Saxtakarlıqları ilə dünyada məşhur olan ermənilər nəyə desən əl atırlar. Gah deyirlər Assuriya dövlətini ermənilər yaradıb, gah da deyirlər ki, Misir ehramlarını onlar tikiblər. İndi də bəyan edirlər ki, Kiyev Rus dövlətinin əsasını ermənilər qoyub.
Bu arada erməni mətbuatı yazır ki, 9-cu əsrdə Kiyev Rus dövlətini əslində ermənilər yaradıb: “Şərqi Roma İmperiyasının (Avropa tarixşünaslığında Bizans) ermənilər tərəfindən idarə edildiyi dövrdə (9-13 əsrlər), erməni imperator sarayı, hərbi elitası və bütün dünya Pravoslav Kilsəsinin sütunları olan erməni patriarxları Şərq bütpərəst Slavyanların Varyaq elitasını xristianlaşdırmaq yolu ilə, Kiril əlifbasının və mütərəqqi dövlət qurumlarının tətbiqi ilə Kiyev Rus dövlətini qurdu və tədricən rus millətini formalaşdırdı”.
Yaxşı Rus dövlətini quran erməni öz dövlətini bəs niyə bu illər ərzində qura, formalaşdıra bilməyib? Bunlar doğurdanda xəstədirlər. Bir daha aydın olur ki, ermənilərin xəstə təfəkkürü sərhəd tanımır.
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin fikrincə, ermənilər bu cür cəfəng fikirlərlə çıxış etməklə özlərini daha çox rüsvay edirlər: “İddia edirlər ki, guya ermənilər daha qədim xalq olublar. Qədim dövrlərdə başqa dövlətlər yaradıblar. Rusiyanın müəyyən şəhərlərinə - Soçi, Krasnodar, Rastov, Stavropola iddia edirlər. Ancaq ermənilərin həmin ərazilərdə olmasını sübut edən heçbir arxeoloji material yoxdur. O cümlədən, Kiyev Rus dövlətinin ermənilərə heç bir dəxli yoxdur. Ermənilər Egey dənizi sahillərindən gələrək bir müddət Bizans İmperiyası tərkibində yaşayıblar. Daha sonra oradan qovularaq Kilikiya ərazisində məskunlaşıb satraplıq yaradıblar. Məskunlaşdıqları yerləri “Böyük Ermənistan” adlandırırlar. SSRİ dönəmində bir az da həvəslənərək belə bir uydurma ilə çıxış etdilər ki, “Böyük Ermənistan” üç dənizin arasında olub. Bu dənizlərin arasındakı bütün ərazilər ermənilərə məxsus olub. Bunların başı o qədər qaçıb ki, nəinki Kiyev Rus dövlətinin, İran dövlətinin də əsasının ermənilər tərəfindən qoyulduğunu deyirlər. İddia edirlər ki, Romada ilk xristianlığı yaradan ermənilər olub. İkinci Qarabağ müharibəsində məğlub olduqları üçün bunun hayfını öz aləmlərində Rusiyadan alırlar. Deyirlər ki, 9-cu əsrdə Kiyev Rus dövlətini ermənilər yaradıb. Halbuki, 9-cu əsrdə həmin dövlətin yarandığı ərazidə ermənilər yaşamırdılar. Kiyev Rus dövlətini slavyanlar yaradıb, ermənilər yox. Slavyan xalqı 6-7-ci əsrlərdə formalaşdı, 9-cu əsrdə dövlət yaratdılar. Əslində Kiyev Rus dövlətinin yaranmasında türklərin böyük rolu var. Dünya sivilizasiyasına türklər nə gətiribsə, ermənilər ucdantutma bunu öz adlarına çıxarırlar. Erməni əlifbası, həbəş əlifbasından oğurlanaraq yaradılıb. Utanmada deyirlər ki, Kiril əlifbasını da onlar yaradıb. Ermənilərin doğurdan da qədimdə bir dövləti olsaydı, o zaman mütləq bunun bir atributu olardı. Yoxdur belə bir sübut”.
Bir sözlə, professor hesab edir ki, deyilənlərin heç bir tarixi əsası yoxdur.
Vidadi ORDAHALLI