Bazar günü günü, 15 noyabr 2026
     

Zəngəzur dəhlizi məsələsində Ermənistanın İran ümidləri də puç oldu...

Image


Zəngəzur dəhlizi ilə bağlı Ermənistanda maraqlı proseslər müşahidə edilməkdədir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iddia edir ki, ölkəsinin ərazisində suveren dəhliz ola bilməz. Onun sözlərinə görə, dəhliz siyasi məsələdir, bu məsələ müzakirə edilməlidir: “Ermənistandan Türkiyə və Azərbaycanı birləşdirən, azərbaycanlıların istifadə etdiyi dəhlizlər və ya yollar açıla bilər. Bu variant mümkündür, amma bu yollar Ermənistanın nəzarətində olmalıdır”.

Lakin Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan bildirir ki, dəhliz məsələsində İrəvanın mövqeyini heç kim nəzərə almır. Erməni deputat qeyd edib ki, Zəngəzurda vəziyyət yaxşılaşmır, Azərbaycan orada genişmiqyaslı tikinti işləri həyata keçirir və Ermənistan hakimiyyətindən heç kim nə inşa edildiyini və bunun Ermənistan üçün hansı təhlükəsizlik məsələləri yarada biləcəyini bilmir: “3 il əvvəl ölkəmizin sahibi olduğumuzu deyən insanlar bu gün nə ölkəyə, nə də xalqa sahib çıxır”. Deputat bildirib ki, Zəngəzurun vəziyyətində heç bir müsbət irəliləyiş yoxdur.
Qeyd edək ki, Ermənistan son dövrlərdə İran vasitəsilə Zəngəzur dəhlizinin açılmasına daha çox əngəl olmaq istəyir. Erməni politoloq Beniamin Poqosyan bu xüsusda bildirir: “44 günlük müharibənin nəticələri İranın xeyrinə olmadı və bu ölkə prosesin qarşısını ala bilmədiyini başa düşdü. O anladı ki, yeni vəziyyətə uyğunlaşmağa başlamalıdır. Amma İran üçün bir qırmızı xətt var. O da Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizidir. İran hər tərəfdən türk qüvvələri ilə əhatə olunmaq istəmir, qorxur ki, Azərbaycanla Türkiyə Ermənistanı bu dəhlizin açılışına getməyə məcbur edəcək. Son günlər İrandan göndərilən “mesaj”lar da buna işarədir. Azərbaycanla Türkiyə Ermənistanı güc yolu ilə Zəngəzur dəhlizini açmağa məcbur etməyə çalışsa, İran ordusunu cəlb edərək buna cavab verə bilər. Amma Ermənistan özü dəhlizin açılmasına razılıq verərsə, İranın bu prosesin qarşısını almaq imkanları, demək olar ki, sıfıra enəcək”. Bu fonda diqqət çəkən məsələ odur ki, Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla görüşündə səslənən fikirlər İrəvanın dəhliz məsələsində Tehrana ümidlərini heçə endirib. İranlı nazir Lavrovla birgə jurnalistlər önündə özünü haqlı tərəf kimi göstərməyə çalışsa da, Rusiyanın baş diplomatı Azərbaycanın mövqeyini diqqətə çatdırmaqla həmkarının iddialarını neytrallaşdırdı, daha dəqiqi, onun dediklərini heçə çıxardı. Lavrov postmüharibə dövründə “3+3” formatında (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan) əməkdaşlığın zəruriliyini önə çəkib, bu o deməkdir ki, Abdullahianla görüşdə Moskva Tehranı Zəngəzur dəhlizinə dair qərəzli mövqedən əl çəkməyə çağırıb. Nəzərə alaq ki, Zəngəzur dəhlizini Rusiya, Azərbaycan və Türkiyə qədər olmasa da, Bakı və Ankaranın maraqlarına cavab verəcək səviyyədə dəstəkləyir. Moskva Tehrana bildirir ki, Qarabağ münaqişəsini Rusiya həll edib, regionun gələcəyi də rusların vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində olacaq. Nəticədə kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi olacaq, İrəvanın Bakı və Ankara ilə münasibətləri normallaşacaq. Bu, İranın Cənubi Qafqazda yeganə vizit kartı olan Ermənistanın da əlindən çıxması deməkdir. Moskva Tehrana iki məsələni izah edib. Bunlardan birincisi odur ki, Qafqazdakı yeni reallığın qarantı Türkiyə və Rusiyadır. İkincisi də İran üçün bölgədə varlığının davam etməsinin yeganə yolu “3+3” formatına qoşulmaqdır. Deməli, İrəvan dəhliz məsələsində Tehrana ümid edə bilməz.  Türk ekspert Mehmet Akif Okur bu xüsusda bildirir: “Təbii ki, İranın sərgilədiyi bu mövqeyi mehriban qonşuluq münasibətləri ilə izah etmək mümkün deyil. Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı həm də İranla olan sərhədlərini bərpa edib. Əgər İran onun şimal sərhədini təhdid edən bir xarici gücün bölgəyə yerləşdiyini iddia edirsə, bunun konkret dəlilləri olmalıdır. Ancaq İran heç bir dəlil göstərə bilmir. Bəs İran nə üçün belə davranır? Birinci səbəb odur ki, Qarabağ zəfəri bölgədəki qüvvələr balansını dəyişib. İran Zəngəzur dəhlizinin açılmasına yalnız nəqliyyat və kommunikasiya xətlərinin açılması kimi baxmır, eyni zamanda bunun yaradacağı geosiyasi nəticələrin bölgədə həmişəlik qalacağını düşünür. Yəni rəsmi Tehran Avropadan başlayan, Türkiyədən və Zəngəzur vasitəsilə Azərbaycandan keçərək Orta Asiyaya qədər uzanan yeni yolu özünün uzunmüddətli maraqlarına təhdid olaraq görür. İkinci səbəb Azərbaycanın Qarabağ zəfərindən sonra daha da güclənməsi, parlaması və cazibə mərkəzi halına gəlməsidir. İranda da ölkə əhalisinin təxminən yarısını Azərbaycan türkləri təşkil edir. Onlar da qələbədən çox şad oldular və özlərinə güvənləri artıb. İran bundan sonra onların mədəni tələblərinin artacağından da narahat ola və bunu əngəlləmək üçün “əzələ nümayişi” göstərə bilər. Lakin bütün hallarda, İranın davranışlarına heç cür haqq qazandırmaq olmaz. Üstəlik, müxtəlif siyasətçilər verdikləri fərqli açıqlamalarla Azərbaycanın müstəqilliyinə qarşı hörmətsizlik nümayiş etdirirlər. Azərbaycan İran torpağı deyil. Azərbaycan azad, müstəqil bir dövlətdir. Eyni zamanda, din bağını Azərbaycanın müstəqilliyinə kölgə salmaq üçün istifadə etmək istəyənlərin də olduğunu görürük. Lakin bunlar ikitərəfli münasibətlərə qalıcı zərərlər yetirə bilər. Türkiyə və Azərbaycan burada bütün dövlətləri əhatə edən “Altılıq platforması” təklifi ilə çıxış edib. Lakin bunun qarşılığında biz İranın hərbi və siyasi hədələri ilə qarşılaşırıq”.

Tahir TAĞIYEV

 

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ