Bazar günü günü, 15 noyabr 2026
     

Cəbrayılla Suqovuşan...

Image


İllər öncə bizim Ayxana dərs hazırlığında kömək edərkən, onun qəfil və ağır sualı ilə qarşılaşdım: “Ata, elə həmişə ermənilər bizi qırıb? Həmişə onlar qalib gəlib”? Əlbəttə, sualın nədən qaynaqlandığını bilirdim.

Ard-arda gələn “işğal günləri”, 26 fevral – Xocalı Soyqırımı, 31 mart – Azərbaycanlıların Soyqırım Günü dərsliklərimizdə öz yerini alıb və şagirdlərə öyrədilir; Ayxan da millətimizin bütün övladları, düşüncəli həmyaşıdları kimi öz millətini, ölkəsini məğlub, qırılmış-çatılmış görmək istəmir, belə bir mənzərəni qəbullana bilmirdi. Amma bir ibtidai sinif şagirdinə uzun-uzadı siyasi əsaslardan, böyük dövlətlərin maraqlarından, Ermənistanın “maşa” olmasından və s. danışmaq doğru olmazdı, mən də mümkün anlayış şəkli ilə durumu izah etməyə çalışdım. Çalışdım inansın ki, yazılanlar başqa, gerçək həyatda olanlar başqadır; dedim ki, narahat olma, indiyədək də intiqam almışıq, gələcəkdə də intiqam alacağıq. I Qarabağ müharibəsinə aid hərbi  uğurlarımızı əks etdirən videomateriallar tapdım “yutub”dan, onları göstərdim. Ayxana təskinlik verdim bir təhər amma özümə təskinlik verə bilmədim təbii. Təbii, hansı tərəfə çəksəm, hansı səbəblər gətirsəm və desəm də ki, ikilistandartlar var, yenə özüm fikrən təmin olunmurdum. Mənim torpaqlarımı işğalda saxlayan heç bir şərt, heç bir izahat, əsaslandırma məndə fikri, ruhi təminat yarada bilməzdi, təbii.

Uzun sözün qısası, 27 sentyabr 2020-ci ilədək necə dözdüyümüzü, nə təhər səbr etdiyimizi bəlkə də gələcək araşdırmaçılar daha doğru-dürüst qiymətləndirə biləcək, olsun ki bizi ayaqda saxlayan hadisənin adı inam olacaq: haqqın nazilsə də üzülməyəcəyinə olan inam! İnam yoxsa, dözüm, səbr bir kateqoriya olaraq zədələnər, sıradan çıxardı yəqin. Özü də, mən inam sözü ilə yalnız mistik, ilahi qüvvələri, kainatın ruhunu nəzərdə tutmuram, öz döv­lətimizə, öz xalqımıza, öz qardaşımıza inamı da nəzərdə tuturam. Başqa nə bizi bunca diri saxlaya bilərdi ki? – Özü də ən azı 26-27 il boyunca! – Bir igid ömründən daha artıq...

7 maddə

Budur, biz övladlarımıza, ixtiyarlarımıza, kövrəklərimizə və qəlbinurlarımıza haqqın nahaqq üzərindəki qələbəsindən danışırıq, onları qutlayırıq, onlara sevinc paylayırıq, onların sevincini bölüşür, çoxaldırıq!

Siz Prezidentin Suqovuşanda, Cəbrayılda çıxışlarına diqqət etdinizmi? Diqqət etdinizmi, Prezident yalnız özünü deyil, rəhbəri olduğu ölkəni, xalqı necə ifadə edir, necə təmsil edir? Qürur duyuruq! Ürəyimizdən tikan çıxır! O sözlər ürəyimizə sarı yağ kimi yayılır. Bilirsiz, Suqovu­şan­da, Cəbrayılda BMT tribunası, ATƏT zirvəsi yoxuydu ancaq Suqovuşanda, Cəbrayılda Prezidentin verdiyi ismarıclar beynəlxalq ictimai fikrə BMT, ATƏT və b. tribunalardakı çıxışlardan az təsir etməyəcək. Deyim nə üçün?

Birincisi, ona görə ki, konkret ünvanlı ismarıclar vardı, o ismarıclar hər dəfəsində bir şəxsə (ölkəyə) deyil, bir neçə şəxsə (ölkəyə) ünvanlanırdı;

ikincisi, söz deyən qalib ölkənin Prezidenti – Müzəffər Ali Baş Komandandır (və məhz hərbi formadaydı);

üçüncüsü, Prezidentin Suqovuşana, Cəbrayıla səfərdən öncə nüfuzlu media orqanlarına – “Nasionalnaya oborona” (Rusiya), “Anadolu” (Türkiyə), “France-24” (Fransa) və az öncə “EFE”-yə (İspaniya) verdiyi müsahibə, Suqovuşan və Cəbrayılda səsləndirdiyi fikirlərə yaxşı zəmin rolunu oynadı;

dördüncüsü, 44 günlük müharibənin ildönümüdür – hər gün bir neçə kəndin, qəsəbənin və şəhərin azad olunmasının birinci ildönümünü bayram edirik – bu fonda bütün maraqlı tərəflərin gözü, qulağı regiondadır;

beşincisi, İran adlanan dövlətin (hər iki tərəfi dədə-babadan Azərbaycan olmuş) Araz çayı boyunca hərbi təlimlər keçirməsi, İran adlanan dövlətin rəsmilərinin hansısa mollasından tutmuş nazirinədək buraxma bəyanatlar səsləndir­məsi də, Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də beynəlxalq ictimaiyyətin Azərbaycana (ümumən regiona) diqqətini şərtləndirməkdədir;

altıncısı, adıyaman bəlli Serjik Azatoviç Sarkisyan yeni “açıqlama” verdi və İlham Əliyevdən sarsıdıcı cavabı Suqovuşanda aldı;

yeddincisi, Rusiya-Türkiyə dövlət başçılarının görüşündə Azərbaycanın maraq dairəsində olan mövzulara, ilk növbədə 44 günlük müharibədən sonra yaranmış yeni gerçəkliyə diqqət çəkilməsi, habelə Gürcüstan Baş nazirinin Bakıya səfəri də qonşularımızın siyasi gündəmini xatırlamağı vacib qılır. Azərbaycanın aid olduğu regionda Azərbaycandan və Azərbaycanın əvəzsiz qardaşından qıraqda hansısa mühüm hadisə ya cərəyan edə bilməz ya da o hadisənin təşkilatçıları, təqibçilərinin düşündükləri kimi sonuclanmaz.

Yəni ya Azərbaycanla işləməli, Azərbaycanı dinləməli, Azərbaycana sayğı duymalısan ya da uğursuzluğa imza atmalısan! Azərbaycana sayğı duymayanların gec-tez hansı aqibətlə üzləşdikləri bəsbəllidir. Belə bir aydın mənzərə fonunda Azərbaycan Prezidentinin Suqovuşanda, Cəbrayılda verdiyi ismarıclar, ümumən Tərtərə, Bərdəyə, Cəbrayıla səfərləri hadisə kimi hadisədir. Doğrudan da, nəyi, nə vaxt, necə və harda demək lazım olduğunu yaxşı bilən dövlət və siyasət xadiminin yeni diskursuna şahid olduq: nitqin məntiqliliyi, çıxışdakı əlaqəlilik, fikir bütövlüyü – məhz dərin düşüncəyə əsas­lanmış fikirlər toplusu... Suqovuşan və Cəbrayıldakı çıxışlar, özündən öncəki uyğunprofilli çıxışları yada saldı – necə ki müsahibələri öncəki müsahibələrini (örnəyi, “EFE”yə 04.12.2020-ci ildə, 02.10.2021-ci ildə) sövq-təbii xatırladır – məntiqi bağlılıq, fikri ardıcıllıq, sözübütövlük...     

Beləliklə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Tərtər, Bərdə və Cəbrayıl rayonlarına səfəri, səfər günlərində qalmayıb, qarşı günlərin gündəminə də öz əsaslı təsirləri ilə zəngin oldu.

Azadlıq Günəşi salama gəlir...

Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan 2020-ci il oktyabrın 3-də, Cəbrayıl şəhəri isə oktyabrın 4-də azad edilib. Azərbaycan Prezidenti bu əlamətdar ildönümünü bölgəyə səfərlə süslədi, yeni çəkilmiş yolun açılışını etdi, daha yeni yol çəkilişinin planı ilə tanış oldu. “Yol – iqtisadiyyat, mədəniyyət. Bir sözlə, həyat deməkdir” (H.Əliyev). Qarabağa kənd-kənd, şəhər-şəhər mədəniyyət qayıdır! Öncəki yazılarımızda da vurğuladğımız kimi, işğal mədəniyyətsizliyindən azadlıq mədəniyyətinə keçid baş verir; işğal zülməti aradan qaldırılır, azadlıq Günəşi qurucuları, bərpaçıları salama gəlir. Qarabağ azadlıqdan abadlığa sürətli, keyfiyyətli, qarşısıalınmaz keçid edir. Ötən il müharibə meydanında xarüqələr yaradan Azərbaycan, indi də sürətli və keyfiyyətli quruculuqda, abadlıqda mözücələr yaradır: Suqovuşanda bayraq qaldıran Ali Baş Komandan, Cəbrayılda şəhərin təməl daşını qoydu! Cəbrayıl öncəki Cəbrayıldan əlbəttə, yaxşı olacaq; ancaq Cəbrayılın şəhər yaddaşı unutmayacaq, unutdurmayacaq: nə işğal zülmətini, nə azadlıq Günəşini!.. Suqovuşan yalnız fiziki, coğrafi yaxud fiziki-coğrafi anlam daşımır, ruhi-mənəvi, psixoloji anlamlarla yükümlüdür: axırımızın su kimi durulacağını hələ 1 il öncə Suqovuşanın azadlığı müjdə vermişdi. Elə o vaxt, bu vaxt qovuşdurana şükürlər dilimizdən əskik olmur. Suqovuşanda sular qovuşur, illər qovuşur, ellər qovuşur, xatirələr qovuşur, keçmişlə gələcək qovuşur! Qovuşur ki, ən yaxşı cəhətlərimiz, ən üstün yönlərimiz birləşsin, ağırlığımız-uğurluğumuz suda batsın, odda yansın!

Daha Suqovuşanın suyunun ağzı qışda selləmə açılıb, yayda yezidcə bağlanmır. Nə suyun, nə suçunun yeri səhv düşməyib artıq. Hər şey yerli yerindədir.

Suqovuşan su anbarına nəzarətin təmin edilməsi, Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlarımızın su təminatı probleminin həllinə ciddi təsir etdi. Ümumən işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının səmərəli idarə olunması yönündə tədbirlər həyata keçirilir.

İndi neçə-neçə gəncimizin, hərbçimizin “Suqovuşanın azad olunmasına görə” medalı var. Əgər nəzərə alsaq ki, digər medallarımız rayonların adı ilə bağlıdır, o zaman bir qəsəbənin azad olunmasına görə medal təsis olunmasının mahiyyəti aydın olur. Suqovuşan bir qəsəbədən daha artıqdır yəni. Suqovuşanın işğaldan azad olunması, Ordu­muzun gücünü, əsgərlərimizin, zabitlərimizin qəhrə­man­lığını təcəssüm etdirir.

Yarılan cəbhə

Ötən il müharibənin ilk günü, öncəbhə yarıldıqdan sonra azad olunmuş kəndlərimizin ardınca, strateji önəmli Su­qovuşan və Talışın azad edilməsi ordumuzun özünə də, bütövlükdə xalqımıza da mənəvi güc verdi, gücümüzə güc qatdı: biz bacararıq! – dedik və bacardıq!

2016-cə il Aprel Döyüşlərindən sonra yenidən Talışa qayıda bilmiş ermənilər, Talışın və Suqovuşanın qəti, birmənalı azad edilməsindən sonra öz ordularının “güc”ünü sorğulamağa başladı, yalan pərdəsi cırıldı; işğalçılar arasında çaxnaşma düşdü, gərginliklər yaranmağa başladı.

Azərbaycan Prezidenti Talış kəndində də səfər edərək, burada işğalçıların dağıtdığı alban-udi və pravoslav kilsələrinə baş çəkdi. İşğalla azadlığın, vandallıqla quruculuğun, Ermənistanla Azərbaycanın fərqi budur: onlar Allah evini dağıdır, təhqir edir, özününküləşdirir, özgələşdirir, biz isə işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla ölkə boyu xristian irsinə sayğı ilə qayğı ilə yanaşırıq.

“Smerç” düşən ev"

Vətən Müharibəsi vaxtı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhər sakini Sahib İsmayılovun evinin dağıdılmasını xatırlayırıq. Pezident dağıntı yerinə getdi, orada tikilmiş yeni ev və evdə yaradılan ortamla tanış oldu. Evyıxanların başına Dəmir Yumruq endikdən sonra, bölgəyə hüzur, əminamanlıq gəlməsinin bir nişanəsi də “Smerç düşən ev”in yerinə yenisinin tikilərək, sahibinə verilməsidir. Evyiyəsi, Qarabağyiyəsi, Həqiqətyiyəsi, Haqyiyəsi belə olur!  

Bərdə nə gözəldir, necə qəşəngdir...

Azərbaycan Prezidenti Bərdə rayonuna səfər edərək, Peşə Liseyinin açılışını etdi. Təhsil, səhiyyə, mədəniyyət və başqa əməli çalışma sahələrində özünəxas gələnəkləri olan Bərdə, (yanılmıramsa) bölgələrimiz arasında ilk elektron kitabxanaya da malikdir. Zehni əmək, fiziki əmək bəlkə də daha çox peşə təhsil müəssisələrində çiçəkləyir.

Təhsil infarstrukturunun təkmilləş­diril­məsi, peşəyönümlü təhsilin meydanının genişləndirilməsi və ye­nidən qurulması yönündə ölkə miqyasında ardıcıl və sonuclu işlərin görülməsi ümumi işin xeyrinədir.

Peşə, peşəkarlıq və...

Suqovuşandan, Talışdan, Cəbrayıldan danışarkən, ümumən müharibədən və sülhdən danışarkən ana xətt olaraq keçən sözlərdən biri də peşəkarlıqdır. – Peşəkarlıq sözünün kökü peşədir. Peşə elə bir kateqoriyadır ki, Nizami İlində, Nizaminin öydüyü şəhərdəki Peşə liseyindən danışarkən də məşhur sözləri yadımıza salır: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Və fikirləşirəm ki, ötən il Bərdəni də qadağanolunmuş raketlərlə vuran, günahsız mülki insanların ölümünə səbəb olan Ermənistanda hazırda palançı da, papaqçı da bir-birinə qarışıb: papaq var, baş yoxdur, baş var papaq yoxdur... palan var, uzunqulaq yoxdur, uzunqulaq var, palan yoxdur... Xar-xəryə bir-birinə qarışıb: Nikolyası belə, Serjiki elə, Roberti elə-belə... 30 illik qudurmuşluq sindromudur bəlkə... Səngiyəcək...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ