngəl törədildiyini bildirib: “Milyonlarla insanın həsrəti olan Xudafərin körpüsünə artıq yaxınlaşmaq belə mümkün deyil, halbuki, Cəbrayıl Ermənistan işğalında olduğunda eyni körpünün kənarlarına getməyə heç bir maneə yox idi. İnsanların beynində sual yaranır ki, nədən İran indi belə davranır?”. Nəcəf Nemətinin verdiyi məlumata görə, hərbi təlim üçün yerləşdirilən hərbi qüvvələr bölgəni tərk edib, lakin hələ də keçən ildən bəri yerləşdirilən hərbi texnika və qüvvələr bölgədə mövcuddur.

O xatırladır ki, keçən il Qarabağ müharibəsi vaxtı İrandakı azərbaycanlı fəallar Təbriz və Tehranda kütləvi aksiyalar keçirib hökumətin Ermənistana silah ötürülməsinə razılıq verməsinə etiraz edirdilər. Hökumət isə Ermənistana silah ötürülməsi barədə iddiaları rədd edib bu aksiyaları dağıdırdı.

İran Azərbaycanından olan və hazırda Türkiyədə yaşan jurnalist Taha Kermani deyir ki, həmin dövrdə saxlanan fəalların cinayət işi hələ qapanmayıb və Təbrizdə və digər böyük şəhərlərdə son günlər həmin şəxslər yenidən ya dindirilməyə çağırılıb, ya da saxlanıb. O qeyd edir ki, İran hakimiyyəti azərbaycanlıların fəallığına həssaslıqla yanaşır: “İranda bir çox fəal hökumətin Suriyadakı siyasətinə etiraz elədi, amma İran heç bir zaman siyasətini dəyişmədi, Qarabağ məsələsində isə ritorikasını dəyişmək məcburiyyətində qaldı. Yəni İran türkləri son dərəcə önəmli bir gücə sahibdirlər. Bundan başqa, Güney Azərbaycanında olanlar həssaslıqla təqib edilir”. İlk dəfə deyil ki, İrandakı azərbaycanlılar təzyiqə məruz qaldıqlarını bildirirlər. Onlar uzun illərdir ana dilində təhsil və başqa milli hüquqları uğrunda mübarizə aparır və zaman-zaman bununla bağlı İran hökumətinin sərt tədbirləri ilə üzləşdiklərini deyirlər. Elə bu günlərdə İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan 12 vətəndaşa Qarabağa dəstək mitinqində iştirak etdikləri üçün 15 il həbs və 888 şallaq cəzası verilib. Məhkəmə tərəfindən verilən hökmə görə, cəza alan vətəndaşlar "vəzifədə olarkən polisə qarşı üsyan qaldırmaq" ittihamı ilə hər biri 7 ay 16 gün, eləcə də "qarışıqlıq yaradaraq ictimai asayişi pozmaq" ittihamı ilə 7 ay 16 gün həbs cəzası və həmçinin 74 şallaq cəzasına məhkum edilib. Bu vətəndaşlar, həmçinin, Ərdəbil İnqilab Məhkəməsində “ali dini lideri aşağılamaq” və “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olma” ittihamları ilə də mühakimə ediliblər. Lakin güneyli soydaşlarımız bildirir ki, belə addımlarla İran hakimiyyəti özünə qarşı yeni qəzəb dalğası yaradır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ