Bazar günü günü, 15 noyabr 2026
     

Türkiyə-Rusiya yaxınlaşması Qafqazda vəziyyəti daha sürətlə Azərbaycanın lehinə dəyişir

Image


Bu gün geosiyasi müstəvidə Türkiyə və Rusiyanın daha aktiv mövqe nümayiş etdirməsi, bir-birilə daha çox yaxınlaşması müşahidə edilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl Soçidə rusiyalı həmkarı  Vladimir Putinlə görüşünə də məhz bu prizmadan yanaşılır.

Ərdoğan Putinlə Soçidə keçirilən danışıqları məhsuldar adlandırıb. Məhz bu danışıqlardan sonra Türkiyə Rusiyadan S-400-lərin, hərbi təyyarələrin, təyyarə istehsalı üçün mühərriklərin alınmasını həyata keçirəcək. Tərəflər birgə gəmi istehalı, kosmik və nüvə sənayesində əməkdaşlıq, ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması və digər məsələlər üzrə də razılıq əldə edib. Geosiyasi müstəvidə də ortaq məxrəcə gəlinib. Rəsmi şəkildə bildirilir ki, Ərdoğanla Putin həm İdlib, həm Qarabağ məsələsindən danışıb. İdlibdə tam anlaşma əldə olunmasa da, birgə hərəkət etməklə bağlı razılıq əldə edilib, Suriyada isə terrora qarşı birgə mübarizə barədə qərar verilib.

 Azərbaycan-Ermənistan münasibətləri, sərhədin delimitasiyası və kommunikasiyanın bərpası kimi məsələlər də lderlərin diqqət mərkəzində saxladığı əsas məqamlar sırasında olub. Putin Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası və kommunikasiya xətlərinin açılması üzrə güzəştli həll variantı axtarmalı olduğunu bildirib. Rusiya özünün geosiyasi maraq dairəsində olan Suriya və Liviyada yox, indi Cənubi Qafqazda da Türkiyənin həlledici güc mərkəzi olduğunu qəbul edir. Türkiyənin Cənubi Qafqazda Rusiya tərəfindən həlledici statusda tanınması Azərbaycan üçün çox önəmlidir. Bu, Qarabağ erməniləri ilə bağlı məsələnin həllini, eləcə də Zəngəzur dəhlizinin açılmasını tezləşdirə bilər. Rusiyanın özü də Zəngəzur dəhlizi və kommunikasiyaların, xüsusilə də dəmir yolunun açılmasının sürətləndirilməsində maraqlıdır. 

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizi məsələsinə də toxunub və bu xüsusda bildirib: “Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmiryol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq. Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”. Bu öhdəliklərin yerinə yetirilməsi Rusiyadan da asılıdır. Belə görünür, Rusiya tezliklə bu istiqamətdə addımlar atacaq. Rusiyalı ekspert Aleksandr Razuvayev bunlar fonunda Ərdoğan-Putin görüşünü yüksək qiymətləndirir. O, “axar.az” portalına açıqlamasında qeyd edir: “Putinlə Ərdoğanın arasını vurmaq istəyənlərin sayı hədsiz çoxdur. Rusiya ilə Türkiyə vaxtilə bir-biri ilə çox vuruşan, amma indi dirçəlməkdə olan iki imperiyadır. Məhz bu fakt çoxlarının yuxusuna haram qatıb. Ermənistan və Yunanıstan kimi kiçik oyunçulardan kollektiv Qərbə qədər bu əməkdaşlıqdan narahat olan çoxları var. Burada hər iki ölkənin liderlərindən çox şey asılıdır. Hazırkı vəziyyətdə Moskva ilə Ankara arasında bölüşdürülə bilinməyən heç nə yoxdur. Tarix də göstərdi ki, Rusiya İmperiyasının Balkan xalqlarının İstanbula qarşı mübarizəsinə dəstək siyasəti yanlış olub. Ən parlaq nümunə kimi Bolqarıstanı göstərmək olar – hər iki Dünya müharibəsi zamanı Rusiyaya qarşı döyüşüb, son illərdə isə Rusiya üçün qaz məsələlərində çox mürəkkəb tərəfdaş olub. Onu da unutmaq olmaz ki, müasir Rusiyada türk respublikaları da var – Tatarıstan, Başqırdıstan, Yakutiya və s. Əlbəttə ki, ruslar üçün başqırdlar və yakutlar xristian ermənilərdən daha yaxın olacaq. Rusiya-Türkiyə danışıqlarının əsas mövzusu Rusiya-Türkiyə ticarət-iqtisadi tərəfdaşlığı, Suriya, Liviya, Əfqanıstan və əlbəttə ki, Qafqazdakı vəziyyət olub. Əsas məqam isə iqtisadiyyatdır. Rusiya sanksiyalar altında olsa belə, kəsirləri xammal bazarlarında olan hərəkətliliklə kompensasiya edir”. Onun sözlərinə görə, Putinlə Ərdoğan dünyanı şoka sala biləcək bir ideyanı gerçəkləşdirə bilərlər: “Belə ki, onlar Avrasiya İqitisadi İttifaqı ölkələri və Türkiyə, İran, Özbəkistan və Azərbaycanın daxil olacağı vahid bir xidmət və kapital bazarını yarada bilərlər. Yeni Vahid İqtisadi Məkanı birləşdirə biləcək vahid rəqəmsal valyutanın da yaradılacağı şərti ilə. Bu, iqtisadi qərardan daha çox siyasi məsələdir. Moskva ilə Ankaranın arasını vurmaq istəyənlərə isə bir şeyi deyə bilərəm ki, sizdə heç nə alınmayacaq, hətta cəhd də etməyin. Putin və Ərdoğan çox ağıllı liderlərdir və heç vaxt milli maraqlara zidd, üçüncü ölkələrin maraqlarına uyğun bir şey etməzlər. Bu iki lider ucuz təxribatlara uymayacaq”.

Bütün bunlar o deməkdir ki, Ankara ilə Moskva arasında müşahidə edilən yaxınlaşmanın yeni geosiyasi nəticələri olacaq. Bu prosesin bütövlükdə qlobal siyasətə təsir edəcəyi istisna olunmur. Xüsusən Yaxın Şərq və Cənubi Qafqazda maraqlı geosiyasi proseslərin meydana gəlməsi qaçılmaz hesab olunur. Azərbaycan bütün bunları alqışlasa da, Ermənistan iki ölkənin münasibətləri nizama salmasından dəhşətli dərəcədə narahatdır. Türkiyə ilə yaxınlaşma fonunda Kreml Ermənistanın təhlükəsizliyinin müdafiəsində ardıcıl olmaya bilər. Erməni ekspertlər hesab edir ki, bu, daha çox geosiyasi əhəmiyyətli Türkiyə və Azərbaycan faktoru ilə bağlıdır. 

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ