Bazar günü günü, 15 noyabr 2026
     

İranda bəzi “mərkəzlərə” sığınmış dönük soydaşlarımız türk milli kökümüzə də əl atdı - bir ovuc monqol-səlcuq törəməsi...

Image


Teokratik rejimin əl buyruqçuları olan bəzi “mömin müsəlmanlar” son günlər də Azərbaycana qarşı təxribatlarını davam etdirir. Azərbaycandan İrana qaçan milli satqınlar, bəzi “dindar”lar Yutubda Azərbaycan xalqına “mesaj göndərirlər” ki, guya Azərbaycan əhalisi türk deyil, özünü türk sayanlar isə “bir ovuc səlcuq, monqol törəmələridir”.

Vaxtilə Qumda oxuyublar və molla rejimindən, onun xüsusi xidmət orqanlarından aldıqları təlimata uyğun olaraq Azərbaycanda təxribatlar, dini məzhəb ayrıseçkiliyi kimi yolverilməz əməllər törətmək üçün əllərindən gələni edirlər. Əslində isə milçək kimi könül bulandırmaqdan o yana gedə bilmirlər. Deyirlər ki, “dahi rəhbər”lərinin hər kəlməsinə əməl edib Azərbaycana mesaj göndərirlər. İranda oturub Azərbaycan xalqına, onun tarixi kökünə şər atmaq, hədyanlar yağdırmaq üçün canfəşanlıq edən bəzi “azərbaycanlılar” dövlətinə, xalqına xəyanətinin cəzasını çəkəcək. Onlar Azərbaycanın daxilində heç bir xaos, qarışıqlıq yarada bilmədilər və ədalət məhkəməsindən canlarını qurtarıb molla rejiminə sığındılar. Son günlər Azərbaycana “mesaj göndərən”lərin içində Şeyx Bəxtiyar Bayramov, Şeyx Sərxan Məmmədov və Şeyx Əli Qumi xüsusi canfəşanlıq edib, “rəhbər”in tapşırığını can-başla yerinə yetirmək üçün sanki yarışa giriblər. 

Ekspertlər deyir ki, bu gün molla rejiminin əlində oyuncaq olan və Azərbaycan dövlətinə və xalqına xəyanət etdiklərinə görə İran vətəndaşlığı, maaşla, dolanışıqla mükafatlandırılan bir qrup “mömin” zərərli təbliğatlarından qalmır, hətta polisi də, digər güc qurumlarını da “dindarlar”ı müdafiə etməyə çağırırlar.

  • “Düşmən dəyirmanına su tökən bu şəxslərin hamısı xəyanətkardır, onlara başqa ad vermək olmaz”

Tarixçi Pərviz Ağalarov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan xalqının tarixi kökünə böhtan atanların məqsədi suyu bulandırmaq, şər kampaniyasını genişləndirməkdən ibarətdir. Bu iddiaların heç bir əsası olmadığını deyən P.Ağalarov hesab edir ki, bu cür böhtanlar Azərbaycan cəmiyyətində bölücülük yaratmağa xidmət edir: “Azərbaycanda əhalinin mütləq çoxluğunu türk kökənli əhali təşkil edir. Eyni zamanda ölkəmizdə milli azlıqlar da yaşamaqdadır. 44 günlük müharibədə Azərbaycanda yaşayan bütün xalqlar çiyin-çiyinə döyüşdülər, qələbəmizdə bu faktor da mühüm rol oynadı.

Bu həmrəylik çoxlarını qorxudur və təbii ki, bəzi qüvvələr bundan çox narahatdırlar. Bu cür iddiaları irəli sürənlər Azərbaycanın zəiflədilməsi və parçalanmasında maraqlı olan qüvvələrdi.

XlX əsrdə çar Rusiyasının Azərbaycanın şimal torpaqlarını işğal etməsi yeni siyasi reallıqlar ortaya qoydu. Müstəmləkə zülmünə dirəniş nəticəsində milli ziyalılarımız Azərbaycançılıq ideyasını irəli sürdülər. Bu, xalqımızın özünü qoruma instinkti kimi də qələmə verilə bilər. Çünki din və dil fərqi olan bir imperiyanın müstəmləkə siyasəti xalqımızı assimilyasiya təhlükəsi qarşısında qoyurdu.

Daha sonra bu ideya üzərində "Türkçülük, çağdaşlaşma və islamçılıq” şüarı irəli sürüldü və Azərbaycan Xalq Cümhuriyyəti dövründə rəsmi ideologiyaya çevrildi, dövlət bayrağımızda da öz əksini tapdı. Azərbaycan adlı dövlətin yaradılması nə Rusiyanın, nə də İranın maraqlarına heç vaxt daxil olmayıb. Ona görə də sovet tarixşünaslığı  Azərbaycanın şimal hissəsində yaşayan əhalinin türk olmaması və yalnız Xl əsrdə səlcuq-oğuz axınları nəticəsində “türkləşməsi” tezisini irəli sürdü.

1925-ci ildə Pəhləvilərin hakimiyyətə gəlişi ilə Azərbaycanın cənubunda da bu məsələ paniranizm nöqteyi-nəzərindən şərh edilməyə başladı. Yəni Azərbaycanın əhalisi “türk olmayıb” və hansısa “irandilli kökə malikdir”, zorla türkləşdirilib və sair”.

Necə oldu ki, XI əsrdə Səlcuqların gəlişi ilə məhz Azərbaycan əhalisi türkləşdi, farslar, ərəblər və başqa xalqlar türkləşmədi. Bu imperiyanın sərhədləri Mərkəzi Asiyadan, Əfqanıstandan Suriyaya qədər idi. Necə oldu ki, Azərbaycan əhalisi türkləşdi? –deyə P.Ağalarovdan soruşduqda o qeyd etdi ki, bu, quru və boş iddiadan başqa bir şey deyil: “Bunlar hamısı cəfəng şeylərdir. Məqsəd nədir? Azərbaycanı türk kökündən ayırmaq, türk dünyası ilə bağlarından qoparmaqdır. Bunda da maraqlı olan qüvvələrin kimliyi aydındı. Xüsusilə də son dövrlər bu cəfəng məsələ İranda qabardılmağa başlayıb. Azərbaycanın şimalına Arran, Şirvan deyirlər. İran rəsmiləri Azərbaycan Xalq Cumhuriyyəti ifadəsini heç vaxt işlətmirlər, Azərbaycan Respublikası ifadəsini də həmçinin dillərinə gətirmirlər, Bakı Cumhuriyyəti deyirlər. Bunların hamısının arxasında həmin o türk qorxusu var. Çünki biz, təbii ki, farslarla eyni kökə malik deyilik və türk soyunun gclənməsi, ayağa qalxması İran üçün bir təhlükədir. Bu təhlükəni görərək bu çürük ideyanı ortaya sürürlər. Çox təəssüflər olsun ki, Azərbaycan vətəndaşlarının da müəyyən bir qismi bu təbliğatın təsirinə uyur. Amma aydın məsələdir ki, konkret olaraq bu adamlar hansısa dövlətin maraqlarına xidmət edən adamlardır və bu, xəyanətdən başqa bir şey deyil. Tariximizi başqa cür təqdim etmək, bizi aşağılamaq yalnız bir məqsəd daşıyır ki, güclü Azərbaycan olmasın. Güclü Azərbaycan İran üçün də, Ermənistan üçün də, elə Rusiyanın özü üçün də təhlükədir. Ona görə də bu ölkələr Azərbaycanın zəifləməsinə çalışırlar. 44 günlük müharibədən sonra İran-Azərbaycan münasibətlərinin gərginləşməsi elə Azərbaycanın güclənməsi ilə bağlıdır. İranı qorxudan məhz budur. Halbuki, Azərbaycan heç vaxt qonşu dövlətlərə qarşı hansısa ərazi iddiaları irəli sürməyib və sürmür də, mehriban qonşuluq, dostluq əlaqələri saxlamağa çalışır. Xüsusən də islam dünyası, istər İran, istər Türkiyə, istərsə də Pakistan və digər müsəlman ölkələri ilə. Lakin bəzi qüvvələr, antitürk qüvvələr məhz bu yanlış tezisləri ortaya atır və bunlar heç cür qəbul oluna bilməz. Düşmən dəyirmanına su tökən bu şəxslərin hamısı xəyanətkardır, onlara başqa ad vermək olmaz” - deyə P.Ağalarov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ