Bazar günü günü, 15 noyabr 2026
     

Şuşada nə Qazançetsots kilsəsi - həyasız erməni yalanları bitmək bilmir…

Image


Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycana qarşı əsassız ittihamlarını davam etdirir və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün yanlış informasiyalar yayırlar. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan iddia edir ki, guya bir il əvvəl Şuşadakı Qazançı kilsəsi (ermənilər ona Qazançetsots adı verib) Azərbaycan Silahlı Qüvvələri tərəfindən “bombalanmaya” məruz qalıb, “dağıdılıb”.

Guya Müqəddəs Xilaskar Qazançetsots Kafedralı zərər çəkib. “Azərbaycan postmüharibə dövründə də Müqəddəs Xilaskar Qazançetsots Kafedralın erməni kimliyini təhrif etmək cəhdlərini davam etdirir” iddiasında olan Ermənistan XİN-in sözçüsü sonra qeyd edir ki, Qarabağda 1500-ə yaxın mədəni abidəni Azərbaycan “özününküləşdirib, yaxud memarlıq quruluşunu dəyişdirib”.

Hər addımbaşı beynəlxalq hüquqa zidd addımlar atan, bütün beynəlxalq konvensiyaları pozaraq cinayətlər törədən Ermənistan öz əməllərini “unudub”. Azərbaycan irsini dağıdıb məhv edərkən, milli indentikliyini silərkən heç Silahlı Münaqişələr zamanı Mədəni İrsin Qorunmasına dair Haaqa Konvensiyasına (1954) və İkinci Protokoluna (1999) və sairə əhəmiyyər vermədi, indi özü o sənədlərdən dəm vurur...

Əlbəttə, Ermənistan XİN-in sözçüsünün bütün bu iddiaları cəfəngiyyatdan və erməni böhtanından başqa bir şey deyil. Ermənistan son 30 ildə Qazançı kilsəsini mənimsəmək üçün saxtakarlıq qalmayıb etməsin, sonda da onun adını dəyişib.

  • Qasım Hacıyev: “Əslində bu narahatlığın səbəbi ziyarətdən kənarda qalmaqları deyil, səbəb adət etdikləri kimi yenə də Azərbaycanın haqq işlərinə qara yaxmaq, böhtan atmaqdır”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Ermənistan saxtakarlıq edir: “Конец формы

Ermənistan Xarici İşlər Nazirliyi mətbuat katibi Vahan Hunanyan bəyanat verib: “Erməni Kilsəsinin keşişləri və davamçıları sərbəst şəkildə Şuşidəki Qazançetsots məbədinə girməlidirlər.”

Vahan Hunanyanın narahatlığının səbəbi tamamilə başqadır. Ermənistanın məğlubiyyətinin acılarına dözə bilməyən qaraguruhçular revanşizmin mümkün olmadığını dərk edərək, indi də abidəpərəstlik ideyası yaradır, azərbaycanlıların haqq işinə mənəvi zərbə vurmaq istəyirlər. 

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyanın "Armenpress"də gedən bəyanatında Azərbaycanın Şuşa şəhərinin adını təhrif edərək “Şuşi” adlandırması qəribə olduğu kimi, Azərbaycanın bu doğma ərazilərinə xalqımızı həsrət qoyan ermənilərin Qazançetsots kilsəsinə ziyarəti üçün tələsmələri və çox “narahatlıq keçirmələri” də maraqlıdır. Əslində bu narahatlığın səbəbi ziyarətdən kənarda qalmaqları deyil, səbəb adət etdikləri kimi yenə də Azərbaycanın haqq işlərinə qara yaxmaq, böhtan atmaqdır. Bu yerdə yadıma azərbaycanlıların bir el məsəli düşür: - “Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız”. Ermənistanın müharibədən ağır vəziyyətdə çıxmasını, iqtisadiyyatda böhranını, sosial-siyasi cəhətdən ağır şəraitlərini təhlil etmək, düşünərək nəticələr çıxarmaq, ölkəni inkişaf yoluna çıxarmaq əvəzinə hər bir sahədə revanşizmlə, lazımsız, vaxtı çatmamış məsələləri ortaya atmaqla baş qatırlar. Ən yaxşısı odur ki, hələlik vəziyyət düzələnə - sülh sazişi bağlanana qədər dözüb, Qazançetsots kilsəsinə getmədən yerlərində oturub allaha şükür, Azərbaycan ordusuna dualar etsinlər. Bunun səbəbini də başa düşməyə çalışınlar.

Beynəlxalq hüququn kobud şəkildə pozulduğunu, ümumbəşəri dəyərlərə zidd hərəkətlərin qəti şəkildə qınanması misal çəkən Ermənistan Xarici İşlər Nazirliyinə xatırlatmaq lazımdır ki, hələlik vaxtilə (1441-ci ildə) ermənilərə verilmiş Azərbaycanın tarixi ərazisində yerləşən Eçmiədzini ziyarət etsinlər. Zamanı gələndə Şuşadakı kilsəyə də gələ biləcəklər. Ancaq onu da unutmamalıdırlar ki, Azərbaycanın Qarabağ regionunda mövcud olan abidələr nə erməniyə, nə də Ermənistana məxsus deyil. Necə ki, nə Arsak, nə də Qarabağ ermənilərə aid deyil, bu abidələrin də ermənilərə heç bir aidiyyəti yoxdur.

V.Hunanyan xatırlamır ki, 44 günlük İkinci Qarabağ müharibəsində bir dəfə də olun dinc əhalinin yerləşdiyi məskənlərə atəş açmayan Azərbaycan Ordusu kilsəni nişan almazdı, almayıb da. Vaxtilə Azərbaycanın müxtəlif şəhərlərində dəfələrlə müsəlman dini məbədlərində azərbaycanlıların kütləvi qırğınını törədən ermənilərdən fərqli olaraq, bunu azərbaycanlılar heç vaxt etməyib. Əgər Azərbaycan ermənilərin mövcud izlərini itirmək istəsə idi, ermənilərə məxsus kilsəni paytaxt Bakı şəhərində saxlamazdı. Əslində Qarabağda olan xristian məbədlərini də Azərbaycan dövləti, azərbaycanlılar qoruyub saxlayıb. Heç bir abidəni ermənilər kimi saxtalaşdırmayıb, dağıtmayıb. Beynəlxalq təşkilatların konvensiyalarından dəm vuran V.Hunanyan ermənilərin abidələrə qarşı vandalizm aktları törətdiklərini unudur. Öz niyyətini gizlətmədən bu abidəyə ermənilərin ziyarətə gəlməsinə şərait yaradılmasını arzulayan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hunanyan unudur ki, bu abidələr Ermənistan hərbi qüvvələrinin işğalı altında olanda çoxu unudulmuşdu. Yalnız bu kilsəni dünya ictimaiyyəti qarşısında nümayiş etdirməklə onlara xristian dininə çox bağlı olduqlarını göstərmək istəyirdilər”.

  • Faiq İsmayılov: “Ermənistan XİN bilir ki, UNESCO gec-tez bu bölgəyə missiya göndərəcək, onları qabaqlamaq üçün bu cür saxtakar bəyanatlar verir”

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü yalan danışır və bütün dünya Şuşada erməni kilsəsi olmadığını bilməlidir. “Son bir ildə Ermənistan bu cəfəng məsələni dəfələrlə qaldırıb. Şuşada erməni kilsəsi olmayıb. Bu birmənalı olaraq belədir. Ermənistan mətbuatı mütəmadi olaraq saxta dəlillər gətirərək, Şuşa şəhərində "erməni" kilsəsinin azərbaycanlılar tərəfindən "dağıdılacağı" barədə dezinformasiyalar yayır, bu saxtakarlıq azmış kimi indi də Ermənistan XİN-in mətbuat katibi ortaya çıxıb yalanların dozasını bir qədər də artırır. Ermənistan XİN-in mətbuat katibi yalandan şayiə yayır ki, guya “Qazançı” adlı kilsə erməni kilsəsidir. Ermənistan XİN bilir ki, UNESCO gec-tez bu bölgəyə missiya göndərəcək, onları qabaqlamaq üçün bu cür saxtakar bəyanatlar verir. Ermənistan çox yaxşı bilir ki, Azərbaycan silahlı qüvvələri Qazançı kilsəsini dağıtmayıb, kilsəni elə ermənilər özləri dağıdıblar. Bu faktdır. Hətta ondan əvvəl erməni mediası Şuşa şəhərində "Qazançılar" adlandırılan kilsənin 1722-ci ildə mövcud olmuş hansısa başqa bir kilsənin bünövrəsi üzərində Naxçıvanın Qazançı kəndindən gələn ermənilər tərəfindən inşa edilməsi iddiası ilə çıxış edirdi.

O zaman belə bir sual yaranır, əgər kilsə ermənilər tərəfindən tikilirdisə, niyə erməni qriqorian kilsəsi memarlığı üslubunda tikilmirdi? Axı, əslində ermənilərin Cənubi Qafqaza gəlişi I Pyotrun 1724-cü il noyabrın 10-da rəsmiləşdirilən fərmanından sonra başlanmışdı. 1828-ci il Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40000 erməni, 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırıldı.

Bu onu deməyə əsas verir ki, o dövrə qədər Şuşada erməni kilsəsinin mövcudluğu mümkün deyildi. Bu və ya digər tarixi həqiqətlər ermənilərin yalan danışdıqlarını sübut edir".

F.İsmayılov qeyd edib ki, Şuşa şəhərində keçən əsrin sonlarına qədər erməni kilsəsi mövcud olmayıb.

Şuşada rus pravoslav kilsəsinin yaranma tarixindən danışan mütəxəssis əlavə edib ki, 1805-ci ildə Qarabağ xanlığını devirməyə nail olan çar hökuməti, digər bölgələrimizlə bərabər, öz mənzil-qərargahını Şuşa şəhərində də yaratdı...

F.İsmayılov onu da dedi ki, Şuşa şəhərindəki Qazançı adlandırılan rus pravoslav kilsəsinin 1887-ci ildə belə inşa edildiyi barədə arxiv sənədləri mövcuddur. “Sonrakı illərdə daha bir dəyişikliyə məruz qalan rus kilsəsi mahiyyət etibarı ilə rus pravoslav kilsə memarlığının bütün qaydalarını özündə qoruyub saxlamışdır. Belə ki, kilsənin mərkəzi hissəsindəki qübbə sökülərək bir neçə metr hündürləşdirildi. Formalardakı fərq müqayisə edilərkən bu memarlıq üslubunun erməni qriqorian kilsəsinə məxsus olmadığı aydın şəkildə görünür.

Tədqiqatçı ekspertin bildirdiyinə görə, Qarabağda erməni kilsəsinin fəaliyyəti Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Parqev Martinosyanın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra başlamışdır. Bu fakt göstərir ki, Şuşada erməni Qriqorian kilsəsi olmayıb. Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılıb və bəzilərindən yem anbarı kimi istifadə olunub. SSRİ hökumətinin bu qərarından sonra Şuşadakı rus kilsələri də baxımsız və istifadəsiz qalıb. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olub. 1989-cu ildə Qarabağda erməni yeparxiyasının yaradılması və Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda kilsələrin erməniləşdirilməsinə və aktiv olmayan kilsələrin belə işlək vəziyyətə gətirilməsi siyasəti aparıldı, bu məqsəd üçün xarici ölkələrdə yaşayan ermənilərin maddi imkanlarından istifadə olunmağa başladı...”

O vurğuladı ki, ermənilər Şuşadakı Qazançı rus kilsəsinin 1995-2000-ci ildə memarlıq quruluşunu dəyişdirərək erməni qriqorian kilsəsinə çeviriblər.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ