Bazar günü günü, 15 noyabr 2026
     

Zəngəzuryönümlü qanun... - Əkbər QOŞALI yazır...

Image


1, 30, 103... – Sizcə, bu ədədlər nəyi ifadə edir? – burada bir riyazi, həndəsi anlam nəzərdə tutulmayıb, əlbəttə. Əlbəttə, bu bir siyasi-ideoloji anlam daşıyır. Riyazi, həndəsi silsilədən fərqli olaraq, siyasi-ideoloji silsilə bəlli bir nizama tabe ardıcıllıq deyil, mövcud hadisələrin xronoloji sıralanması yolu ilə yaradılır.

 

1 – havadarlarının ciddi siyasi-hərbi dəstəyi ilə bizim torpaqları uzun illər işğal altında saxlamış Ermənistan üzərində tarixi Zəfərimizin birinci ildönümünü,

30 – dövlət müstəqilliyimizi bərpa etməmizin 30-cu ildönümünü,

103 – müstəqil dövlət qurmağımızın (öz milli sınırlarımız içində və ümumən Yaxın Günodğarda ilk Cümhuriyyətin elanının) ildönümünü ifadə edir.

Hər üçü əzizdir.

200 ilə dayalı gedişat...

Bizim dövlət müstəqilliyinin bərpası haqqında qərar qəbul etməyimizlə birgə (hətta, ondan da bir qədər öncədən) bədxah “qonşular”ın ərazilərimizə qarşı açıq, gizli, siyasi, ideoloji, mətbu, silahlı... hücumları da başlamış oldu. Təbii, bu yalnız Ermənistan siyasi-hərbi rəhbərliyinin işi deyildi, bu dünya erməniliyinin, Ermənistanın üzdə, dərində olan bir xeyli havadarının ortaqlaşa aldığı qərardı. Elə bir qərar ki, onun hədəfi Qafqazda müstəqil Azərbaycan dövlətinin mövcudluğunu ya inkar edirdi ya da ancaq şikəst Azərbaycana müsaidə olunurdu. Bu, inkarçılıq və şikəst istəkləri təqribən 200 illik bir keçmişə dayalı olsa da, bu yazı tarixdən çox çağdaş dönəmə indekslənib: 200 illik adıyaman gedişatın durdulumasının birinci ildönümünü bu il qeyd edirik. Bu mübarək gün bizə müstəqillik nemətini, zövqünü almağa imkan verir. Əziz şəhidlərimizin ruhu qarşısında dərin sayğı ilə əyilir, onların ruhuna alqış söyləyirik! Ocaqları sönməsin! Müstəqillik nədir, istiqlal necə olur, qutsal Bayrağımız dalğalanan Şuşalı Azərbaycan necə bir qürur qaynağıdır – onlar bizə yaşatdı, öyrətdi! Yaralı qazilərimizə möhkəm can sağlığı, itkinlərimizə mümkün olan ən qısa zamanda tapılmalarını, bütün müharibə iştirakçılarımıza əmin-amanlıq, rifah diləyirəm. Bir sözlə, Müzəffər  Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandanın başçılığı ilə - dövlət-xalq birliyi ilə müstəqilliyi müstəqillik kimi yaşamağımıza, yaşatmağımıza gerçək imkanlar vermiş oldu.

Təsdiq, təsbit və təcəlla

Əlbəttə, milli ordu quruculuğu, mili müdafiə sənayesi qurma­ğımız, regional, beynəlxalq iqtisadi-siyasi münasibətlər sistemində özünəməxsus yerə, rola malik olmağımız da müstəqilliyimizin nemətləridir; lakin neçə ki bu nemətlər, imkanlar və quruculuqlar Şuşayadək gedib çıxmamışdı, natamamdıq...

Vətən Müharibəsindəki Zəfərlə Azərbaycan Respublikası dünyada öz layiqli yerini, nüfuzunu təsdiq, təsbit və təcalla etdirmiş oldu. Şuşaya sancılan bayrağımız ölkəmizin suverenliyi, dövlət müstəqilliyimiz və milli kimliyimizlə bağlı rəmzi hadisələrə yenidən və sistemli baxış doğurdu. Və Şuşaya aparan iradə, Şuşadan sonranın yollarını da cızır: Zəngəzur, Göyçə, İrəvan...

Tarixi ədalət

44 gün içində işğalçıların 30 illik istibdadının intiqamını ağır şəkildə almağımız tarixi ədaləti bərpa olunması deməkdir. Bu, Sovetlər dövründə ortaya atılmış süni “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikonumuzdan çıxarılmasına, o da öz növbəsində, tarixi torpaqlarımızda qurulmuş “Ermənistan Respublikası”ndakı yaşayış məntəqələrimizin əsl adları (Azərbaycanın milli toponimləri) ilə təqdim olunması və b. məsələləri güncəlləşdirdi. Mənim kimi bir neçə yazar zatən erməniləşdirilmiş adlardan istifadə etməməyə özən göstərirdik lakin bunun ümumxalq səviyyəsində təzahür etməsi lazımdı və indi bunu görmək çox xoşdur.

Yeni dönəm: 2021-dən 1991-ə və 1918-ə yeni baxış

Vətən Müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində həmçinin dövlətçilik tariximizdə müstəsna önəmə malik tarixi günlərin mahiyyətcə, məzmunca daha dəqiq təsbit olunması zərurəti yaranıb.

Bəli, 30 il öncə tarixi hadisə baş verib: Azərbaycan Respublikasının Ali Soveti 30 avqust 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə, 18 oktyabr 1991-ci ildə isə həmin Bəyannaməni rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edən” Konstitusiya Aktı qəbul edib. Azərbaycan Ali Sovetinin 1991-ci ilin oktyabrındakı növbədənkənar sessiyası 4 gün müzakirələr apararaq, nəhayət, oktyabrın 18-də tarixi sənədi qəbul edib. (Həmin vaxt Aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, bir qismi sessiyaya qatılmayıb, az bir qismi əleyhinə və bitərəf olarq səs verib). “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında oxuyuruq: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, ...Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və BMT tərəfindən tanınmasına ümid bəsləyərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”.

Milli Məclisin qarşı günlərdəki iclasında 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası Günü adlandırılması ilə bağlı Qanun layihəsinin müzakirəsi gözlənilir. Əslində, bizim dövlətqurma tariximiz çox qədimlərə gedib çıxır lakin milli sınırlarımızın bir hissəsində də olsa, milli əsaslı dünyəvi dövlət – Cümhuriyyət qurmağımız 103 il öncə baş verib. Doğrusu, hər il avqust-oktyabr ayları gəlincə, öz-özümə deyirdim, keçmiş müttəfiq respublikaların bir çoxu öz dövlət müstəqilliyi tarixini bizdən öncə qeyd edir, əslində müstəqiilik uğrunda biz daha çox mübarizə aparmış, daha çox qurban vermişik və dövlət müstəqilliyi bayramımız da onlardan öncə olmalıdır. Nəzərə alsaq ki, keçmiş müttəfiq respublikaların heç də hamısı ötən yüzilliyin 10-cu illərində dövlət müstəqilliyinə malik olmayıb; ona görə də, 18 oktyabrdansa, 30 avqust, 30 avqust və 18 oktyabrdansa, 28 may dövlət Müstəqilliyinin bayram edilməsi üçün daha uyğundur deyə düşün­məmiş deyildim.

Təvafüqlük

28 may 1918-ci ildə Azərbaycan Milli Şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın quzey torpaqlarında Azərbaycan Cümhuriyyətinin yarandığını elan edib. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaq müstəqil Azərbaycan dövlətinin idarəetmə şəkli xalq cümhuriyyətidir.

Göründüyü kimi, əsl dövlət müstəqilliyi günümüz 28 maydır.  Aydın görünür ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasında (texniki) uyğunsuzluğa yol verilib, bununla da Aktın adı “Müstəqilliyin bərpası aktı” əvəzinə, “Müstəqillik aktı” kimi qəbul edilib. İndi nəzərdə tutulan düzəliş məhz bu uyğunsuzluğu aradan qaldıracaq deyə ümid edirəm.

Nə təvafüqdür ki, bu düzəlişlər Azərbaycanın dövlət müstəqilliyini nə 30 il, nə də 103 il öncə ürəklə qəbul etməyən İran siyasi-hərbi rəhbərliyinin antiazərbaycan açıqlamaları fonunda baş verəcək. İran da, başqaları da Azərbaycanda Cümhuriyyət qurulanda hələ başqa üsul-idarədəydi – bu bir; ikincisi, antiazərbaycan qüvvələrin əcdadları yüzillər boyu bizim əcdadların ədalətli idarəçiliyi altında olub, biz onların yox. İran adlanan ərazidə hakimiyyət Azərbaycan xanədanlığından çıxdıqdan sonra İran dövlət idarəçiliyi azərbaycanlıları xor görməyə başladı və bu siyasət günümüzədək davam və inkişaf etdirilir. Dolayısı ilə də, birbaşa da, Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı irəli atılan hər addım, tarixi ədaləti bərpa edən hər hadisə, milli birliyimizə xidmət edən hər qərar müdafiə olunmalıdır. İran dursun bir yana, adı üstündə “uğursuz dövlət” olan Ermənistan belə bizə “DQMV” mövzusunda qondarma iradlarda bulunur, bu düzəlişlərlə onu da sıfırlamış olacağıq. – Ermənilərin “arqument”lərindən biri odur ki, bəs deməzsənmi keçmiş DQMV heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmayıb və Sovet qanunvericiliyinə “uyğun olaraq” 02 sentyabr 1991-ci il tarixli “referendum”la Azərbaycan SSR-nin tərkibindən ayrılmışdır. Bu “arqument” yeni düzəlişlərlə tam sıradan çıxarılmış olacaq. İndi buyurub, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına deyil, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” akta istinad edə-edə dursunlar.

Əziz miraslarımız: Bayraq,  gerb, himn

Bizim Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himnimiz çağdaş Azərbaycan dövlətinin rəmzləridir. Azərbaycanımızın dövlət suverenliyini tərənnüm edən həmin bayraq,  gerb, himn Xalq Cümhuriyyətimizin əziz mirasıdır.

Sözügedən düzəlişlər əziz Cümhuriyyətimiz və çağdaş dövlətimiz arasında siyasi-hüquqi varisliyin daha qabarıq və dəqiq ifadə olunmasını təmin edəcək. Təsadüfi deyil ki, qonşu Gürcüstanda da milli dövlətin elan oldunduğu 26 may günü məhz “Müstəqillik Günü” adlandırılır; ABŞ da öz yaranma tarixini “İstiqlaliyyət Günü” olaraq bayram edir.

Zəngəzura qayıdış...

Beləliklə, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası Günü kimi təsbit olunması dövlət suverenliyimizin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş çağdaş Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu dəqiq ifadə edir. Uzunmüddətli perspektivdə isə soydaşlarımızın öz tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ