Bazar günü günü, 15 noyabr 2026
     

Siyasi-coğrafi leksikona "Armeniya" sözünün gətirilməsində bəzi azərbaycanlı alimlərin də cinayətkar iştirakı var...

Image


“...Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkələrini Armenia yox, Hayastan adlandırırlar. Bu, tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar...” Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Ruslar, ingilislər və başqaları niyə Ermənistanı Armenia adlandırır? Necə olub ki, Ermənistana Armenia adı verilib? Bu əsassız adqoyma hardan qaynaqlanır?

  • Rizvan Hüseynov: “Avropanın və Rusiyanın bəzi siyasi dairələrinin dəstəyi ilə...”

Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısı Azərbaycan tarixçilərinin, tarix elmi ilə məşğul olanların bu məsələni araşdırmalı olduğunu çox düzgün olaraq vurğulayıb. “Ümumi olaraq isə bu məsələ araşdırılıb və bəllidir ki, Hayastanla Ermənistan (Armenia), hayla erməni arasında böyük fərq var. Orta əsrlərdə, hətta XX əsrin əvvəllərinə kimi bir dini cərəyana, yəni erməni kilsəsinə tabe olan icmaya ermənilər deyilirdi. Yəni bu milli deyil, dini bir marker idi. Erməni istənilən xalqın, millətin nümayəndəsi ola bilərdi. Necə ki, milliyyətindən asılı olmayaraq müsəlmanlığı qəbul edənlər müsəlman, katolikliyi qəbul edənlər katolik, provaslavlığı qəbul edənlər provalav adlanır. Bu, erməni məsələsinə də aiddir. İstənilən şəxs erməni kilsəsinə tabe olurdusa, erməni dinini qəbul edirdisə, onun adı erməni olurdu. Erməni sözü də dini formatda işlənirdi və sonradan XIX-XX əsrlərdə Rusiyadan, Avropadan gələn milli projelər bizim regiona da çatdı. Avropadan, Amerikadan gələn missionerlər istər Osmanlı Türkiyəsi ərazisində, istərsə də Qafqazda erməni və başqa xristian icması ilə öz işini aparırdı. Yəni bu missionerlər əslində XVIII əsrdən bu işi aparmağa başlayıblar. Yalançı erməni tarixini “Böyük Ermənistan”, “Böyük Tiqran”, “Ararat” haqqında nağılları, mifləri əslində avropalı missionerlər yazıb və sonradan erməni keşişlərin və dinini dəyişən ermənilərin əli ilə yığılıb yenidən yazılıb, çap olunub, sonra erməni icmaları arasında tədris olunub. Həmin missionerlər Osmanlı Türkiyəsinə və Qafqaza gəlməsəydilər, buradakı icmaların qondarma “qədim Ermənistan tarixi”ndən xəbəri yox idi. Bu yalançı “tarix” əfsanələr, miflər üzərində qurulub, bu nağıllarla işləyən missonerlər onları daha da şişirdib, nəticədə “Böyük Ermənistan tarixi” ortaya çıxıb.

Ermənilərin içində müxtəlif etnik qruplar vardı və o qruplardan biri də haylar idi. Avropanın və Rusiyanın bəzi siyasi dairələrinin dəstəyi ilə bu haylar bütün erməni dini-mədəni mirasına sahib çıxdılar. Yəni erməni mirası çox zəngin idi və burada erməni monofizik dininə qulluq edən fərqli millətlərin nümayəndələrinin ortaq mədəni-mənəvi dəyərləri, abidələri, kilsələri, kitabları və sair vardı. Avropanın və Rusiyanın müəyyən siyasi qüvvələrinin dəstəyi ilə bu irsə haylar sahib çıxdı. Nəyə görə? Çar Rusiyası XIX əsrdə və XX yüzilliyin əvvəllərində Eçmiədzindəki (Üçmüəzzin - Üçkilsə) katolikoslara dəstək verdi. Eçmiədzin kilsəsinin adı Ararat idi və haylara tabe idi. Bundan başqa, Qafqazda və Yaxın Şərqdə də erməni dini mərkəzləri vardı. Yəni Ararat kilsəsi tək deyildi, Yaxın Şərqdə Kilikiya böyük evi vardı, Qüdsdə, Livanda, İstanbulda da həmçinin. Bunlar fərqli-fərqli dini konsepsiyalar əsasında fəaliyyət göstərirdilər”. Amma Çar Rusiyasının əsas gücü Ararat kilsəsinə verdiyini deyən R.Hüseynov qeyd etdi ki, 1830-cu illərdə bu kilsənin rəhbərinə bütün ermənilərin katolikosu statusu verildi və Qafqazda, Türkiyədə, İranda və başqa yerlərdə yaşayan ermənilər məcburən hay kilsəsinə tabe edildi, nəticədə də Qafqazda yaşayan xalqların, albanların, udilərin mirası hayların əlinə keçdi. “Bunu mənimsəmək üçün ümumi olaraq rus, ingilis və başqa Avropa dillərində erməni və Ermənistan termini işlənməyə başladı. Halbuki, dediyimiz kimi, Armenia ilə Hayastan, erməni ilə hay arasında böyük fərq var. Məqsəd nə idi? Bütün bu mirasa sahib olmaq üçün yeni termindən istifadə etmək lazım idi. O termin ki, bütün məsələləri ehtiva etsin, ona görə də erməni və Ermənistan termini imkan yaratdı ki, haylar bütün bu mirasa sahib çıxsınlar. Ümimi bir erməni və Ermənistan çətiri altında bu proses başladı və Qafqazda qondarma hay dövləti yarananda həmin proses Ermənistan çətiri altında gerçəkləşdi, bu ərazidə yaşayanlar isə haylara çevrildi...

Cənab Prezident bu məsələni bilir və bunu çox haqlı olaraq gündəmə gətirir. Tarixçilər, ekspertlər bunu araşdırmalı, bilməlidir” - deyə R.Hüseynov qeyd etdi.

  • Hafiz Cabbarov: “Əslində Armeniya indiki Ermənistan ərazisini, yəni tarixi Qərbi Azərbaycanı deyil, Fərat çayının yuxarı axarını əhatə edirdi”

Tarix fənni üzrə dəsrliklər müəlli, tarixçi Hafiz Cabbarovun sözlərinə görə, Fərat çayının yuxarı axarlarında, Van gölündən qərbdəki ərazilərdə, indiki Türkiyənin cənub-şərq hissəsində, Anadoluda   coğrafi məkan olaraq Armenia adı qeyd edilirmiş: “Armenia nə etnik, nə də siyasi məfhum olub, bu sadəcə coğrafi bir məkanı bildirir. Armeniya sözü Mesopotomiyada yaşayan qədim arami dilində “yüksək yer” deməkdir. Məlum olduğu kimi, Mesopotomiya əsasən düzənlik ərazidir. Onun şimalı isə dağlıq olduğu üçün belə adlanırdı. Necə ki, Mesopotomiya sözü etnik adı bildirmir və yunan dilində iki çay arası deməkdir, Armeniya da yüksək yer deməkdir. Əslində Armeniya indiki Ermənistan ərazisini, yəni tarixi Qərbi Azərbaycanı deyil, Fərat çayının yuxarı axarını əhatə edirdi. Herodotun göstərdiyi Armenia indiki Ermənistandan xeyli aralı - Fərat çayının yuxarı axarına düşür. Ümumiyyətlə, Heredotdan başqa tarixçilər də bu ərazini Armenia adlandırıblar. Ancaq Prezidentin də qeyd etdiyi kimi, indiki Ermənistanın adı ingilis və rus, eləcə də digər dillərdə Armeni adlandırılsa da, ermənilər özlərini hay, Ermənistanı isə Hayastan adlandırırlar. Bəs nə üçün onlar beynəlxalq ictimaiyyətə bildirmirlər ki, bizim ölkəmizin adı Hayastandı və bizim ölkənin belə adlandırılmasını istəyirik. Hətta bununla bağlı presedentlər də var. Bir çox ölkələr var ki, bununla əlaqədar məsələ qaldırıb öz ölkələrini özləri necə adlandırırlarsa, beynəlxalq ictimaiyyətdən də o cür adlandırılmasını tələb ediblər, buna nail olublar. Haylar öz ölkələrinin adının Armenia deyil, Hayastan olduğunu dünyaya bəyan etsələr, illərdir yaratdıqları yalançı, mifik tarixi, uydurmalar üzərində qurulan təbliğatlarını ifşa etmiş olarlar. Onda bütün dünya alimləri ayağa qalxar və hayların Armeni deyilən bölgəyə gəlmə olduğunu dünyaya bəyan edərlər. Bütün versiyalarda indi erməni adlandırılan, əslində isə hay olanların Armenia deyilən bölgəyə gəlmə olduğu sübut edilir. Bəs Armenianın sakinləri kimlər olub? Armenianın qədim sakinləri əsasən türkdilli tayfalar, iskitlər, saklar olub, eyni zamanda burada müxtəlif dilli tayfalar yaşayıb, amma daha çox üstünlük türk tayfalarına mənsub olub. Bir qədər sonra isə qipçaq türk tayfaları burada məskinlaşıblar və təsadüfi deyil ki, qriqorianlığı qəbul edən qıpçaqlar da həm Ermənistan ərazisində, həm də başqa yerlərdə öz izlərini qoyublar.

Bir məsələyə də toxunmaq istərdim. Ermənilərin adı da, yaşadıqları ərazi kimi, başqalarından oğurlanmadı. Hətta təriqətləri də oğurluqdu. Bildiyiniz kimi, haylar xristianlığın qriqoryanlıq məzhəbinə tapınırlar, bu məzhəbin əsasını parfiyalı Qriqor qoyub. Parfiyalıların isə dünya tarix ədəbiyyatında dil və etnik mənzubiyətcə əsasən irandilli, ikinci versiyaya görə isə türkdilli olması məsələsi var. Hay tarixçiləri və dilçiləri də etiraf edirlər ki, onların dilində işlənilən sözlərin böyük əksəriyyəti alınma sözlərdir. Əsasən də türk və fars, eləcə də bölgədəki başqa xalqların dillərindən sözlər alaraq istifadə ediblər. Haylar bəlkə də dünyada yeganə toplumdur ki, yaşadığı ərazilər, dilləri, dinləri, mədəniyyətləri başqa xalqlardan oğurluq hesabına yaranıb. Bu da, təbii ki, çox da uzun müddət davam edə bilməz. Hayların, Vətən müharibəsində məğlub olduqları kimi, tarix elmində, mədəniyyət sahəsində də həyata keçirdikləri oğurluqlar, saxtakarlıqlar beynəlxalq aləmdə ifşa olunacaq. Çox təəssüf ki, əsasən dünya ictimaiyyəti bütün həqiqətləri bilsə də, bunu etiraf etmək istəmirlər. Çünki tarixən haylar böyük dövlətlərin əlində alət olublar, bu dövlətlər bölgədə öz çirkin məqsədlərini həyata keçirmək üçün haylardan istifadə ediblər” - deyə H.Cabbarov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ