Bazar günü günü, 15 noyabr 2026
     

“Naxçıvanı da, Dağlıq Qarabağı da tutacağıq” - İran deputatlarından növbəti yekəxanalıq...

Image


“Türk macərası davam edərsə və Azərbaycan Respublikasının yöndəmsiz davranışı olarsa, Naxçıvanı və Dağlıq Qarabağı əsas torpaqları olan İrana qaytaracağıq”. Mətbuatda yayılan məlumatlara görə, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Mahmod Ahmadi Begiş deyib.

İran parlament təmsilçisinin dili ilə yeni bir həyasızlıq sərgiləyir və Azərbaycan ərazilərinə, əzəli torpaqlarımıza qarşı əsassız iddia irəli sürür. İranın bu cəfəng iddialarda bulunması əslində gözlənilməz deyildi, çünki zaman-zaman fars-molla rejimi müxtəlif formalarda bu iddianı ortaya qoyub. İranla Azərbaycan arasında son günlər müşahidə edilən soyuq münasibətləri daha da soyudan, buzlaşdıran elə İran təmsilçiləridir. İranın bəzi deputatları, ayətullahları iki ölkə arasındakı münasibətlərin daha da gərginləşməsi üçün canfəşanlıq edirlər.

AVCİYA-nın vitse–prezidenti, tarix elmləri doktoru, professor, siyasi şərhçi Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu məsələnin ciddi izaha ehtiyacı var. “İranda və başqa ölkələrdə olan bəzi siyasilər adətən münasibətləri kəskinləşdirmək, qonşu ölkələrlə münasibətləri düşmənçilik həddinə çatdırmaq üçün faktları saxtalaşdırmaqla məşğuldular. İran parlamentinin komissiya üzvü də faktları saxtalaşdırır, tarixi həqiqətlərə çamur atır. İndi  çox təəssüf ki, üçüncü bir qüvvə Azərbaycan-İran münasibətlərini gərginləşdirməkdə maraqlıdır. Buna da İranın bəzi siyasiləri, deputatları, din xadimləri dəstək verir. Onların bu mövqeyinə yalnız təəssüf etmək olar.

İran parlamentinin komissiya üzvünün iddiasına gəlincə, bu cəfəngiyyatdır və heç bir tarixi əsası yoxdur. Yadda saxlamaq lazımdır ki,  Azərbaycanla indiki İran İslam Respublikasının əhalisinin uzun müddəti əhatə edən müştərək tarixi var. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2006-2007-ci illərdə İrana qarşı təhlükə olanda, Amerika İranı müharibə ilə hədələyəndə böyük bir jest edib İranı müdafiə etmişdi. Prezidentin fikirləri belə idi ki, bir ölkənin başqa bir ölkə ilə problemi varsa onun həll yeri Azərbaycan ərazisi deyil. Yəni bununla İlham Əliyev bildirmişdi ki, əgər Amerika İrana qarşı müharibəyə başlayacaqsa biz öz ərazilərimizdən qonşu dövlətə qarşı istifadə edilməsinə icazə verməyəcəyik. Bax bu Azərbaycan dövlətinin səmimi mövqeyi, bu isə İran parlametinin kimlərinsə sifarişini yerinə yetirən, qızışdırıcı mövqe tutan komissiya üzvünün mövqeyi. O kimlərinsə, hansı qüvvələrinsə sifarişini yerinə yetirmək məqsədilə bu cür cəfəngiyyatlar, nağıllar danışır.  Məsləhət görərdim ki, Naxçıvana, Qarabağa və Azərbaycanın başqa ərazilərinə qarşı sərsəm iddialar irəli sürənlər açıb tarixi oxusunlar. Görsünlər ki, bu müştərək tarixdə kimin daha çox rolu olub və bu ərazilər haradan idarə olunub”.  

M.Zülfüqarlı qeyd etdi ki, indiki İran ərazində mövcud olmuş Səfəvilər, Əfşarlar, Qacarlar və başqa dövlətlərin indi İranda qızışdırıcı mövqe sərgiləyən din adamlarının, siyasilərin milliyyətinə dəxli yoxdur, onlar Azərbaycan-türk dövlətidir... O, hesab edir ki, Azərbaycan dövlətlərinin ərazisi indiki İran ərazisindən də böyük idi və Şimali Qafqaza qədər olan böyük bir ərazi Səfəvilər, Əfşarlar tərəfindən idarə olunmuşdu: “Bu Azərbaycanın şərəfli tarixidir. Sadəcə olaraq Birinci və İkinci Rusiya-Qacar (İran adı sonradan Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra leksikona daxil olub - M.Z) müharibəsindən sonra “Gülüstan” və “Türkmənçay” müqaviləsi ilə Rusiya Şimali Azərbaycan ərazisini işğal etdi. Bundan sonra Azərbaycan xalqı özündə güc tapıb mübarizə aparıb Birinci Rus imperiyasından azad olub 23 ay sürən Azərbaycan Xalq Cumhuriyyətini yaradıb. Sonra yenidən XI ordunun işğalı ilə Azərbaycanda Sovet rejimi başlayıb. Milli mücadilə, Milli Azadlıq Hərəkatı yolu ilə Azərbaycan xalqı yenidən 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan İran münasibətləri də bundan sonra normal vəziyyətdə oldu, iki qonşu dövlət bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan etdi. İran İslam Konfransı ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb. İndi deyilən o fikirlərə münasibət bildirək. Əgər biz azərbaycanlı olaraq Azərbaycan sülalələrinin idarə etdiyi ərazilərə iddia etmiriksə, BMT tərəfindən qəbul edilən sərhədləri tanıyıb qəbul ediriksə və bununla da qonşu dövlətlərlə münasibətlərdə səmimiyyət göstəririksə İran rəsmiləri də bu cür davranış göstərməlidir. Qaldı kimsə kiminsə, hanısa qüvvənin sifarişi ilə nə edirsə bu həmin ölkənin öz problemidir. Mənə elə gəlir ki, İran rəsmiləri münasibətləri qızışdırmağa, pozmağa çalışan şəxslərin çıxışlarına diqqət etməli, bu cür sərsəm iddiaların qarşısını almalıdır. Çünki bu nə İranın, nə də Azərbaycanın xeyrinədir, regionda marağı olan digər qüvvələrin xeyrinədir. İndiki dövrdə hər iki tərəf münasibətlərin normallaşmasına çalışmalıdır” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ