Bazar günü günü, 15 noyabr 2026
     

Məşhur “Hizbullah”ın lideri də İran-Ermənistan mehribançılığını başa düşmədi…

Image


İranın Ermənistanla can bir qəlbdə olması əksər müsəlman dövlətlərinin təəccübünə və təəssüfünə səbəb olur. Molla rejiminin din bir qardaşı Azərbaycana qarşı tutduğu yanlış mövqe bir çox islam ölkələrində hiddətlə qarşılanır. Xüsusilə “Hizbullah”ın qurucusu Şeyx Sübhinin təxminən bir il əvvəl İkinci Qarabağ müharibəsinin gedişi dövründə yayılmış videosu bu gün də aktuallığını qoruyur. Onun İranın hansı səbəbdən Ermənistanı dəstəklədiyinin, Azərbaycanı isə dəstəkləmədiyinin səbəbini şərh etməsini əks etdirən video bu gün də sosial şəbəkələrdə geniş müzakirə edilir.  

Qeyd edək ki, Şeyx Sübhi videodakı çıxışında rəsmi Tehranın yanlış siyasətindən heyrətləndiyini, buna təəccüb etdiyini və bundan hiddətləndiyi bildirirdi. 

O, xatirələrindən danışıb, İranı Birinci Qarabağ müharibəsi zamanı Ermənistana yardımına görə tənqid edib: “O vaxtlar mən Tehrandaydım. İran mediasını izləyirdim və insanların erməniləri dəstəklədiyini görürdüm. Dövlətin və medianın ermənilərin yanında olmasına çox təəccüblənirdim. Ermənilər işğalçıdır və siz özünüzə islam dövləti deyirsiniz, zülmə və təcavüzə qarşı olduğunuzu söyləyirsiniz. Bəs onda niyə zalımın yanındasınız?… O zaman təbii olaraq hər şeydən öncə siz məzlumun yanında olmalı idiniz. Bunlar da müsəlman, məzlum, üstəlik də şiədirlər. Həqiqətən çox təəccüblənmişdim. Hansı əsasa görə bunu edirsiniz? Qurana görəmi? “Yaxşılıq və təqva məsələsində bir-birinizə kömək edin” ayəsinə görəmi? Yaxşılıq və təqva belə idimi? Heyrət içində idim və bunun səbəbi mənim üçün çox maraqlı idi”.

Şeyx Sübhi çıxışının ikinci hissəsində İranın xarici işlər naziri ilə arasında baş verən söhbətdən, verilən cavabdan danışır və Ermənistana köməyin məqsədini açıqlayır: “Bir gün İranın xarici işlər nazirini saxladım və ondan bunun səbəbini soruşdum. Nazir bir cümlə ilə məsələni mənə belə izah etdi: “Ermənistan Türkiyənin sərhədindədir və biz Türkiyənin Türkmənistan, Özbəkistan, Azərbaycan və digər dövlətlərlə əlaqə qurmasını əngəlləməliyik. Biz Türkiyəyə qarşı Ermənistanı dəstəkləyirik”. İçimdən öz-özümə “Kaş sənə bu sualı verməyəydim” dedim”.

Ekspertlərin fikrincə, artıq İranın Azərbaycana qarşı mövqeyi islam aləminin özündə də etirazla qarşılanır, “Hizbullah”ın qurucusu aydin şəkildə buna etiraz edib, rəsmi Tehranın Ermənistanla "qardaşlaşmasını” anlamadığını qeyd edib.

  • “Bəs hansı İslam ümməti, hansı İranın cümə xütbələrində danışarkən...

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İranın tutduğu yanlış mövqe bu ölkəni tamamilə ifşa edir. “İranın “islam” pərdəsi altında, əslində isə aşkar şəkildə şovinizm, eyni zamanda panfarsizm məqsədlərini reallaşdırması cəhdləri uzun illərdən bəridir ki, davam edir. Biz illərdir Tehran rejiminin Cənubi Azərbaycan bölgələrində soydaşlarımıza qarşı yürütdüyü antitürk xarakterli siyasəti barədə danışır, ümumiyyətlə, İran hakimiyyətinin azərbaycanlı, yaxud bütöv Azərbaycan ideologiyasının reallaşmasından nə qədər xoflandığını bildiririk. Bilirsiniz, xəritələr dəyişdirilə bilər, amma tarixi dəyişdirmək əsla mümkün deyil. Təbii ki, bunu Tehranın fars mollakratiya rejimi də çox gözəl bilir. Ona görə də, hər zaman və harada türkçülik, azərbaycançılıq ideologiyası mövcud olursa, dərhal bu ideologiyanı əlində olan bütün imkanları ilə boğmağa çalışır. İslam isə onlar üçün sadəcə bir pərdədir”.

R.Rəsulovun sözlərinə görə, bu gün İran yalnız İslam pərdəsi altında deyil, həm də şiəlik məzhəbi vasitəsilə də öz kirli niyyətlərini icra etməyə cəhdlər göstərir: “Lakin gəlin, ortadakı təzadlara nəzər salaq: bu gün orada yaşayan azərbaycanlılar da müsəlman və şiədirlər, fars idarəçiliyi də özünü nəinki şiə, həm də şiəlik məzhəbinin lokomotivi rolunda təqdim edir. Onda problem nədədir? Əlbəttə ki, millətdə, daha dəqiq desək, tükçülükdə, azərbaycançılıqda. Halbuki, İslam dini millətçiliyi inkar edir və belədirsə, Tehran rejimi izah etsin görək, Qurandakı ayələrə niyə əməl etmir? Niyə müsəlman və şiə azərbaycanlıları davamlı olaraq təzyiqlər altında saxlayır, repressiyalar həyata keçirir?

Hələ bu da azmış kimi, Tehranın sözdə müsəlman rəhbərliyi illərdir ki, Ermənistanla can deyib, can eşidir. Həmin Ermənistanla ki, müsəlman azərbaycanlıların torpaqlarını işğal etdi, minlərlə insanı qətlə yetirdi, soyqırımları törətdi. Niyə həmin vaxtlar İran hakimiyyəti Ermənistana ən azından barmaq silkələmədi? İndi regiondakı reallıqlar öz yerini tapanda, torpaqlarımız işğaldan azad ediləndə Azərbaycana qarşı dil uzadır? İzah etsinlər ki, ermənilərə olan sevgiləri haradan qaynaqlanır. Bir xatırlatma etmək istərdim. İranın keçmiş prezidenti Əhmədinejad Ermənistanın sabiq dövlət başçısı Serj Sarqisyanla Tehranda keçirdiyi görüşü zamanı fars-erməni qardaşlığından ağızdolusu danışaraq hər iki millətin genoloji qohum olduqlarını da dilə gətirmişdi. Bu bir etiraf idi, həqiqət idi. Həmin həqiqət ki, fars şovinizmi türkçülük ideologiyasını özünə düşmən hesab edir. Bu gün İranda qondarma erməni soyqırımının xatirəsinə ucaldılmış abidə var, Tehranda “Ararat” adında böyük “erməni evi” fəaliyyət göstərir, ermənilərin ölkə həyatındakı yerləri müsəlman azərbaycanlılardan qat-qat üstünlük təşkil edir. Amma bu yaxınlarda Tehran rejimi kürd millətçiləri ilə anlaşaraq Zəncanda azərbaycanlılara qarşı amansız vəhşiliyi törətdi, analarımız, bacılarımız, körpələrimiz döyülüb-söyüldülər, qardaşlarımız əl-qolları bağlanaraq maşınlara mindirilib aparıldı, işgəncələrə məruz qoyuldular. Bəs hanı İslam ümməti, hanı İranın cümə xütbələrində danışarkən ağızlarına yerləşməyən çullu dovşanlar? Göründüyü kimi, onlar susurlar, amma söhbət tarixi reallıqlara gələndə dərhal əbalarını başlarına çəkib, əmmamələrini göyə qaldırırlar ki, bəs Azərbaycan sən demə “sionistləri” sərhədə yığır və bu da İran üçün təhdiddir.

Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyev Cəbrayılda səfərdə olarkən onların cavablarını verdi və müvafiq bəyanatını da səsləndirdi. Lakin gördüyümüz kimi, Tehran rejimi öz həyasızlıqlarını davam etdirir və elə sanır ki, Azərbaycan təkdir. Xeyr, Azərbaycan tək deyil, onun yanında Türkiyə, Pakistan və s. kimi qardaşları var və bu qardaşlıq heç də dini, məzhəbi köklərə dayanmır, bu qardaşlıq təmizliyə, əsl qardaş sarsılmazlığı prinsiplərinə, el dili ilə desək, kişiliyə söykənir!

Təbii ki, İran hakimiyyətinin qorxduğu yeganə həqiqət sərhədlərdəki reallıqların dəyişdirilməsi, uzun illərdən bəri formalaşmış stereotiplərin laxlaması, məhvə doğru sürüklənməsidir.   

Çox gözəl xatırlatdınız ki, “Hizbullahın” qurucusu Şeyx Sübhi öz çıxışı zamanı İranın hansı səbəbdən Ermənistanı dəstəklədiyini, Azərbaycanı isə dəstəkləmədiyini şərh edərkən Tehranın yanlış siyasətindən heyrətləndiyini, təəccüb etdiyini və bundan hiddətləndiyini nümayiş etdirib. Mən də həmin videonu izləmişəm və əslində onun çıxışı belə əsasa söykənir ki, İran Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də müsəlman Azərbaycana deyil, radikal xrsitian qoluna söykənən Ermənistana dəstək göstərib və bu dəstəyi İranın özündə də müşahidə edib. Səbəb isə yenə də müsəlman Türkiyədir.Yəni Türkiyənin sərhədlərdə güclənməsi, hərbi, iqtisadi potensialının artmasıdır. Şeyx Sübhi də ona təəccüb edir və hiddətlənir ki, İran nəyə görə müsəlman ölkələrdən, İslam ümmətindən xoflanır.

Halbuki, İran istəsəydi, Ermənistanla deyil, qonşuları olan Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrini genişləndirə, daha güclü müsəlman birliyi yarada bilərdi. Amma bunu etmədi, əksinə, boğulan, məhv olan Ermənistanın ətəyindən yapışdı. Bu gün də həmin vəziyyət davam edir və təkcə Şimal-Cənub layihəsində Azərbaycanın iştirak etməyəcəyini sevinclə bəyan edərkən, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini iddia edərkən özünü daha çıxılmaz vəziyyətə sürükləmiş olur. Baxın, artıq Gürcüstan da İran furalarının sərhəddən keçməsinin qarşısını alır. Azərbaycan Türkiyə və Gürcüstanla hərbi təlimlərini keçirəcək, Naxçıvanda hərbi təlimlərimiz davam edir və bütün bunlar son deyil. Son onda olacaq ki, Tehran rejimi son anda diz çökərək, əsrlərdir buraxdığı səhvlərini etiraf edib üzr istəyəcək. Onda isə, düşünürəm ki, çox gec olacaq”.

R.Rəsulovun sözlərinə görə, bu gün Azərbaycanın, Türkiyənin dəhliz maraqları həm də Rusiya ilə üst-üstə düşür və İran hesab edirsə ki, Ermənistanın şərqinə ordu yeridəcək və s. bütün bunlar sadəcə və sadəcə fars şovinistlərinin, radikal dinçilərinin, müsəlmançılıqdan uzaq olan mollakratlarının nağıl aləmidir, hallüsinasiyalarıdır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ