30 sentyabr 2021-ci il tarixində Göyçə-Zəngəzur Respublikasının prezidenti Rizvan Talıbov Göyçə-Zəngəzur Respublikası Təhlükəsizlik Şurasının Əsasnaməsinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Təhlükəsizlik Şurasının Əsasnaməsinə görə,Təhlükəsizlik Şurası Göyçə-Zəngəzur Respublikası prezidentinin sədrliyi altında toplanacaq, xüsusi dövlət əhəmiyyətli məsələləri müzakirə edərək müvafiq qərarlar alacaq məşvərətçi dövlət orqanıdır. Alınmış qərarlar müvafiq aidiyyatlı dövlət orqanları tərəfindən mütləq icra olunmalıdır.
Prezidentin digər sərəncamları ilə Təhlükəsizlik Şurasının üzvlərinin və Göyçə-Zəngəzur Respublikası Nazirlər Kabinetinin vakansiya vəzifələrinə təyinatlar olub.