Fransa Prezidenti Emmanuel Makron bir neçə gün əvvəl Əlcəzairdə müstəqillik uğrunda mübarizəyə qarşı döyüşmüş fransızların nəvələri ilə görüşdə deyib ki, Əlcəzairin rəsmi tarixi həqiqətlərə əsaslanaraq deyil, Fransaya nifrət üzərində yazılıb.
Ekspertlət isə hesab edir ki, Makron yanılır, əslində Əlcəzairin tarixi həqiqətlər üzərində yazılıb. Fransızlar əlcəzairlilərə qarşı törətdikləri genosidlərlə, soyqırımlarla bu ölkənin, bu xalqın tarixini qana boyayiblar. Əlcəzair tarixində də bu həqiqətlər ifadə olunur ki, Fransa əlcəzair xalqına qarşı soyqırım cinayətləri törədib. Əlcəzairin həqiqi tarixinə ləkə yaxan Makron nə üçün Ermənistana baxmır? O məgər bilmir ki, Ermənistanın tarixi Azərbaycana və Türkiyəyə nifrət əsasinda yazılıb və uydurmalardan ibarətdir? Buna görə Fransa Ermənistanı niyə tənqid etmir?
“Əlcəzairlilər öz real tarixlərini yazarkən fransızların cinayətləriniu ifşa ediblər, bu da Makrona ağır təsir edir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiqa Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Makronun ikiüzlü siyasəti və fikirləri qəbul edilməzdir, o bu bu ifadələri işlətməklə sanki fransızların əlcəzairlilərə qarşı törətdiyi soyqırımlara haqq qazandırmağa cəhdlər edir. “Şübhəsiz ki, Makronun fikirlərinin özü saxtadır. Bilirik ki, fransızlar XIX əsrdən XX əsrin ortalarına qədər Afrika ölkələrini, ərəbləri necə ələ keçirib onları öz müstəmləkəsi altında saxlamışdı. Bütün bunlara baxmayaraq hələ də Makronun fikirləşir ki, niyə Əlcəzairdə Fransaya nifrət var, olmamalıdır, o bu fikirlərində çox yanılır. Hələ əlcəzairlilər çox dözüm, təmkin, səbr nümayiş etdirir. Çünki uzun illər fransızlar onlara yuxarıdan aşağı baxıblar, bu gün də davranışlarında bunu göstərirlər, özlərini əlcəzairlilərdən üstün tuturlar. Fransızlar da irqçidirlər və özlərini “yüksək irq” kimi “görüb” əlcəzairliləri, mərakeşliləri və başqalarını “aşağı irq” kimi görüblər, bu gün də görməkdə davam edirlər. Bütün dünya bilir ki, Əlcəzairə qarşı Fransa necə soyqırım cinayətləri törədiblər, bundan sonra Makron bu ölkənin Fransaya qarşı yumşaq, humanist davranmasını istəməsi gülüncdür. Əlcəzairlilər öz real tarixlərini yazarkən fransızların cinayətləriniu ifşa ediblər, bu da Makrona ağır təsir edir. Öz ölkəsinin cinayətlərindən utanmaq əvəzinə Əlcəzairə qarşı qəbul edilməz davranış sərgiləyir”.
F.Ələkbərlinin sözlərinə görə, gunahsızı “günahkar” çıxaran Makron əsl günahkarı görmür. F.Ələkbərli təəssüflə qeyd etdi ki, Ermənistanın son 30 ildə apardığı terror siyasəti, azərbaycanlılara qarşı törətdiyi çoxsaylı qətl və soyqırımlar Fransanın “gözündən yayınır”. “Təsəvvür edin ki, Əlcəzair tarixinin Fransaya qarşı nifrət üzərində yazıldığını iddia edən Makron Ermənistan tarixinin saxtakarlıq, Azərbaycana və Türkiyəyə qarşı nifrət səhifələrini unudur. Fransa ayrı-seçilik göstərir. Biz bilirik ki, Ermənistanın tarixində türk xalqına-Azərbaycana və Türkiyəyə qarşı nə qədər nifrət var. Üstəlik də, Ermənistan bu nifrəti, revanşizmi, faşizmi öz konstitutsiyalarında yazırlar. Amma Əlcəzairin, Mərakeşin konstitutsiyasında Fransaya və fransız xalqına bu qədər nifrət yoxdur, amma Ermənistanın konstitutsiyasında Azərbaycan, türk xalqına böyük nifrət var”.
Ermənistanın əlinə düşən hər bir fürsətdən istifadə edərək türk xalqlarına qarşı terror törətdiyini deyən F.Ələkbərli hesab edir ki, Fransa bunları nəhayət ki, etiraf etməlidir.
İradə SARIYEVA