Bazar günü günü, 15 noyabr 2026
     

Azad ərazilərdə quruculuq işləri ilə Azərbaycan BMT-nin Minilliyin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına yeni töhfələr verir...

Image


İşğaldan azad olunmuş ərazilərdə Azırbaycan tərəfindən bu gün genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Bu yerlərdə inanılmaz sürətlə tikinti-quruculuq, abadlıq işləri aparılır. 

Eyni zamanda, azad edilən bütün rayonların əraziləri minalardan və partlamamış mərmilərdən təmizlənir, məntəqələr elektrik enerjisi ilə təchiz olunur, əhəmiyyətli yol-nəqliyyat xətləri, içməli su, sanitar qovşağı və irriqasiya sistemləri bərpa edilir, ev-mənzil yaşayış sahələri yaradılır, hava limanları tikilir. Bu sahələrə yönəldilən sərmayələr bölgədə artıq sosial və iqtisadi canlanmaya səbəb olmaqdadır. Məskunlaşmadan sonra məşğulluğun təminatına da xüsusi diqqət edilir. Bunlar fonunda böyük qayıdışın başlanması ilə Qarabağa, belə demək olarsa, yeni həyat gələcək, perspektivdə bu yerlər beynəlxalq turizm məkanına çevriləcək. Məsələ ilə bağlı Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində Prezident İlham Əliyev qeyd edir: “Biz müharibə bitər-bitməz vaxt itirmədən dərhal hərəkətə keçdik və bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik. Bu və digər məsələləri, məsələn, elektriklə bağlı olan məsələləri bu ilin sonuna qədər bitirəcəyik. Yəni, bütün bölgə elektriklə tam təmin ediləcək. Bildiyiniz kimi, yolların inşası da davam edir və sair. Təbii, biz bunu, ilk növbədə, öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər tezliklə oraya qayıda bilsinlər. Artıq birinci belə pilot kənd layihəsi yəqin ki, bu ilin sonuna, ya gələn ilin əvvəlinə Zəngilan rayonunda hazır olacaqdır”.

Beləliklə, Azərbaycan olduqca mühüm addımlar atır. Bu isə bir çox parametrlır baxımından vacib əhəmiyyət kəsb edir. Həmin parametrlər haqqında danışan Milli Məclisin deputatı Vüqar Bayramov öncə diqqəti ona çəkir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri sürətlə aparılır: “Həm infrastrukturun formalaşması, məskunlaşma ilə bağlı dörd mərhələli yanaşmaya uyğun olaraq, həm də kommunal xidmətlərlə bağlı şəbəkələrin yaradılması, nəqliyyat-logistik xidmətlərin formalaşdırılması həyata keçirilir”. Deputat qeyd edib ki, çox qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının inşası, Zəfər yolunun istifadəyə hazır olması, eyni zamanda digər infrastruktur layihələri məskunlaşmanın gözlənildiyindən daha qısa müddətdə həyata keçirilə biləcəyindən xəbər verir: “Təsdiq olunmuş plana əsasən, indiki mərhələdə 600 kilometrdən çox avtomobil yolları salınacaq, bir qismi bərpa olunacaq. Azad olunmuş torpaqlarda aparılan bərpa işləri onu deməyə əsas verir ki, Azərbaycan mövcud maliyyə imkanları, eləcə də iqtisadi resurslardan səmərəli və düzgün istifadə edərək indiki mərhələ üçün müəyyənləşmiş prioritet hədəflərin öhdəsindən uğurla gəlir. Bu o deməkdir ki, Azərbaycan BMT-nin Minilliyin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi töhfə verən ölkələrdəndir. Son hesabat da ondan xəbər verir ki, Azərbaycan dayanıqlı iqtisadi inkişafın formalaşması, xüsusən də ölkəmizdə yoxsulluq, işsizlik səviyyəsinin azaldılması, təhsil, səhiyyə xidmətlərinə əlçatanlığın gücləndirilməsi kimi istiqamətlərdə xüsusi nailiyyətlər əldə edib. Azərbaycan müəyyənləşdirilmiş prioritetlərin reallaşmasında öndə olan ölkələrdəndir. Bütün bu işlər BMT-nin və digər qurumların hesabatlarında öz əksini tapıb. Vətən müharibəsindəki Zəfərimizdən sonra Azərbaycan üçün yeni bir mərhələ başladı. Buraya, azad olunmuş ərazilərimizin iqtisadi baxımdan Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının sürətlənməsi, ölkəmizin BMT və digər aparıcı beynəlxalq təşkilatların müəyyənləşdirdiyi prioritetlər üzrə nəinki regionda, bütövlükdə daha geniş coğrafiyada xüsusi uğurlar əldə etməsi daxildir”.

Hazırda işğaldan azad edilən ərazilərdə infrastrukturun qurulması, tikinti-abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində yeni layihələr hazırlanır, icraya yönləndirilir. Xatırladaq ki, Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait xərclənməsi nəzərdə tutulub. Bu vəsaitin artıq böyük hissəsi sərf edilib. Bunlar fonunda Qarabağın inkişaf strategiyasında turizm, aqroparklar, aqrobiznes, kənd təsərrüfatı, nəqliyyat, logistika kimi layihələr əsas istiqamətləri təşkil edir. Qarabağ ərazisində yerləşən Kiçik Qafqaz dağları isə tək qızıl yataqları ilə deyil, bir çox faydalı qazıntılarla, təbii ehtiyatlarla zəngindir və bunun zənginliyinin Azərbaycan iqtisadiyyatında xüsusi rolu ola bilər. Ümumiyyətlə, azad olunan ərazilərdə bir çox yataqlar var ki, onların gələcəkdə istismarı Azərbaycanın iqtisadiyyatına daha böyük töhfələr verəcək. Bu yataqlardan biri Zəngilan rayonundakı “Vejnəli “qızıl yatağıdır. Bundan əlavə, Kəlbəcərdəki “Zod” qızıl yatağını və Ağdərədəki “Qızılbulaq” qızıl yataqlarını misal gətirmək olar. Qeyd edək ki, sənaye ehtiyatları təsdiq olunan qızıl ehtiyatlarının həcmi 132,6 tondur. Bunun dünya bazarlarında dəyəri 8 milyard dollar civarındadır ki, bu da kifayət qədər böyük bir rəqəmdir. Bundan əlavə, Qarabağda bir çox təbii ehtiyatlar var ki, tikinti və digər sahələrdə istifadəyə yararlıdır.

Ramil QULİYEV

 

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ