Bazar günü günü, 15 noyabr 2026
     

İranın aqressiv anti-Azərbaycan siyasətinə içəridən başlanmış etiraz hərəkatı rejimi nələrə məcbur edəcək?..

Image


İranın Azərbaycana qarşı yürütdüyü qərəzli siyasət bütün dünya tərəfindən pislənməklə yanaşı, həm də islam ölkəsinin daxilində ciddi narazılıqlara yol açıb.

 

Sıravi iranlıların məsələ ilə bağlı nüfuzlu xarici media qurumlarına verdikləri açıqlamalar xüsusi maraq doğurur. İranın Kərəc şəhərindən Məhəmməd Qəimi hesab edir ki, Azərbaycan İranın Ermənistana verdiyi dəstəkdən rahatsızdır: “Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu risqə getməz. Üstəlik, hər ikisi də şiə bir toplumdur və dərin ortaq tarixləri var”. Təbrizdən 43 yaşlı xanım Elnaz Bərği hesab edir ki, İranın özü nə etdiyini bilmir: "Bilsəydi, Azərbaycana toxunmazdı. Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da, xalq umumiyətlə Azərbaycanın yanındadır. İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır. Biz necə o dil və tariximizdən qopa bilərik ki? İlham Əliyev gəldi Xudafərində dedi ki, bura qardaşlıq sərhədidir, amma bunlar onu da görmədilər. Ondan sonra Əliyev yumruğunu göstərdi. Biz savaş istəmirik, amma olsa da İranın yanında olmayacağıq".

Həmədandan olan 46 yaşlı İran azərbaycanlısı Əlirza Bahari hesab edir ki, Tehranı narahat edən yerli Azərbaycan əhalisidir: “İranın bütün qorxusu bizik. İran İrandaki türklərin oyanmasından qorxur. Erməni və İsrail bəhanədir. Qarabağ zəfərindən sonra sanki farslar uduzmuş kimi bir əhvala girdilər. İran gurultu edər, amma savaşa girə bilməz. Azərbaycanın arxasında Türkiyə, yəhudi lobbisi və müsəlman dünyasında önəmli olan Pakistan kimi ölkə var. Bunlar sadəcə bildiklərimizdir. Bəs İran? Demək istəyirəm ki, İran dünyada yalnızlaşıb və savaşa cəsarət edə bilməz”.

Tehrandan 39 yaşlı Şadmehr Misaği hesab edir ki, dünyada və Yaxın Şərqdə qonşu ölkələrlə yaxşı qonşuluq münasibətləri çox önəmlidir: “Ancaq təəssüf ki, İran bunu yaxşı bilmir. Xüsusilə şiə-sünni məsələsinə baxdıqda, İranın sünni dünyası ilə əlaqələri yaxşı deyil. Qonşuluq əvəzinə silahlılar yaratmağa çalışır, bu da bölgədə problem və gərginliyə səbəb olur. İran Yəməndə husiləri yaratdığı kimi, çalışdı ki, Azərbaycanda da “Hüseyniyun milisi” yaratsın, amma Azərbaycan dövləti bunu bildi və əngəllədi”. Təbrizdən 45 yaşlı Yaşar Xaqani isə bildirir: "Mən hələm başa düşməmişəm, İran nə istəyir?  Bunlar (dövlət) heç insanları düşünmür. Hər kəs İrandan getmək istəyir. Bir qonşusu İrandan məmnun deyil. İrana hər mənada yaxın olan Azərbaycandır, nəinki Ermənistan. Deyirəm, hər ikisi ilə yaxşı olsun, amma müsəlman-müsəlman deyib niyə Azərbaycanı dəstəkləmirsən? Həqiqət budur ki, həm biz (İran xalqı), həm Yaxın Şərq xalqı bunların əlindən zara gəlib. Əlbəttə ki, Azərbaycan bizdəndir, eyni zamanda, savaş ən pis seçim olar və burada ən çox zərər görən o taylı-bu taylı azərbaycanlılar olar”.

Tehrandan 45 yaşlı Kaveh Niktan hesab edir ki, İran dövləti iç problemini gizlətmək üçün başqa problemləri ortaya çıxarır və yaxşı qonşularını incidir: “Bunu da deyim ki, biz iranlılar özəlliklə Azərbaycan və Türkyə ilə mədəniyyət mənasında daha çox yaxınıq. Amma bütün ölkələr və xususilə qonşularla qarşılıqlı sayğı çərçivəsində əlaqədən kənarıq. Savaş olacağına heç inanmıram. Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq, ya da Yugoslaviya”.  Şiraz şəhərindən Mərcan Mərvdəşti isə deyib: “Mən problemin qaynağını yaxşı bilmirəm, düzü. Ancaq İran rejiminə iç problemi ört-basdır etmək üçün xarici səbəblər gərəkdir. İran o qədər səhv addımlar atıb ki, doğru sözünə də inanmırlar. Təbii, bu baxımdan İranın haqlı olduğunu demirəm. Mən bilirəm ki İran vətəndaşı olan azərbaycanlılar bu məsələyə çox həssasdır və İran dövləti də bunu bilir”.

Göründüyü kimi, İranın yürütdüyü aqressiv və əsassız anti-Azərbaycan siyasəti onun öz daxilində narazılıqlara səbəb olub. Bu amillər İran rejimini nələrə məcbur edə bilər?

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tarixən belə olub: “İrana xaricdən təzyiqlər artanda daxildə inqilab olur. Hazırda İranın daxilindəki vəziyyət çox gərgindir. Belə getsə, onlar molla rejimi ilə vidalaşmalı olacaqlar. İranın başına həmin ölkənin repressiya qurumuna rəhbərlik edən birinin gətirilməsi vəziyyəti daha da gərginləşdirib. Artıq vəziyyət o həddə çatıb ki, Iran özünün yaxın qonşuları ilə belə münasibətlərini gərginləşdirmək yolunu tutur. Ona qarşı beynəlxalq sanksiyalar olanda həmin qadağaları dəstəkləməyən Türkiyə və Azərbaycana qarşı da açıq hədələr səsləndirir. Qarabağ məsələsilə bağlı proses həlledici məcraya gələndə İranın əsl siması açıldı. Açıq şəkildə Ermənistanı dəstəklədi. İran həm də istəmir ki, Zəngəzur dəhlizi ərsəyə gəlsin. Çünki bilir ki, ora Rusiya nəzarət edəcək. Bu da onun sərhədində Rusiyanın daha da güclənməsi anlamına gəlir. Onlar bizdən daha çox ruslardan qorxurlar. Sadəcə, bizi bəhanə edib açıq etiraz edirlər. Beynəlxalq şərait dəyişdiyi üçün, İran İsraili bəhanə edib reallıqları qəbul etmək istəmir. İranın əsas məqsədi bölgədə türk varlığını yox etməkdir. Qərb ölkələri çoxdandır ki, İranın dağıdılması ssenarisi üzrərində işləyir. Onlar istəyirlər ki, İranda demokratik bir rejim hakimiyyətə gəlsin. Bizə qarşı İranın bu cür aqressivliyi onun özünə baha başa gələcək. Çünki İrana ən ciddi təsir rıçaqı orada yaşayan azərbaycanlılardı. İran özü bu amili etiraza körükləyir. Bizə qarşı hər hansı bir ciddi addım dərhal İranın parçalanması ilə nəticələnə bilər. Səddam Hüseyn də getdi qonşuluğundakı Küveyti işğal etdi və bununla da öz məhvinə fərman verdi. Hazırda İran bu vəziyyətdədir. Təklif edirəm ki, dünya  azərbaycanlılarının konfransı keçirilsin. Həmin tədbirdə İrandakı azərbaycanlılarla bağlı işlərin aparılması koordinasiya edilsin. Biz bütün proseslərə hazır olmalıyıq.  Təbriz kimi şəhər inqilabın beşiyidir. Həmin şəhər qalxsa, İranda rejimi dəyişəcəklər. İranın daxilindən verilən reaksiyalardan görünür ki, əhali fikirlərini açıq ifadə etməkdən belə çəkinmir. Bu amil rejimi məcbur edə bilər ki, daxildə soydaşlarımıza qarşı repressiyaları gücləndirsin. Bu baxımdan da soydaşlarımız çox da qabağa düşməməlidir. Uyğun zamanı gözləməlidir. İran Moskvadan mandat alıb, bölgədəki fəallığını artırmaq istəyirdi, lakin bu alınmadı. Bu da onları daxili vəziyyəti sabitləşdirməyə vadar edəcək. İrandakı başqa xalqlar da rejimə qarşı qalxa bilər. Azərbaycan əvvəlki ölkə deyil. Biz güclü iqtisadiyyata və orduya, etibarlı müttəfiqlərə malik ölkəyik. Yaxşı olar ki, İran bizə qarşı özünü bir qədər ölçülü-biçili aparsın”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ