Bazar günü günü, 15 noyabr 2026
     

Orta məktəblərdə ayrıca “ Qarabağ tarixi” fənni - dövlətçilik tariximizdə yeni mərhələ...

Image


Azərbaycanın əzəli ərazisi, ayrılmaz hissəsi olan, BMT tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü daxilində tanınan Qarabağın tarixinin ayrıca öyrənilməsi və tədrisi, təbliği böyük bir zərurətə çevirilmişdi.

Düzdür, bu ideya gündəmə gələndə buna qarşı çıxanlar da olmuşdu, amma çoxluq tarixi torpağımız, Respublikamızın bir parçası olan Qarabağın tarixinin xüsusi şəkildə orta məktəblərdə tədrisinə səs verib. Nəhayət qərara gəlinib  ki, “Qarabağ tarixi” fənni fakultativ formada tədris olunsun. Bizim orta məktəblərdə “Qarabağ tarixi” adlı ayrıca fənn olaraq şagirdlərə öyrədilir.  Bütövlükdə, bu fənnin tədrisi Qarabağın tarixinin öyrənilməsi, təbliği baxımından əhəmiyyəti böyükdür.

  • “Bizim şagirdlər Qarabağın tarixini dərinliyinə qədər bilməlidir”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, orta ümumtəhsil məktəblərində “Qarabağ tarixi”nin ayrıca, yaxud fakültətiv bir fənn kimi keçilməsi olduqca əhəmiyyətli bir məsələdir. Q.Hacıyev qeyd etdi ki, qədim türk yurdu, Azərbaycanın ayrılmaz parçası olan Qarabağın tarixinin şagirdlərə öyrədilməsi zəruri idi və bu zərurətdən irəli gələrək də öyrədilir, tədris edilir: “Bu qədim və müasir dövlətçilik tariximizin təbliği ilə bağlı olduqca maraqlı bir məsələdir. Birinci Qarabağ müharibəsində ərazilərimizin 20 faizi işğal olunmuşdu, o cümlədən də Qarabağın çox hissəsi işğal altına düşmüşdü. Bilirsiz ki, işğal dövründə Ermənistan Qarabağ ərazisini söküb, dağıdıb, tarixi mədəniyyət, memarlıq, təbiət abidələrimizi və sair yerlə yeksan edib, onları bərpa etmək olduqca çətin işdir. İşğal dövründə eyni zamanda ermənilərin çox geniş şəkildə anti-Azərbaycan təbliğatı da başladı. Ermənilər dünyaya “sübut” etmək istəyirdilər ki, o əraziləri “işğal etməyiblər”, Qarabağ erməniləri “ayağa qalxıb “öz torpaqlar”ını birdəfəlik Azərbaycandan qoparmaq üçün “üsyan” ediblər. Ermənilər o dövrdə Qarabağın Ermənistan tərəfindən işğalına müxtəlif adlar qoyur, donlar geydirməyə cəhdlər edirdilər. Bununla da bütün dünya ictimaiyyətini aldatmağa çalışdılar. Bir çox hallarda ermənilərin miflərinə, nağıllarına inanlar da olurdu. Biz də o illər ərzində bu təbliğata qarşı mübarizə aparırdıq və Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini  yazırdıq, bildirirdik. Bizim şagirdlər Qarabağın tarixini dərinliyinə qədər bilməlidir...”

  • “Qarabağ tarixi” dərsliyi meydana necə çıxdı?

Q.Hacıyev deyir ki, müstəqillikdən sonra kim istəyirdi Qarabağa aid kitab yazıb onu çap edirdi, hətta bu prosesə yüksək vəzifəli şəxslər də qoşulmuşdu. Q.Hacıyevin sözlərinə görə, Qarabağ haqqında o qədər kitablar yazılıb ki, adam mətəl qalır, amma bu kitabların içində keyfiyyətli, əhəmiyyətli olanları azdır. “Qarabağ haqqında o qədər kitablar yazıldı ki...Kimin əlinə qələm keçirdisə Qarabağdan yazırdı. Mən də Qarabağ tarixini öyrənən, tədqiq edən bir tarixçi kimi illərdir topldığım materiallar əsasında Qarabağ tarixinə aid bir kitab yazdım. “Qarabağ tarixi” adı ilə bakalavr və magistrlər üçün dərslik hazırladım. Açığını deyim ki, dövlətdən kifayət qədər mənfəət əldə edən, danışanda vətənpərvərlikdən danışan universitet rektorları “Qarabağ tarixi”ni kitab şəkilində çap etmədilər. Bir sözlə, heç kəs bu kitabın nəşrinə kömək etmək istəmədi, illərlə gözlədim. Amma əsas odur ki, mən o dərsliyi yazdım. Bu dərslik necə meydana gəldi? Mən o dövrdə qaçqın və köçkünlərin məskunlaşdıqları yerlərə çox gedirdim. Xüsusən də Goranboy rayonunda yerləşdirlən Xocalıdan olan qaçqınlarla görüşürdüm, təshil şöbəsində olmuşdum. Xocalıdan olan müəllimlər  məndən xahiş edirdilər ki, Qarabağ tarixinə aid bir kitab yazın, biz Qarabağ həqiqətlərini şagirdlərə öyrədək. Deyirdilər ki, doğru-düzgün tədris materalı tapa bilmirlər. Sonra gözlədiyim halda Əyyub Əbdüləzimov adlı bir şuşalı müəllim mənə müraciət etdi ki, Təhsil Nazirliyində Qarabağ tarixinə aid dərsliyin, dərs vəsaitinin hazırlanması ilə bağlı məsələ qaldırılıb.  Təhsil Nazirliyinə getdik və müzakirə apardıq, fikirlərimiz üst-üstə düşdü. Əbdüləzimovla birlikdə o dərsliyi hazırladıq. Mən bakalavr və magistrlər üçün yazdığım kitabı özüm çap etdirdim. Amma orta məktəblər üçün “Qarabağ tarixi” nazirlik tərəfindən nəfis şəkildə çap olundu. Bu dərslik orta ümumtəhsil məktəblərinin VIII siniflərində tədris edilir. “Qarabağ tarixi”nin əhəmiyyətini, səviyyəsini qiymətləndirib növbəti il onu dərs vəsaiti kimi yox, dərslik kimi çap etməyi nəzərdə tutdular. Beləliklə 90 min nüsxəlik kitab bir az da təkmilləşdirildikdən sonra yenidən 130 min nüsxə ilə çap olundu. “Qarabağ tarixi”nin 30 min nüsxəsi isə Azərbaycan məktəblərin rus bölmələri üçün ayrıca nəşr edilib şagirdlərin ixtiyarına verildi. Kitabın keyfiyyətinə gəlincə, biz əvvəl də, müharibə vaxtı da Xocalıdan və Qarabağın digər rayonlarından olan müəllimlərlə söhbətlər edirdik. Onlar bu dərsliyin faydasını yüksək dəyərləndirirdi və deyirdilər ki, “Qarabağ tarixi” həqiqətən də uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində mühüm rol oynayır.

Bu dərsliyi yazıb tədrisə buraxmaqda məqsədimiz nə idi? Məqsədimiz o idi ki, Azərbaycan uşaqları, gəncləri Qarabağı yaxşı tanısınlar, Qarabağın həqiqətən də Azərbaycana məxsus olduğunu bilsin və bunu şüuruna yeritsin. “Qarabağ tarixi” o qədər zəngin materialdır ki, hər mövzu qısa, lakonik və məzmunlu şəkildə əks olunub. Onu oxuyanda Qarabağın Azərbaycana məxsus olduğuna heç bir şübhə yeri qalmır. “Qarabağ tarixi” vasitəsilə erməni yalanları ifşa olundu, Azərbaycan uşaqlarında vətənpərvərlik hissi daha da böyüdü, o ərazilərin təbii şəraitinə aid çox unikal şəkillər təqdim etdik şagirdlərimizə...”

Bu dərslik vasitəsilə şagirdlərə Qarabağ təbiətinin də öyrədildiyini deyən Q.Hacıyevin sözlərinə görə, indən sonra uşaq və gənclərimiz Qarabağ tarixini daha dərindən öyrənməlidir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ