Bazar günü günü, 15 noyabr 2026
     

ABŞ-dan İrana müharibə xəbərdarlığı...

Image


Ermənistanla sıx işbirliyində olan cənub qonşumuz dünya üçün də təhdid mənbəyinə çevrilir. Söhbət İranın beynəlxalq konvensiyalara zidd olaraq nüvə silahına yiyələnmək niyyətindən gedir.

ABŞ Prezident Administrasiyasındakı mənbələrin yaydığı məlumata əsasən, İran nüvə proqramında əhəmiyyətli irəliləyiş əldə edib və nüvə bombası hazırlamaq ərəfəsindədir. Tehranın cəmi bir neçə aya atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edə biləcəyi də vurğulanıb. Mənbə qeyd edib: “Aydındır ki, bu olduqca narahatedici xəbərdir”. Bu vəziyyətdə “Reuters” agentliyi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Kulata arasındakı görüşün detallarını da açıqlayıb. ABŞ-ın rəsmi nümayəndəsi bildirib: “Vaşinqton nüvə silahı istehsal edən və sahibi olan başqa bir dövlətin yaranmasının qarşısını almaq üçün başqa üsullardan istifadə etməyə hazırdır. İran heç vaxt nüvə silahına sahib ola bilməz, bu vədimizə tam sadiqik”. Sallivan prezident Co Baydenin Tehrana xəbərdarlığını xatırladaraq deyib ki, danışıqlar iflasa uğrasa, Vaşinqton başqa variantlara da üz tuta bilər. İndilikdə o hesab edir ki, diplomatiya İranın nüvə proqramını cilovlamağın ən yaxşı yoludur.

Xatırladaq ki, 2015-ci ildə İranla dünya güclərinin imzaladığı sazişə görə, Tehran nüvə zənginləşdirilməsi poqramına limit qoymalı, bunun qarşılığında İranın üzərindəki beynəlxalq iqtisadi sanksiyalar qaldırılmalı idi. Lakin keçmiş prezident Donald Tramp 2018-ci ildə ölkəsini bu razılaşmadan çıxardıqdan sonra İran üzərinə sanksiyalar bərpa olunub. Hazırda ABŞ hökuməti bu razılaşmanın dirçəldilməsinə çalışır. İsrail isə bunun əleyhinədir. ABŞ ekspertləri bildirir ki, İran bu saziş imzalanarkən atom bombası yaratmaq üçün kifayət qədər zəngin uran istehsal etmək hədəfindən 12 ay aralı qaldı, lakin Trampın məlum addımından sonra indi bu müddət daha az olaraq dəyərləndirilir. Bu durumda Sallivan vurğulayır ki, Vaşinqton Tehranın nüvə silahı istehsalına çatmasının qarşısını almaq əzmindədir. Ağ Evin verdiyi bəyanatda isə bu xüsusda deyilir: “Cənab Sallivan izah edib ki, ABŞ administrasiyası bu məqsədə çatmaq üçün ən yaxşı yolun diplomatiya olduğuna inanır. Amma eyni zamanda, prezident aydın şəkildə bildirib ki, diplomatiya iflasa uğrasa, Birləşmiş Ştatlar başqa variantlara da üz tutmağa hazırdır”. Prezident Bayden İsrailin baş naziri Naftali Bennetlə avqust ayında görüşərkən buna bənzər mesaj vermişdi. “Reuters” agentliyi ekspertlərə istinadən yazır ki, Tehran vaxtı uzatmaqla və uranın zənginlik dərəcəsini artırmaqla danışıqlarda daha böyük güzəştlər əldə edəcəyini düşünür. Lakin bu halda ABŞ və İsrailin İrana hərbi zərbələr endirməsi də gözlənilən hal hesab edilir.

Bundan əvvəl də İsrailin müdafiə naziri Benni Qantz bəyan edib ki, İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər. Qantz, İran nüvə əldə etmək həddini keçəcəyi təqdirdə, bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib. Nazir onu da əlavə edib ki, ABŞ-ın öz ordusunu Əfqanıstandan çıxarması İran və onun tərəfdarlarına daha inamla hərəkət etməyə imkan yarada bilər. Qantzın sözlərinə görə, rəsmi Tehran o qənaətə gəlməməlidir ki, o güclü və qətiyyətli olarsa, Qərb təslim olacaq. Bundan başqa, İsrail İranın nüvə silahına malik olmasının qarşısının güc yolu ilə alınması variantının hələ də qüvvədə qaldığını bildirir: “İran imzaladığı müqavilələrə əməl etmir və buna görə də gələcəkdə hansısa razılaşmaya əməl edəcəyinə inanmaq üçün əsas yoxdur. Hərəkət etməyin vaxtıdır. Hələ də nüvə razılaşmasının tərəfləri olan ölkələri bu müqavilədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etməyə çağırıram”.  Nazir qeyd edib ki, Rusiya və Çin də daxil olmaqla, bütün dünya güclərinin qlobal sabitliyi qorumaq üçün kampaniyaya qoşulma vaxtı çatıb. Müdafiə naziri rəsmi Tehranı İranın iqtisadi, siyasi və hərbi məqsədlərinə çatmasına kömək edən mütəşəkkil terrorçu ordularından istifadə etməkdə günahlandırıb. Qantzın sözlərinə görə, İranın mərkəzindəki Kaşan poliqonundakı baza Yəmən, İraq, Suriya və Livandan olan terrorçuları hazırlamaq və onlara İran istehsalı PUA-nın idarə olunmasını öyrətmək üçün istifadə olunur. İsrailin baş naziri Naftali Bennet İran tərəfindən uranın zənginləşdirilməsini dayandırmağın vacibliyini vurğulayıb, əks halda diplomatiyaya alternativ üsullardan istifadə ediləcəyini bəyan edib. Belə hesab edilir ki, İran nüvə silahını hazırlamağa davam edərsə, ABŞ da İsraillə birlikdə İrana hərbi zərbələr endirə bilər.

İsraili narahat edən daha bir məqam İranın bu ölkədən olan iş adamlarına, onların biznes obyektlərinə hücumlar təşkil etməsidir. İsrail artıq İranı Kiprdə yaşayan israilli iş adamlarına sui-qəsd hazırlamaqda ittiham edib. İsrail mətbuatı Kipr mənbələrinə istinadən xəbər yayıb ki, israilli milyarder Teddi Saqiyə sui-qəsd edilib, lakin milyarder ölümdən son anda qurtula bilib. Qeyd edilir ki, İran Kiprdə yaşayan digər israilli iş adamlarına qarşı da terror aktı törətməyə cəhd göstərib. İsrail buna görə də İranın cavab verməli olacağənı bəyan edib.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ