Bazar günü günü, 15 noyabr 2026
     

İran mediası Azərbaycan Prezidentinə münasibətdə etik əndazəni tam aşdı - hətta XİN instaqram səhifəsi də...

Image


Son günlərə qədər İranın Azərbaycana qarşı xoşagəlməz, mənfi davranışları əsassız ərazi iddialarına, cəmiyyətimizi qarışdırmağa yönəlirdisə, daha çox bu səpkidə olurdusa, indi “qardaş ölkə” daha iyrənc bir yol tutub. Azərbaycana qarşı həyata keçirdikləri digər təxribatlar, qarışdırıcı hərəkətlər effekt vermədikdə, Azərbaycan cəmiyyətində heç bir xaos yaratmadıqda fars-molla rejimi hiylə niqabını üzündən götürüb əsl simasını ortaya qoydu.

 

İran marazmın son həddini sərgilədi. Belə ki, “Teleqram” seqmentində İran XİN-in rəsmi Instagram səhifəsində paylaşdığı bir fotoşop təqdim edilib. Bu fotoşop bu ölkənin, onun dini liderinin mahiyyətini tam olaraq ortaya qoyub. İran XİN-in paylaşdığı postda Xamneyi Azərbaycan və Türkiyə liderlərindən “yuxarıda” göstərilir və eynəyini qaldıraraq “aşağı” baxır, guya İran bununla öz baş mollasının iki əzəmətli türk liderindən “üstün” olduğunu iddia edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezinti Rəcəb Tayyib Ərdoğanın nəinki regionda, eləcə də bütün dünyada sayılıb-seçilən, hesablaşılan dövlət başçıları olması İranın qarnına qara sancı doldurub. İran XİN-in instaqram səhifəsində yayılan üzdəniraq post azmış kimi, İranın rəsmi mediası da Azərbaycan Prezidentinə qarşı qarayaxma kampaniyası aparır. Bütün etik əndazələri, əxlaqi-mənəvi sərhədləri aşan İran mətbuatı hətta İlham Əliyevin karikatirasını da dərc edib. Fars-molla rejiminin göstərişi ilə rəsmi mətbuatının yol verdiyi bu tərbiyəsizliyə görə İran tərəfi Azərbaycan Prezidentindən və Azərbaycan xalqından rəsmən üzr istəməlidir.

Bu karikaturalar da “Teleqram”da yayılıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın və Türkiyənin bölgədə, eləcə də dünyada mövqeyinin güclənməsi İranın yuxusunu ərşə çəkib, bu üzdən də Azərbaycan və Türkiyə prezidentlərinə qarşı bu cür hədyanlar yağdırır, qeyri-etik davranış sərgiləyirlər. “Şübhəsiz ki, İran islam rejiminin artıq bu cür çirkinliklərə əl atması qəbuledilməzdir. Bütün bunlar İran İslam rejiminin sözün həqiqi mənasında öz mahiyyətini göstərdiyindən, ortaya qoyduğundan xəbər verir. Azərbaycan rəsmi olaraq, dünən olduğu kimi bu gün də, bütövlükdə,  həmişə rəsmi Tehrana münasibətdə təmkinlə, səbrlə davranıb. Bir çox hallarda rəsmi Bakı rəsmi Tehranın Azərbaycana qarşı törətdiyi təxribatlara dözümlü yanaşıb. Amma ötən il qələbə ilə başa çatan 44 günlük müharibədən, Qarabağ zəfərindən sonra İranın iç üzü tamamilə üzə çıxdı, ifşa olundu. Rəsmi Tehran, Birinci Qarabağ savaşında olduğu kimi, İkinci Qarabağ savaşında da açıq-açığına Ermənistana və indi məhv olan qondarma “DQR”in tör-töküntülərinə bu və digər mənada yardımlar etdi. Bu artıq bir reallıqdır. Hətta Qarabağ zəfərindən sonra İranın Xankəndiyə göndərdiyi TIR-lar Azərbaycanın səbrini daşırdı. Guya İranın da bu TIR-lardan xəbəri yox imiş. Ona görə də Azərbaycanın işğaldan azad etdiyi 130 kilometr sərhəd boyu ərazidə bir çox işlər görməsi, iqtisadi zona yaratması, hərbi təlimlər keçirməsi suveren və beynəlxalq hüququdur. Amma rəsmi Tehran bunu başqa yerlərə yozmağa çalışır, guya Azərbaycanın hansısa dövlətin “oyuncağı olması” iddiasını irəli sürür. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu cür açıqlamalar əslində rəsmi Tehranın iç üzünü bir daha göstərdi, şübhəsiz ki, bu, Azərbaycanın suverenliyinə təhddiddir. Bundan əlavə, İranın rəsmi mətbuatının, bütövlükdə bu ölkənin mediasının bütün əxlaq sınırlarını aşması və Azərbaycan Prezidenti Əliyevi və Türkiyə Prezidenti Ərdoğanı hədəfə alması, karikaturalar dərc etməsi, hədyanlarını davam etdirməsi, əlbəttə, qəbuledilməzdir. İran XİN-in rəsmi instaqram səhifəsiundə yayılan çirkin post da bu ölkənin çirkin niyyətlərini ortaya qoyur. Biz bütün ümumilli məsələlərdə prinsipial olmalıyıq. Bildiyiniz kimi, mən də Bütöv Azərbaycan Ocaqlarının Türk dünyası ilə əlaqələr üzrə başqan müaviniyəm. Biz Bütöv Azərbaycan Ocaqları olaraq, ümummilli məsələlərdə həmişə dövlətimizin yanında olmuşuq. Azərbaycan Respublikasının başında dayanan  şəxsə atılan iftira qəbuledilməzdir. Hər bir Azərbaycan vətəndaşı kimi bizlər də bunu qəbuledilməz hesab edirik. Bu anlamda da İran rejiminin Xarici İşlər Nazirliyi və media vasitəsilə atdığı son çirkin addımlar birmənalı şəkildə qəbuledilməzdir. Molla rejiminin bu hədyanlarına, həddini aşan davranışlarına qarşı Azərbaycanın güneyində artıq hərəkətlər başlayıb, bu rejimə sərt cavablar verilib, bundan sonra da veriləcək”.

İranın keçirdiyi hərbi təlimlərin uğursuz nəticələndiyini deyən F.Ələkbərli hesab edir ki, molla rejimi bu uğursuzluqdan da qəzəblidir. Onun sözlərinə görə, eyni zamanda Azərbaycan, Türkiyə və Pakistanın keçirdiyi birgə hərbi təlimlər, o cümlədən Azərbaycan-İsrail münasibətlərinin çox yüksək səviyyədə olması molla rejimini çox ciddi şəkildə narahat edir. “İran təcrid olunmuş formadadır, bütün bunların da günahkarı özüdür. Dünənə qədər İranı müdafiə edən, yaxud bu kimi məsələlərdə neytral mövqe tutan Azərbaycan və Türkiyə kimi dövlətlər rəsmi Tehranı artıq müdafiə etməyəcək. Bu onlar üçün artıq çox ciddi məsələdir. Eyni zamanda, Azərbaycanın güneyindəki milli hərəkat da rejimi cavabsız qoymayacaq. Azərbaycanın dəmir yumruğu Ermənistanın və qondarma rejimin başını əzdiyi kimi, Təbrizin dəmir yumruğu da molla rejiminin başının üzərində dayanacaq. Molla rejimi Təbrizin yumruğunu bir daha hiss etmək ərəfəsindədir...”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ