Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan və Ermənistan artıq vasitəçilər olmadan münasibətlərini müəyyən edəcək...

Image


Postmüharibə dövründə Azərbaycan regionda sülhün bərqərar olması, əməkdaşlıq əlaqələrinin qurulması üçün Ermənistanla birbaşa sülh danışıqlarına, dialoqa hazır olduğunu bildirib. Bu məqsədlə Azərbaycan ən yüksək səviyyədə Ermənistana müvafiq müraciətlər də ünvanlayıb.

Məsələyə  İspaniyanın EFE agentliyinə müsahibəsində yenidən toxunan Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla üz-üzə danışıqlara hazır olduğunu bildirib: “Əslində, danışıqlar və təmaslar başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Həmçinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu, müharibə bitəndən sonra birinci dəfə baş vermişdir. Bizim nazirin mənə verdiyi məlumata görə hesab edirəm ki, görüş konstruktiv və ümidverici olmuşdur. Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır”. Bununla yanaşı, İlham Əliyev onu da qeyd edib ki, Paşinyanla bir araya gəlməyə hazırdır: “Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək”. Daha əvvəl Fransanın “France-24" televiziya kanalına müsahibə verən İlham Əliyev bildirmişdi ki, Minsk Qrupunun həmsədrləri iki ölkə liderinin görüşü təklifi ilə çıxış etsə, Azərbaycan buna qarşı çıxmaz.

 Məhz belə bir vaxtda Nikol Paşinyan da Latviyada erməni icması ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib: “Ən yüksək səviyyədə görüşlərə hazırıq, yəni xarici işlər nazirləri və baş nazir-prezident formatında”. Hökumət başçısı əlavə edib ki, Əliyevlə görüşə gedərkən bütün minalanmış ərazilərin xəritəsini götürməyə hazırdır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da deyib ki, Bakı məsələləri müzakirə etməyə hazırdırsa, Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə bilər. Beləliklə, verilən rəsmi açıqlamlardan bəlli olur ki, Azərbaycan və Ermənistan liderləri növbəti görüşə hazırdır. Belə görüş postmüharibə dövründə münasibətlərin inkişaf axarının müəyyən edilməsi baxımından olduqca vacibdir. Hesab edilir ki, məhz belə birbaşa görüşlərlə Ermənistanla sərhədlərin müəyyən edilməsi, sülh müqaviləsi imzalamaq istiqamətində razılıqlar əldə edilə bilər. İndiki halda Ermənistana kənar təsirlər buna imkan vermir. Amma birbaşa görüşlərdə vəziyyət tamamilə fərqli ola bilər. Kanada Qlobal Münasibətlər İnstitutunun elmi işçisi Robert Katler də “New Europe" nəşrində dərc olunan məqaləsində məsələyə məhz bu prizmadan nəzər salır. Qeyd olunur ki, postmühribə dövründə inkişafa kömək göstərilməsi üçün üçtərəfli işçi qrup 2021-ci il 11 yanvar üçtərəfli görüşünün yekunlarına əsasən və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu maddəsinə uyğun olaraq yaradılıb: “Xoş niyyətini göstərən Azərbaycan öhdəliyi olmadığı halda öz milli boru kəməri sistemi ilə Rusiyadan təbii qazı Ermənistana tədarük edib". Müəllif bildirir ki, inkişafın digər vacib aspekti odur ki, atəşkəs sazişi Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təşkil olunmasına imkan verəcək dəhlizin açılmasını nəzərdə tutur və orada həqiqətən bərpası mümkün olan dəmir yolu mövcuddur: “Amma Ermənistan Zəngəzur dəhlizindən keçməyən daha uzun dəmiryol marşrutunun açılmasında təkid edir. Bu marşrut daha uzun vaxt aparacaq, eyni zamanda onun bərpası və təmiri daha baha başa gələcək".

Məqalədə bildirilir ki, daha əvvəl Türkiyənin BOTAŞ enerji şirkəti Naxçıvanla Ermənistan sərhədində iri zavodun tikintisində maraqlı idi: “Əgər bu məqsəd üçün Ermənistanın cənub hissəsində boru kəməri tikmək mümkün olsaydı, bu, iqtisadi inkişafa ethiyacı olan bölgədə emal kompleksinin tikintisi sayəsində yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdi". Müəllifin fikrincə, həmin boru kəməri Ermənistanın uzunmüddətli maraqlarına cavab verəcəkdi, amma İrəvan müharibədən sonrakı daxili siyasi böhranla əlaqədar bu fikirdən imtina etdi: "Tamhüquqlu hökumətə malik olmadan, baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə keçirilmiş erkən parlament seçkilərinin yekununda İrəvan heç bir konstruktiv qərar verə bilmədi. Ermənistanın qətiyyətsizliyi və ləngimələrlə üzləşən Azərbaycan və Türkiyə Naxçıvanın Türkiyədən qazla təchiz olunması üçün İğdır-Naxçıvan qaz kəmərinin tikintisi barədə anlaşma memorandumu imzaladı". Qeyd olunur ki, etimadın möhkəmləndirilməsi üçün ən təxirəsalınmaz və effektiv tədbir 1990-cı illərin əvvələrində etnik təmizləmə nəticəsində yurdlarından qovulmuş azərbaycanlı dinc sakinlərin azad edilmiş ərazilərdə öz evlərinə qayıtmasına kömək göstərmək ola bilər: “Amma bu evlərin böyük əksəriyyətinin dağıdılması ilə yanaşı, erməni qoşunlarının əraziləri tərk etməzdən qabaq yerləşdirdikləri minaların təhlükəsi aktualdır. Dünya ictimaiyyəti indi vəziyyətin ciddiliyini anlamağa başlayıb və daha çox ölkə minalardan təmizləmə əməliyyatları üçün vəsait, avadanlıq və təlimlər təklif edir". Yekunda müəllif vurğulayır ki, ATƏT Minsk Qrupu artıq köhnəlib və heç bir rol oynaya bilmir: "Konsensus diplomatiyasına əsaslanan ləng, çoxtərəfli beynəlxalq təşkilatlar bugünkü inkişaf tempi ilə ayaqlaşa bilmir. Tamamilə aydındır ki, “Madrid prinsipləri” köhnəlib. Əlamətdardır ki, hətta Ermənistan tərəfindən heç kim müharibə bitəndən sonra bu prinsipləri xatırlatmayıb". Bu fonda hesab edilir ki, Azərbaycan və Ermənistan liderlərinin birbaşa təması qarşılıqlı münasibətlərin müəyyən edilməsində, kənar vasitəçilər olmadan gələcək əlaqələrin dəqiqləşməsində ciddi rol oynaya bilər. Hər iki ölkə liderinin açıqlaması bu xüsusda müəyyən müsbət ümidlər yaradır.

Tahir TAĞIYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ