Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanla sərhədlərin müəyyən edilməsi üçün Ermənistana təzyiqlər artır

Image


Postmüharibə dövründə Azərbaycan üçün prioritet məsələlərdən biri də Ermənistanla sərhədlərin müəyyən edilməsidir. Azərbaycan bu xüsusda artıq İrəvana müvafiq təkliflərini ünvanlayıb. Hələlik Ermənistan prosesi ləngidir. Amma Qafqazda sabitlik üçün, Azərbaycandan başqa, regionda maraqlı qüvvələr, o cümlədən Rusiya, Türkiyə, bir sıra Qərb ölkələri də sərhədlərin müəyyən edilməsinin vacibliyini önə çəkir.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamenti direktorunun müavini Aleksey Zaytsev yenidən bu məsələyə toxunaraq aşağıdakıları bildirib: “Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində insident problemlərinin dayanıqlı və uzunmüddətli həllini Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyanın yaradılmasında, daha sonra bütün sərhəd boyu demarkasiya aparılmasında görür.  Moskva müvafiq danışıqlar prosesinin başlanmasının təmin edilməsi üzrə təklifləri formalaşdıraraq İrəvana və Bakıya verib. Tərəfdaşların reaksiyasını gözləyirik”.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün mümkünlüyü barədə sualı cavablandıran A.Zaytsev qeyd edib ki, ATƏT-in Minsk Qrupu tərəfindən yeni danışıqların təşkili ciddi hazırlıq tələb edir: “Rusiya həmişə bunu əsas götürüb ki, müntəzəm dialoq, xüsusən yüksək və ali səviyyədə dialoq problemli məsələlərin həlli üçün qarşılıqlı anlaşmanın əldə olunmasına və konstruktiv mühitin dəstəklənməsinə kömək edir. Məhz Rusiya prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə müntəzəm əlaqələri sayəsində Qarabağda qan tökülməsinin qarşısını alan və regionda dinc həyatın əsasını qoyan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalamaq mümkün oldu”. Aleksey Zaytsev Azərbaycan və Ermənistan liderlərinin mümkün yeni görüşündə sərhədlərin müəyyən edilməsi kimi məsələnin də diqqət mərkəzində yer almasını mümkün hesab edir.

Sərhədlərin müəyyən edilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin tərəfindən də çağırış edilib. Kremlin mətbuat katibi Dmitri Peskov bu xüsusda bildirib: “Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə keçirilən görüşdə Suriya, Əfqanıstan, Liviya və Qarabağla bağlı məsələləri müzakirə edib. Tərəflər görüş zamanı regional problemlərə xüsusi diqqət ayırıb. Rusiya tərəfi bildirib ki, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromisli həll axtarmalıdır”. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gorus-Qafan avtomobil yolundakı vəziyyətdən danışarkən Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesinin başlamasının vacibliyini vurğulamışdı: “Azərbaycan, Rusiya, Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq Rusiya Federasiyası regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində səylərini davam etdirəcək. Qarabağ ətrafındakı mövcud vəziyyət Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasına dair işlərin tezliklə başlanmasını, daha sonra isə sərhədin demarkasiyası zərurətini ortaya qoyur”. Ukraynanın “Kiyevo-Mogilyanskaya akademiya” milli institutunun britaniyalı professoru Taras Kuzio hesab edir ki, indiki halda Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanmasına razılıq versə, həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlər yenidən açılacaq, bu isə ona iqtisadi baxımdan böyük imkanlar yaradacaq: “Ermənistan keçmiş müttəfiq ölkələrin sərhədini Azərbaycanla beynəlxalq sərhəd qismində, o cümlədən Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etsəydi, iqtisadi artım və ticarət artımı böyük qazanc gətirərdi. Son 3 onillik ərzində Ermənistan yalnız Rusiya və İranla ticarətə bel bağlayıb, bu isə korrupsiya, staqnasiya və əhalinin ölkəni tərk etməsinə aparan faciəyə səbəb olub. 5 milyon ermənidən 2 milyonu Rusiyada yaşayır”.

Qeyd edək ki, qardaş Türkiyə də Ermənistanın Azərbaycanla sərhədlərini müəyyənləşdirməsini vacib hesab edir. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bununla bağlı qeyd edir: “Nikol Paşinyan son günlərdə pozitiv mesajlar verdi. Ölkəmizin prezidenti Rəcəb Tayyip Ərdoğan da ona müsbət qarşılıq verdi. Ancaq biz bundan sonra atılacaq addımlar mövzusunda Azərbaycanla bərabər hərəkət edirik. Bizim arzumuz münasibətlərin normallaşmasıdır. Əlbəttə ki, Ermənistanın da bu mövzuda addım atması lazımdır. Azərbaycanın Ermənistana bir sülh müqaviləsi təklifi oldu. Hesab edirəm ki, bununla da bağlı müzakirələrin başlanması faydalı olardı. Aydındır ki, biz bu mövzuda Azərbaycanla koordinasiyalı şəkildə addımlar atacağıq və şərtlərə əməl olunarsa, həm Azərbaycan, həm də Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər. Ancaq Ermənistanın bu mövzuda sadəcə sözdə deyil, nəticə verən və görünən əməli addımlar atması lazımdır".

Samirə SƏFƏROVA

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ