Azərbaycan Ermənistan-Azərbaycan sərhədində itkin düşmüş hərbçi Artur Borisoviç Davidyanı Ermənistana qaytarıb.
Bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.
Qeyd edək ki, Artur Borisoviç Davidyan 22 avqust 2021-ci il tarixdə iki ölkənin dövlət sərhədi istiqamətində itkin düşmüşdü.