Bazar günü günü, 15 noyabr 2026
     

Qarabağ və oradakı ermənilər tam şəkildə Azərbaycanın yurisdiksiyasına keçir...

Image


Məlum olduğu kimi, bu günlərdə Qarabağdakı separatçı-terrorçuların keçmiş Ağdərə rayonu istiqamətində (Suqovuşan,Şıxarx, Göyarx) mövqelərindən çıxarıldığı, həmin mövqelərə rus sülhməramlılarının yerləşdiyi xəbərləri yayılıb. Bundan başqa, Rusiyanın RBK saytında keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzinin Azərbaycana təhvil veriləcəyini əks etdirən xəritə yayılıb. İndi bütün bunlar erməni tərəfində də ciddi müzakirə mövzusudur. Məsələ erməni jurnalistlər tərəfindən araşdırılıb. Bununla bağlı “Qraparak” qəzeti yazır ki, RBK xəritəni yayandan bir gün sonra silib.

Amma qəzetə danışan Qarabağda yaşayan erməni ekspert Bella Lalayan bildirir ki, müharibə başa çatandan sonra Xocalının təhvil verilməsi haqqında tez-tez danışırlar. Separatçı-terrorçu rejimin qondarma “parlamentinin xarici əlaqələr komitəsinin üzvü”, daşnak Vahram Balayan bu haqda danışmaqdan imtina edib. Baş separatçı Araik Arutyunyanın “sözçüsü” Narine Avanesyan da susmağa üstünlük verib. Erməni jurnalistlər, nəhayət, Arutyunyanın özü ilə təmas qura biliblər. Jurnalistlər baş separatçıdan RBK xəritəni silməzdən öncə onlardan məsələyə münasibət öyrənib-öyrənmədiyini soruşublar. O isə bildirib: “Hələlik bu məlumatı şərh etməyəcəm”. Jurnalist “Niyə şərh vermirsən”, – deyə soruşduqda isə o, “Əlimdə rəsmi nəsə olanda şərh edəcəm”, cavabını verib. Daha sonra jurnalist “İmzanız olmadan həmin bölgələrin Ermənistan hakimiyyəti tərəfindən təhvil verilməsi mümkündürmü” deyə soruşub. Baş separatçı isə “bunu Ermənistan hakimiyyətin soruşun” cavabını verib. Bu maraqlı dialoq da Ağdərə, Xocalı və Xocavəndin mərkəzinin Azərbaycana təhvil verilməsi ilə bağlı xəbərlərin reallıqdan uzaq olmadığını göstərir. Rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsov da “axar.az” portalına açıqlamasında qeyd edir ki, əslində, ermənilərin başqa yolu da yoxdur. Çünki onların müqavimət imkanı sıfırlanıb: “2020-ci ildə Qarabağ uğrunda baş tutmuş müharibə Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşən erməni qoşunlarının total şəkildə darmadağın edilməsi, erməni cəmiyyətinin ağır mənəvi-psixoloji məğlubiyyətə uğraması ilə başa çatdı. 44 günə ermənilər üst-üstə 70% döyüş texnikasını itirdi, fərariliklə bağlı 10 mindən çox cinayət işi açıldı. Mən dəfələrlə demişəm, münaqişənin tam həlli naminə, Azərbaycanın həm Xankəndiyə, həm Ermənistandakı eksklavlarına, həm də Zəngəzur nəqliyyat dəhlizinə nəzarət etmək üçün yeni müharibəyə və ya irimiqyaslı antiterror əməliyyatlarına gedəcəyini istisna etmirəm. Artıq bir neçə ildir ki, Ermənistanın ölkə kimi mövcudluğunun strateji bir perspektivini görmürəm. Ötən il Qarabağda erməni ordusunun darmadağın edilməsi bu tendensiyanı yalnız gücləndirib. Azərbaycan öz sərhədlərinin xarici perimetrini silah gücü ilə bərpa edib Naxçıvana dəhliz açarsa, Ermənistanın depopulyasiyası xaos xarakteri alacaq və 15-20 ildən sonra bu ölkədə əmək qabiliyyətli və reproduktiv əhali qalmayacaq. Demək olar ki, artıq Qarabağda əmək qabiliyyətli erməni qalmayıb. Son 30 ildə Ermənistanda aparılan strategiya bu ölkənin və işğal olunmuş Azərbaycan ərazilərinin resurslarını qarət etmək, insan resurslarını və kapitalını xaricə çıxarmaqla diasporunu zənginləşdirmək olub ki, bu da ermənilərin özləri üçün sadəcə olaraq acınacaqlı da deyil, məhvedici nəticələrə gətirib çıxarıb. Anladığım qədər, geriyə dönüş nöqtəsi onlar üçün artıq keçilib, indi biz bu ölkənin ləng, əzab-əziyyətli ölümünü müşahidə edirik”. Ekspertə görə, Ermənistanda indi yaşanan dərin sistemli böhran ən əvvəl özünüdərk böhranıdır və bu, heç də ötən ilin payızındakı müharibədə məğlubiyyətdən sonra yaranmayıb, əksinə, hələ sovet dövrünə gedən dərin kökləri var: “Ən yeni erməni dövlətçiliyi bu dərin daxili böhranı irs götürüb və bunun öhdəsindən gələ bilməyib. Ona görə də mən əminəm ki, Ermənistan bir ölkə kimi strateji perspektivdə yoxa çıxmağa məhkumdur. İndi Ermənistan əhalisi iki milyon nəfərə yaxındır və hər il 100 min nəfərədək insan ölkəni tərk edir, vətəndaşlığını dəyişir. Belə davam edərsə, 20 ildən sonra Ermənistanda erməni qalmayacaq. Ermənistan əhalisi sürətlə qocalır, pensiya yaşlı insanların sayı gənclərin sayını üstələməyə başlayır. Ona görə də ölkədə təbii artım göstəriciləri artıq mənfi səviyyədədir və fərq getdikcə daha da çoxalacaq”.

Təbii ki, belə vəziyyətdə erməni tərəfinin Qarabağda Azərbaycanın şərtlərini qəbul etmədən mövcudiyyətini davam etdirməsi mümkün deyil. Azərbaycan ən yüksək səviyyədə bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Bu xüsusda “Anadolu” Agentliyinə müsahibəsində Prezident İlham Əliyev Qarabağda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışarkən bu xüsusda bildirib ki, həmin prosesdə Qarabağ erməniləri də iştirak edə bilər: “Ermənistan əhalisi də, Qarabağda yaşayan ermənilər də bunu görürlər. Çünki bizim televiziyalara baxırlar, bizim radioya qulaq asırlar və görürlər ki, burada nə kimi işlər görülür. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz–gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Çünki mən demişəm, bir daha demək istəyirəm ki, biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar, Qarabağ hər zaman Azərbaycan olub - istər sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, işğal dönəmində də Azərbaycan olub. Onları biz Azərbaycan vətəndaşları hesab edirik, sadəcə olaraq, onlar bunu qəbul etməlidirlər, onlar öz yaxalarını erməni təbliğatından qurtarmalıdırlar, onlar öz gələcəyini, öz uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz hazır olarıq ki, onları işlərə cəlb edək. Niyə də etməyək?...Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər - həm inşaat işlərində, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq. İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik. Mən Zəfərdən sonra bölgələrə onlarla səfər etdim və orada bəzi kəndlərdə, ermənilərin yaşadıqları kəndlərdə gördüyüm mənzərə məni dəhşətə gətirdi. Yəni insana yaraşmayan bir vəziyyət. Bəzi kəndlərin evləri indi analiz edilir, evlərin 95 faizi yararsızdır, yəni orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir. Yəni 30 il belə rəzil durumda yaşayan bir toplum, təbii ki, işıq üzü görmək istəyir və işıq yalnız Azərbaycandan gələcək. Anlamaq lazımdır ki, onlar üçün də bu o qədər də asan məsələ deyil. Burada psixoloji durum da nəzərə alınmalıdır. Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm, onlar anlayacaq ki, xoşbəxt gələcəkləri, rifahla dolu gələcək ancaq Azərbaycan dövləti ilə bağlıdır”.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ