Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Minsk Qrupuna son şans verir…

Image


ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətə başladıqları dövrdən İkinci Qarabağ münaqişəsinə qədər konfliktin həlli istiqamətində hər hansı əməli addımlar atmadığı faktdır.

Ümumiyyətlə, Minsk Qrupu vasitəçilik missiyalarında nə hərb, nə də sülh siyasətinə üstünlük verib. Elə bu səbəbdəndir ki, Minsk Qrupunun 30 il ərzində hər hansı müsbət nəticə əldə edə bilmədiyi məsələni Azərbaycan hərbi-siyasi yolla 44 gün ərzində həll etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə bərabər, beynəlxalq hüququ da bərpa etdi. Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində bu məsələyə xüsusi toxunub: “Əlbəttə, əgər Minsk Qrupu öz işində ikili standartlara, beynəlxalq riyakarlığa yol verməsəydi, bu müharibəyə də ehtiyac qalmazdı. Beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Əgər Minsk Qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər”. Burada xatırladaq ki, Minsk Qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni onlar dünya miqyasında ən güclü ölkələr sayılır və həmin ölkələr tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilərdi. Beynəlxalq təşkilatların sanksiyaları isə savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistana böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub Azərbaycan ərazilərindən çıxacaqdı. Ancaq Minsk Qrupu bunu edə bilmədi və ya etmək istəmədi. Rəsmi İrəvan da 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayındı. Elə bu da savaşa rəvac verdi. Hazırda Minsk Qrupu tamamilə fəaliyyətsizdir. İndiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk Qrupunun fəaliyyətini görmür. Lakin Minsk Qrupu fəaliyyətini yeni reallıqlara uyğun qursa, vasitəçilik missiyasını davam etdirə bilər. Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası, delimitasiyası, qarşılıqlı etimadın, əməkdaşlıq münasibətlərinin yaradılması, bu ölkələrin regional, xüsusən kommunikasiya layihələrində birgə iştirakının təmin edilməsi Minsk Qrupunun yeni fəaliyyət istiqamətində əsas məqamlar ola bilər. Azərbaycan Minsk Qrupunun münaqişədən sonrakı dövrdə göstərilən istiqamətlərdə fəaliyyətində maraqlıdır və qrupdan bu xüsusda konkret təkliflər gözlədiyini ən yüksək səviyyədə bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Qarabağ müharibəsinin başlamasının ildönümü ilə bağlı Fransanın “France 24” telekanalına müsahibəsində qeyd edilənlər fonunda daha bir maraqlı məqama toxunub. Belə ki, Prezident Azərbaycanın Ermənistanla gələcək sülh razılaşması üzərində işləməyə hazır olduğunu bildirib. Lakin xəbərdarlıq edib ki, İrəvanın ötənilki müharibədə itirilmiş əraziləri geri qaytarmağa yönəlmiş istənilən cəhdi onun ölkəsi tərəfindən sərt reaksiya ilə qarşılanacaq.  İlham Əliyev qeyd edib ki, xarici işlər nazirlərinin ötən həftə Nyu-Yorkda baş tutmuş ilk görüşü dialoqun bərpa edilməsi və dinc həllin axtarışı baxımından yaxşı göstəricidir. O əlavə edib ki, Minsk Qrupunun həmsədrləri onun Nikol Paşinyanla görüşünü təşkil etsələr, buna etiraz etməyəcək. Ilham Əliyev həmçinin əlavə edib ki, Dağlıq Qarabağa muxtar statusun verilməsi məsələsi artıq danışıqlar mövzusu deyil. O, Ermənistanı və Minsk Qrupunu bu yeni reallığı qəbul etməyə çağırıb.

Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib. Minsk Qrupunun həmsədrləri əvvəlcə xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşüblər. Daha sonra isə tərəflərin hamısı birgə masa ətrafında əyləşib. Minsk Qrupunun həmsədrləri bunlar fonunda vasitəçilk missiyasını davam etdirmək istəyirsə, Azərbaycanın diqtə etdiyi şərtlər əsasında və göstərdiyi istiqamətlər üzrə fəaliyyətini qurmalıdır. Əks halda Minsk Qrupundan əsər-əlamət qalmayacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan Minsk Qrupuna son şans verir. Qeyd edilənlər fonunda ABŞ-ın “The Washington Times” nəşrində amerikalı diplomat, ABŞ dövlət katibləri Kolin Pauell və Kondoliza Rays dövründə Dövlət Departamentinin rəsmi nümayəndəsi, səfir Adam Erelinin "Minsk Qrupu və uğursuz çoxtərəfli vasitəçilik" sərlövhəsi ilə dərc edilən məqaləsi də xüsusi diqqət cəlb edir. Məqalədə ABŞ və digər ölkələrin müxtəlif münaqişələrdə göstərdikləri diplomatik səyləri təsvir edən Adam Ereli yazır ki, beynəlxalq müstəvidə çoxtərəfli münasibətlər mövcud olmaqda davam etsə də, uğursuz fəaliyyətlərin uzun siyahısı bu formatı dəstəkləyən beynəlxalq forumların artıq öz məqsədlərinə çatmadığını göstərir: “Bu cür disfunksiyanın bariz nümunəsi uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində vasitəçilik edən ATƏT-in Minsk Qrupudur. 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Azərbaycanla Ermənistan arasındakı ərazi münaqişəsinin həlli üçün yaradılan Minsk Qrupu mövcud çoxtərəfli vasitəçilik mexanizmlərinin köhnə formatını təcəssüm etdirir. 1994-cü ildə atəşkəs razılaşması imzalandıqdan sonra Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdi. Minsk Qrupu mövcud olduğu 30 il ərzində münaqişənin həlli üçün heç bir səmərəli addım atmadı, bu da Azərbaycanı təşəbbüsü öz əlinə almağa və keçən il sentyabrın 27-də başlayan 44 günlük müharibə ilə status-kvonu dəyişdirməyə məcbur etdi. Bu, münaqişənin mahiyyətini kökündən dəyişdi.

Müharibə nəticəsində Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazisinin böyük hissəsini azad etdi. Daha vacib məqam odur ki, münaqişə Minsk Qrupunun mahiyyətini şübhə altına qoydu. Fransanın Ermənistanın xeyrinə qərəzli mövqeyi və ABŞ-ın münaqişə ilə bağlı məhdudlaşdırılmış münasibəti Minsk Qrupu üçlüyünün digər üzvü olan Rusiyaya münaqişə tərəfləri arasında vasitəçilikdə birtərəfli qaydada iştirak etmək imkanı verdi. Bir çox digər vasitəçilik missiyalarındakı kimi, Minsk Qrupunun da uğursuz fəaliyyətində diqqət çəkən amil ölkələrin fərqli maraqlara malik ola biləcəyi beynəlxalq diplomatiyanın aparıcı forumlarında konsensus əldə etmə ehtiyacıdır ki, bu da, öz növbəsində, vasitəçilik formatının səmərəliliyini təhlükə altına alır. Lakin bu struktur qüsurlara və geosiyasi reallıqlara baxmayaraq, ABŞ liderləri və ABŞ müttəfiqləri yenidən başlayan münaqişəyə adekvat cavab vermirdilər. Məsələn, Azərbaycan-Ermənistan sərhədi boyunca hərbi əməliyyatların yenidən başlanmasına cavab olaraq ABŞ Dövlət Departamenti iyulun 28-də tərəfləri "ATƏT-in Minsk Qrupunun himayəsi altında əsaslı müzakirələrə qayıtmağa" çağırdı. Dövlət katibi Blinken bir neçə həftə əvvəl erməni həmkarını yazdığı məktubda "Minsk Qrupu həmsədrlərinin himayəsi altında əsaslı danışıqları mümkün qədər tez bərpa etməyə” dəvət edəndə bu çağırışı ikiqat artırdı. Böyük Britaniya da bu yaxınlarda Minsk Qrupunun nizamlanma üçün əsas format olaraq qaldığını bildirdi. Acı reallıq ondan ibarətdir ki, Qərb həm Azərbaycanın Qarabağ bölgəsində, həm də regionun digər qaynar nöqtələrində münaqişələri həll etmək üçün hələ də köhnəlmiş və qeyri-kafi mexanizmlərdən istifadə etməyə çalışır, bu da Qərbi uğursuzluğa məhkum edir”. Adam Ereli yazır ki, bu arada fürsətcil rəqiblər vəziyyətdən öz xeyirlərinə istifadə edərək, münaqişə tərəflərinin ABŞ-a etibarını daha da sarsıdır.

Nahid SALAYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ