Bazar günü günü, 15 noyabr 2026
     

“Ermənistan birmənalı olaraq sülh müqaviləsini imzalamalıdır” - Vüqar Rəhimzadə

Image


“Postmünaqişə dövrünün əsas çağırışlarından biri Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin işğalçı Ermənistan tərəfindən qəbul olunaraq bölgədə daimi sülhün, təhlükəsizliyin bərqərar olması, yeni əməkdaşlıq formatlarının reallığa çevrilməsi istiqamətində addımların atılmasıdır.

Bu isə öz növbəsində dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlardan qətiyyətli addımlar atmağı, Ermənistana sülh təklifini qəbul etdirməyi bir tələb kimi qarşıya qoyur. Yenə də Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində ədalətin bərpası ilə tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə 1992-ci ildən yaradılan, amma hələ də vasitəsilik missiyalarının nədən ibarət olduğunu  dərk etmək istəməyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətlərində ciddi dönüş yaratmağa bir çağırış var. Reallıq budur ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki işğal dövründə, eyni zamanda, Vətən müharibəsi və postmünaqişə vaxtlarında da Ermənistana dəstəklərini açıq-aşkar büruzə verirlər. Ölkə Prezidenti İlham Əliyev İkinci Qarabağ savaşının davam etdiyi 44 gündə, eyni zamanda, hazırda xarici mətbuata müsahibələrində yüksək intellekt, diplomatik məharət nümayiş etdirərək reallıqları əsaslı şəkildə diqqətə çatdırır. Dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü dedi, həm də siyasi lider kimi informasiya cəbhəsində ölkəmizin mövqeyini qətiyyətlə müdafiə edərək haqq səsimizi bütün dünyaya çatdırdı və bu gün də bu siyasət uğurla davam etdirilməkdədir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin beynəlxalq KİV-lərə,  xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mətbu orqanlarına müsahibələri həqiqətlərin bir daha həmin ölkələrin auditoriyasına çatdırılmasına imkanlar yaradır, işğalçı dövlətə bu günədək verilən dəstəklərin əsl mahiyyətinə işıq salır: “Müharibə dövründə də Fransa ikili mövqeyini qabarıq şəkildə büruzə verdi. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın TF1 telekanalının bu ölkədə yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması nə dərəcədə demokratiyanın tələblərinə, beynəlxalq hüquq normalarına uyğun ola bilərdi? İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş tutan müzakirələrdə Qoşulmama Hərəkatının,  eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası, Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Ən təəccüblüsü o idi ki, bu qətnamələrin həmin sənədə daxil edilməsini istəməyənlər adlarını vasitəçi qoyan  ABŞ, Rusiya və Fransa idi. Lakin ciddi isrardan sonra   ATƏT-in Minsk qrupunun həmsədrləri bunu qəbul etməyə məcbur oldular.»

YAP Xətai rayon təşkilatının sədri diqqəti Prezident İlham Əliyevin sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibəsində səsləndirdiyi bəyanatlara, ATƏT-in Minsk qrupunun həmsədrlərindən hazırkı gözləntilərimizlə bağlı fikirlərinə, dövlət başçısının  jurnalistin «Siz Fransanı dürüst vasitəçi hesab edirsiniz” sualına cavabına yönəldib: «Dövlət başçısının fikirlərində bütün hallarda dünya güclərindən ədalətə, beynəlxalq hüquqa əsaslanmaları xüsusi yer alır. «Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı» söyləyən dövlət başçısı Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından, onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərsiz olmadığımızı xüsusi qeyd edib. Bu məqam bir daha diqqətə çatdırılıb ki, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Çünki yenə Ermənistana dəstək özünü qabarıq şəkildə büruzə verdi. Fransa bitərəf deyil, birtərəfli  mövqeyi ilə açıq-aşkar erməni sevgisini nümayiş etdirdi. Azərbaycan bununla bağlı öz narahatlığını ifadə etmişdir”.

Vüqar Rəhimzadə Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü önə çəkərək bildirib ki, dövlət başçısının müsahibəsində vurğuladığı kimi,  çox realist yanaşmanın tətbiq edilməsi vaxtı yetişib. Ən əsası Azərbaycan artıq səhifəni çevirir: “Artıq keçmişlə yaşamaq deyil, gələcəyə baxmaq bugünümüzün əsas çağırışıdır. Hazırda gündəmdə olan sülh təklifinin reallığa çevrilməsində Fransa ilə yanaşı, digər həmsədrlərin də səy göstərmələri tələb edilir. Düşünürük ki, dövlət başçısı İlham Əliyevin Fransanın öz telekanalı vasitəsilə fransız auditoriyasına çatdırdığı  mesajlar növbəti mərhələlərdə müsbət nəticəsini verəcək. Burada əsas məsələ Minsk qrupunun həmsədrlərinin fəaliyyətlərində dönüş yaratmaları, 30 illik işğal dövründə ədaləti arxa plana keçirib maraqları öndə saxlamalarına son qoymalarıdır.»  

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev diplomatik şəkildə, təmkinlə jurnalistin tarixi bilmədən, Ermənistana olan sevgisindən irəli gələn suallarını cavablandıraraq bir daha fransız auditoriyasına həqiqətləri çatdırdı: «Bəyanatlarda ərazi iddiası deyil, tarixi həqiqətlər öz əksini tapır. Dövlət başçısının müsahibədə ifadə etdiyi hər bir cümlə özündə bir tarixi, həqiqəti əks etdirir. 44 günlük İkinci Qarabağ savaşında tarixi Qələbəmiz sübut etdi ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Dünya gücləri münaqişənin həll olunmadığını, status məsələsini tez-tez gündəmə gətirsələr də bunun vəziyyəti gərginləşdirmək məqsədi güddüyü aydındır. Amma bütün cəhdlər, sərsəm bəyanatlar reallığı inkar etmək gücündə deyil. Reallıq isə ondan ibarətdir ki, münaqişə tarixə qovuşub. Ermənistan birmənalı olaraq sülh müqaviləsi barədə düşünməlidir. Əks təqdirdə onların bu əsassız iddialarına adekvat münasibət göstəriləcək”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ