Bazar günü günü, 15 noyabr 2026
     

İran-Ermənistan əlaqələri getdikcə daha çox Azərbaycandan asılı hala düşür

Image


Məlumdur ki, İrandan gələn yük avtomobillərinin Xankəndiyə getməsi Azərbaycan tərəfindən kifayət qədər sərt qarşılanıb. Azərbaycan buna adekvat reaksiya verib. Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində də Prezident İlham Əliyev bu mövzuya geniş toxunub: “Bilirsiniz, İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu tırlar müntəzəm olaraq oraya gedirdi. Bizim məlumatımız var idi. Ancaq dəqiq məlumat, yəni indiki qədər dəqiq məlumat, əlbəttə ki, yox idi. Bunu nəzərə alaraq, biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi.

Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi gözümüzün önündədir və bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca və o cümlədən Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var, peykdən istifadə edirik, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu tırlar müharibədən sonra da oraya getməyə davam edir. Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Bu söhbət, səhv etmirəmsə, iyul ayında olmuşdur. Ondan sonra, təbii ki, biz bunu izləməyə başladıq və hər ayın başında bizdə məlumat yığılır ki, nə qədər TIR girdi, neçə TIR çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bizim bütün bilgilərimiz var və onlar mətbuatda dərc olunub. Amma nə etdilər ondan sonra? İran TIR-larının üzərinə erməni nömrələrini yapışdırmağa çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. Olduqca səriştəsiz bir addım atıldı - o TIR-ın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri. Onu da sizə bildirməliyəm ki, eyni nömrələri bir neçə avtomobilin üstünə də yapışdırdılar. Yəni o qədər səliqəsiz görülən bu iş nəyi göstərir? Onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq, bunu pərdələmək istədilər. Təbii ki, belə olan halda, bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR-ların sayı sıfıra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi? İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda, beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Bəziləri deyir ki, indi İran TIR-larından rüsum götürülür. Biz xarici ölkəyə gedəndə rüsum ödəyirik? Ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edirlər, rüsum ödəməlidirlər? Ödəməlidirlər”. 

Hazırda Gorus-Qafan  yolunda baş verənlər Azərbaycanın İran və Ermənistan üzərində mühüm təsir imkanlarına malik olduğunu nümayiş etdirir. Bu xüsusda “Azatutyunun” radiosu qeyd edir ki, artıq bir həftədən də uzun müddətdə Gorusdan Bazarçaya və geriyə avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində yeni hərəkət qaydası mövcuddur. Avtomobillər erməni yoxlama-buraxılış postunda gözləyirlər, daha sonra yığılmış maşın karvanını Ermənistan Milli Təhlükəsizlik Xidməti müşayiət edir. “Azatutyun” yazır ki, yolun bu 4 kilometrlik hissəsində Rusiya sərhədçilərinin də öz postu var. Yolun bu hissəsində üç dildə “Azərbaycana xoş gəlmisiniz” plakatını yerləşdirmiş azərbaycanlılar da öz infrastrukturlarını, sərhəd və polis postlarını qurublar. Bu hissədə yolun hər iki tərəfində silahlı və maskalı hərbçilər var: “10 gün bundan əvvəl Ermənistanın Kotayk vilayətinin Kasax kəndindən olan iki kişi burada yoxa çıxmış və daha sonra rusların vasitəçiliyi ilə erməni tərəfinə qaytarılmışdı. Bu da xəbər verilir ki, azərbaycanlılar içində erməni uşaqlar olan avtobusu da dayandıraraq onlara “Qarabağ – Azərbaycandır” dedirtmiş və avtobusun kuzovundakı yapışdırma “Dağlıq Qarabağ bayrağını” bıçaqla qaşıyaraq pozmuşdular. Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının Gorusdan olan deputatı Armen Xaçatryan etiraf edir ki, avtokarvanların qurulması heç də ən yaxşı çıxış yolu deyil, amma ən azı, hərəkətin təhlükəsizliyi təmin edilib: “Əgər biz alternativ yol tiksək, azərbaycanlıların təxribat üçün imkanları az olacaq. Onlar bilirlər ki, Tatevi saymasaq, bu yeganə yoldur və bizim bu ağrılı yerimizi imkan düşən kimi basa bilərlər. Bizə möhkəm əsəblər və zəhmətkeşlik, gecə və gündüz işləmək lazımdır ki, bu problemi qısa müddətdə həll edək”. Gorus şəhərinin həbs olunmuş meri Aruş Aruşanyanın müavini Karen Köçəryan da narazılığını bildirib. Onun sözlərinə görə, qarşıdan qış gəlir, yolda növbələr yaranır, zahı qadının Bazarçaydan şəhərə çatması üçün avtokarvan tərpənənədək növbədə gözləməsi lazım gəlir: “Bu çıxış yolu deyil, adamlar üçün bəladır. Bizim icmanın üç kəndində hər gün belə bir vəziyyət yaranır: tələbələr və işçilər işə ya dərsə gecikməmək üçün sübhdən gəlməli, növbə gözləməli olurlar”.

“Azatutyun” yazır ki, erməni yoxlama-buraxılış postunun yaxınlığında İran yük maşınları növbəyə düzülüb: “Onlar yolun Azərbaycanın nəzarətində olan hissəsindən yanacaq daşıyan hər maşın üçün 250 dollar verərərək keçiblər. Onlara qayıdanbaş 130 dollar da verməli olacaqları barədə xəbərdarlıq edilib. Adi yük maşınlarının keçmə haqqı daha ucuzdur. İran sürücülərindən biri deyir: “Mən nağd pul ödədim. Əgər belə davam etsə, Ermənistana yük daşımaq sərfəli olmayacaq. Hər dəfə az qala 400 dollar vermək lazım gəlir”. Başqa bir iranlı sürücü isə deyir: “Bizim ödədiyimiz məbləğ daşıdığımız malların qiymətlərinə təsir edəcək, onlar Ermənistan sakinləri üçün daha baha olacaq. Bu sərfəli olmayacaq. Bizim daha Ermənistana sifarişimiz olmayacaq. Pul məsələsindən başqa, biz Azərbaycan hissəsində saatlarla növbədə dayanmalı oluruq, qrafikdən çıxırıq. Aydındır ki, bəziləri Ermənistana maşın sürmək istəməyəcək”. Ermənistan hökumətinin vəd etdiyi, noyabrın sonlarında istifadəyə veriləcək alternativ Tatev-Qafan yolu, iranlı sürüclərin dediyinə görə, narahatdır, yük maşınları dağ aşırımlarından keçə bilməyəcək: “Mənim dostum o yolla gedib. Deyir ki, yaxşı yol deyil, maşını xarab edir”. Hakim partiyadan deputat Armen Xaçatryan deyir ki, Ltsen, Svarants kəndlərindən keçən başqa alternativ variantlara da baxılır. Deputat bildirib ki, hazırda bu barədə mühəndis hesablamalarını gözləyirlər. Əgər alınsa, böyük yük maşınları Sisyana Tatev aşırımlarından keçmədən çata biləcək: “Mən deməzdim ki, bu variant nəzərdə tutulmamışdı. Əgər nəzərdə tutulmasaydı Qafan-Tatev yolu istiqamətində böyükmiqyaslı işlər görülməzdi. Əgər nəzərdə tutulmasaydı, bu yol işləri daha uzun çəkərdi. Amma Azərbaycanın təxribat əhval-ruhiyyəsinin sərhədlərini bilmək olmur”.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ