Bazar günü günü, 15 noyabr 2026
     

ABŞ-ın Qafqaz, Azərbaycan siyasəti okeanın o tayında yenə tənqid hədəfidir

Image


Son illər ərzində ABŞ-ın Qafqaz siyasətində ciddi qüsurlara yol verməsi, xüsusən də Azərbaycana münasibətdə effektiv siyasət yürütməməsi indi okeanın o tayında daha çox tənqid edilir. Ümumiyyətlə, Qafqazda geosiyasi vəziyyətin təhlili göstərir ki, ABŞ-ın regionda siyasi, iqtisadi fəallığının azalması ilk növbədə Vaşinqtonun öz maraqlarına ziddir. Hər halda, İranın regionda fəallaşmaq niyyəti, Rusiyanın burada mövqelərini gücləndirməsi həm də ABŞ-ın Qafqazda mövqelərinin zəifləməsinin nəticəsidir.

İndiki halda ekspertlər belə hesab edir ki, ABŞ-ın regiona qayıtması, ən azından, burada qüvvələr balansının qorunması baxımından vacibdir. Amma bunun üçün ABŞ ilk olaraq Azərbaycanla münasibətlərini daha da dərinləşdirməlidir. Çünki Azərbaycan olmadan ABŞ regionda maraqlarını təmin edə bilməz. Bu müstəvidə ABŞ ilk olaraq postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına çalışmalıdır. Məhz bu, ABŞ-ın regionda nüfuzunu yüksəldə, mövqelərini daha güclü hala gətirə bilər. ABŞ-ın Azərbaycandakı səfiri Erl Lisenberger bu xüsusda artıq müəyyən maraqlı açıqlamalar verib: "ABŞ Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün hər hansı imkanlar axtarışındadır". O, buna misal kimi, ötən həftə Nyu-Yorkda ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirməsini göstərib: “Hər kəsə məlumdur ki, ölkələr arasında həll edilməmiş problemlər indiyədək qalmaqdadır. Bu uzun bir proses olacaq və bu problemləri həll etmək üçün görüşlər və birgə fəaliyyət tələb olunacaq”. Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb. Amma təbii ki, ABŞ-ın digər real addımlar atması da olduqca mühümdür. Elə bu müstəvidə Vaşinqtondakı “The Heritage Foundation” Tədqiqat Mərkəzinin xarici siyasət üzrə eksperti Lük Koffin də qeyd edir ki, İkinci Qarabağ müharibəsindən sonra ABŞ Cənubi Qafqazda iştirakını fəallaşdırmalıdır. O bildirir ki, Azərbaycan özünün beynəlxalq miqyasda tanınmış sərhədlərini bərpa edib və Cənubi Qafqazda iqtisadi lider kimi qalmaqda davam edir: “Bu gün Azərbaycan özünün Qərblə Rusiya arasında balansını saxlamağa çalışır. Bütün dünyada böyük dövlətlər arasında rəqabətin kəskinləşməsi ilə əlaqədar ABŞ Azərbaycanla qarşılıqlı əlaqələrini daha da fəallaşdırmalıdır. Bu günlərdə İkinci Qarabağ müharibəsinin başlanmasının birinci ildönümü olub. 2020-ci il noyabrın əvvəlində müharibə başa çatıb, Ermənistan və onun dəstəklədiyi separatçılar daha yaxşı hazırlığa malik olan və daha yaxşı təchiz edilmiş Azərbaycan ordusuna məğlub oldular. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə və otuz illik erməni işğalına son qoymağa nail oldu. Azərbaycanın qələbəsi Cənubi Qafqazda və Xəzər regionunda yeni geosiyasi reallıq yaratdı. Amerikalı siyasətçilər bu fakta xüsusi diqqət yönəltməlidir. Azərbaycan ABŞ-ın geosiyasi maraq dairəsinə daxil olan strateji regionda yerləşir.

ABŞ Azərbaycan barəsində öz xarici siyasətini hazırlayarkən bir neçə amili nəzərə almalıdır. Bunlar transatlantik cəmiyyətin enerji təhlükəsizliyinin təmin edilməsi – Azərbaycan bu prosesdə mühüm rol oynayır; böyük dövlətlərin rəqabətinin davam etməsi şəraitində Azərbaycanın geostrateji mövqeyi və Azərbaycanla İsrail arasında çox sıx münasibətlərin olmasıdır. Bundan əlavə, Azərbaycan mühüm diplomatik vasitəçidir. O, ABŞ və Rusiyanın dövlət strukturlarının yüksəkvəzifəli nümayəndələri arasında əməkdaşlıq və görüşlər üçün dəfələrlə münasib platforma yaradıb. Nəhayət, Azərbaycan Mərkəzi Asiyanın qapısıdır. ABŞ administrasiyası Cənubi Qafqaz regionu barəsində düzgün siyasət qurulması üçün bir neçə addım atmalıdır. Vaşinqton prezidentin Cənubi Qafqaza səfərini planlaşdırmalıdır. İndiyə qədər ABŞ-ın heç bir prezidenti hakimiyyətdə olduğu dövrdə Azərbaycana və ya Ermənistana səfər etməyib. Yalnız oğul Corc Buş 2005-ci ildə Gürcüstana səfər edib. Bu vəziyyəti dəyişmək vaxtıdır. ABŞ prezidentinin səfəri bu regionun Birləşmiş Ştatlar üçün əhəmiyyəti barədə güclü siqnal olar. Vaşinqton ABŞ-ın Azərbaycanda daha ciddi iştirakını nümayiş etdirməlidir”. Ekspert daha sonra “C5+1” platformasını “C5+2” platformasına çevirməyi, oraya Azərbaycanın da daxil olmasını təklif edir: “ABŞ-ın Mərkəzi Asiya ilə qarşılıqlı fəaliyyətinin uğurlu olması üçün 2007-ci ildə yaradılmış təşəbbüsə Azərbaycanı da qoşmaq lazımdır. “C5” platformasında Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan iştirak edir, “+1” isə Birləşmiş Ştatlardır. Bu platformanın əsas məqsədi beş Mərkəzi Asiya respublikası ilə ABŞ-ın çoxtərəfli əməkdaşlığı üçün format yaratmaqdır. Azərbaycan Mərkəzi Asiyada yerləşməsə də, iqtisadi, mədəni, ticari, tarixi və tranzit amillər səbəbindən transatlantik cəmiyyət üçün bu regionun qapısı sayılır. ABŞ-ın Gəncədə də diplomatik iştirakının təsis olunması mühümdür. Avrasiyanın strateji əhəmiyyətli hissəsində yerləşən Gəncə Azərbaycanın ikinci böyük şəhəridir”. Ekspert “Transxəzər” qaz kəmərinin və Ermənistanın da daxil olduğu yeni regional tranzit və enerji infrastrukturunun tikintisinə siyasi dəstək göstərməyi də tövsiyə edir: “Ermənistanla Azərbaycan arasında möhkəm sülh yaratmağın vaxtıdır. Onların qarşılıqlı iqtisadi fəaliyyətinin inkişafı münasibətlərin yaxşılaşmasına müsbət təsir göstərər”. Ekspert regiondakı bütün layiqli müttəfiqlərə təhlükəsizlik sahəsində kömək göstərməyi tövsiyə edir: “ABŞ hökumətinin hər hansı başqa ölkəyə hərbi yardım göstərilməsi barədə qərarı Konqresdə fasiləsiz lobbiçilik edən müəyyən qrupların tələblərinə deyil, Amerikanın milli maraqlarına əsaslanmalıdır. Məsələn, “Azadlığa Dəstək Aktı”na 1992-ci ildə erməni lobbisinin səyləri hesabına qəbul edilmiş 907-ci Düzəliş Azərbaycana qarşı yönəlib. Bu Düzəliş ABŞ-ın regionda milli maraqları üçün ədalətsiz maneədir”.

Elə digər bir çox ABŞ ekspertləri də eyni mövqeni bölüşür.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ