Bazar günü günü, 15 noyabr 2026
     

Tehran-İrəvan qardaşlığı möhkəmlənir, İran hələ də saatlı bomba üstündə oturduğunun fərqinə varmır...

Image


Ermənistanın xarici işlər naziri Ararat Mirzəyanın Tehrana səfər edərək iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşü, səsləndirilən fikirlər bu iki ölkənin həqiqətən də bir-birinə qardaş olduğunu təsdiqlədi. Belə görünür ki, İran üçün burada İslamı dəyərlər, müsəlman qardaşlığı ümumiyyətlə önəmli deyil.

İran Ermənistan kimi hələ də Azərbaycanı özü üçün təhdid mənbəyi olaraq qəbul edir. Amma bunun nədən qaynaqlanmasına dair hər hansı arqument də təqdim etmir, sadəcə, hansısa absurd iddialar irəli sürür. Bu məsələ Ararat Mirzəyan və Hüseyn Əmir Abdullahianın görüşündə də əsas diqqət mərkəzində yer aldı. Abdullahian bu görüş zamanı iki ölkəni birləşdirən tranzit yolların tezliklə bərpa olunmasına çağırıb. O, iki ölkənin yüksək vəzifəli rəsmiləri tərəfindən bir sıra strateji xarakterli razılaşmaların əldə olunduğunu deyib: “Siyasi sferadan başqa biz habelə iqtisadiyyat, ticarət, mədəniyyət və turizm sahəsində ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəlmişik. Biz bunu ucadan deyirik: İran üçüncü ölkələrin onun qonşuları, o cümlədən Ermənistanla münasibətlərinə təsir göstərməsinə yol verməyəcək. Bizim region yeni böhranlara dözümlülük göstərə bilməz. Bütün region ölkələri konsensus əldə etməlidirlər ki, regional problemlər xarici müdaxilə olmadan region ölkələri tərəfindən həll olunmalıdır”. Ararat Mirzəyanın açıqlamalarından isə bəlli olur ki, İran öz ərazisindən Ermənistana yeni yol çəkilməsində iştirakda maraqlıdır və buna maliyyə vəsaiti də ayıracaq: “Mən möhtərəm cənab naziri yol tikintisinin detalları barədə, habelə mövcud problemlər barədə məlumatlandırmışam. Mən məlumat vermişəm ki, haqqında bu qədər söhbət gedən yeni yolun tikintisi demək olar başa çatıb”. Amma erməni mediası yazır ki, həmin yolun işlək vəziyyətə gəlməsi üçün böyük miqdarda vəsait lazımdır və bunu İran qarşılamaq niyyətindədir. Beləliklə, iran bir daha açıq şəkildə ermənipərəst mövqedə dayandığını göstərir. Bu halda İran həm də Azərbaycanla münasibətlərini gərginləşdirmək xəttindən də geri çəkilmək niyyətində olmadığını göstərir. Lakin ekspertlər bildirir ki, bu, İranın özünə baha başa gələcək. Türkiyəli ekspert Taha Dağlı bu xüsusda bildirir: “Azərbaycan sərhədində toplaşan və təlimlər keçirən İran ordusunda türk əsilli əsgərlər var. Bu əsgərlərin çoxu “Boz qurd” salamını sosial media hesablarında paylaşır. İran Azərbaycanı hədəf aldığı təlimdə türk əsilli əsgərlər təyin edərək nə etməyə çalışır? Türkü türkəmi qırdırmağa çalışır? Əgər belədirsə, tutduğu bombanın öz əlində partlayacağını düşünürmü? Qafqazda tənlik dəyişib. İran bu tənlikdə yoxdur. Xüsusilə Zəngəzur dəhlizinin açılışı İran üçün qorxulu bir yuxudur. Ermənistanı dəstəkləyir, Azərbaycana qarşı çıxır. Türkiyə, Azərbaycan və öz sərhədlərində təzyiq altında tutduqları ən az 25 milyon türk əhalisinin olması onları çox narahat edir. Xüsusilə son dövrdə Türkiyə, Pakistan və Azərbaycanın birgə həyata keçirdiyi “Üç qardaş-2021” beynəlxalq təlimi İranın bütün qorxularını üzə çıxardı. Qarabağ savaşında Ermənistana qanunsuz olaraq maddi-texniki dəstəyi artırdılar. Bakı buna reaksiya verən zaman Qarabağ zəfərinin ildönümündə Azərbaycanla sərhəddə əsgərləri toplayıb təlimə başladılar”.

T.Dağlı qeyd edib ki, İran Azərbaycanı hədəf alarkən sığındıqları səbəb də maraqlıdır: "Azərbaycanın İsraillə yaxınlığından şikayətlənirlər. Bəli, Azərbaycan Türkiyə ilə olduğu kimi, İsraillə də sıx əlaqələri olan bir ölkədir. Amma Azərbaycanda İsrailin hərbi bazası yoxdur. Azərbaycanın İsraildə səfirliyi belə yoxdur. İran isə İsrail-Azərbaycan münasibətlərində gərginlik yaradaraq, “sərhədimizin sionist bazasına çevrilməsinə icazə verməyəcəyik” deyə, Azərbaycanla sərhədinə qoşun toplaya bilir. İran İsrail bəhanəsi ilə təkcə Azərbaycanı hədəf almadı. Keçən il Qarabağ savaşında CHP-dən Ünal Çeviköz Türkiyənin Suriyadan Qarabağa cihadçı göndərdiyi barədə böhtan atmışdı. Nəhayət, İran bu yalana sığındı. İran ordusunun briqada generalı Kəyumərs Heydər “İŞİD terrorçuları keçən il Qarabağ savaşına gətirilmişdi, bu təlimdə İŞİD-ə qarşı mübarizə aparacağıq” deyib. Türkiyə və Azərbaycanı İŞİD terror təşkilatı ilə əməkdaşlıqda günahlandırır, provokasiyalarını İsrail-Azərbaycan əlaqələri ilə yanaşı, İŞİD-Türkiyə-Azərbaycan anlayışı ilə tamamlayırlar. İran yenidən səhv yoldadır. İraqda PKK terrorçuları ilə qol-qola girib Türkiyəyə hücum etməyə çalışdıqları kimi, Qafqazda da böyük bir səhv edirlər. “Boz qurd” salamı son günlər orduda olan türk əsilli əsgərlər arasında geniş yayılıb. Bu, əslində tamamilə simvolik bir mesajdır. Mesajın nə olduğunu soruşsanız, bu, türk əsilli əsgərlərin İranın son fəaliyyətlərindən ciddi şəkildə narahat olduqları və öz içlərində səfərbər olmağa başladıqları mesajıdır. Türkiyə hələ də yaxşı niyyətini qoruyub, sanki İrana “ağlını başına topla” sarsılmaz qardaşlığı vasitəsilə xəbərdarlıq etdi”.

Rusiyalı hərbi analitik Aleksandr Artamonov isə məsələyə fərqli prizmadan nəzər salır: “Tehran bəyan edir ki, guya Bakı İsrailə İranı hədələmək üçün Azərbaycan ərazisindən istifadə etməyə icazə verib. Bu, əsası olmayan absurd bir bəyanatdır. Bundan əlavə, İranın bu bəyanatı ümumiyyətlə məntiqdən məhrumdur”. Onun sözlərinə görə, Azərbaycan öz ərazisindən qonşularına qarşı istifadə etməyə prinsipial olaraq müqavimət göstərib və bu prinsip Azərbaycanın xarici siyasətinin təməl daşıdır: “Bakının bu mövqeyi vaxtilə sınaqdan keçib. 2005-ci ildə amerikalılar Bakıya Azərbaycan ərazisində İran sərhədləri yaxınlığında ABŞ xüsusi təyinatlı qüvvələri bazasının yaradılması barədə təkliflərini dilə gətirdilər. Əks təqdirdə, onlar Azərbaycanı “rəngli inqilab” və müxalifətə dəstək olmaqla hədələdilər. Hədə-qorxuya baxmayaraq, Prezident İlham Əliyev prinsipial mövqeyindən geri çəkilmədi. Yaddan çıxarmayaq ki, o zamanlar Amerika İraq və Əfqanıstana daxil olaraq, öz qüdrətini dünyaya bəyan etmişdi. Bu gün, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hakimiyyəti daha möhkəm və daha inamlı olduğundan, heç kimə qarşı öz ərazisindən istifadə olunmasına imkan verməz. Heç kim Azərbaycanı buna məcbur edə bilməz. Tehranı yalnız Azərbaycanda Türkiyənin nüfuzunun artmasından narahat olmaq kontekstində başa düşmək olar, lakin müasir Türkiyəni “sionist qüvvə" adlandırmaq ən azı siyasi baxımdan düzgün deyil. Bu, heç də İran üçün produktiv olmayacaq.

Bu gün Azərbaycan Prezidenti “Dostluq sərhədi” adlandırdığı İranla 30 il müddətinə işğal altında qalmış yüz kilometrlik sərhədi nəzarət altına alıb. Bütün bunların fonunda İranın Azərbaycana qarşı dost olmayan mövqeyi Bakının Ankara ilə münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxaracaq”.

İndilikdə İran hələ də təcavüzkar, Xocalı soyqırımı kimi əsrin cinayətini törədən Ermənistanla əlaqələrini gücləndirir, Ermənistanın təcavüzkar dövlət olduğunu dilinə gətirmir. İran işğal müddətində islam irsini dağıdan, məscidləri təhqir edən Ermənistanın əməllərini hələ də görməzdən gəlir. İranın baş diplomatı Vətən müharibəsində regiona terrorçu qrupların gətirildiyini deməklə də Azərbaycana söz atır, halbuki, erməni terrorizmindən bir kəlmə belə bəhs etmir. Beləliklə, postkonflikt dövrü təkcə Ermənistanla yox, İranla da dövlət sərhədinin Cəbrayıl, Zəngilan, Füzuli istiqamətində möhkəmləndirilməsini zəruri edir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ