Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanın İtaliyadakı səfirinin Anım Günü ilə əlaqədar İtaliya mətbuatında müsahibəsi dərc olunub

Image


Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 27 sentyabr Anım Günü ilə əlaqədar İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibə verib. Müsahibədə diplomat Anım gününün əhəmiyyəti, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünün ağır nəticələri, Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərimizdə həyata keçirdiyimiz yenidənqurma işləri və bölgədə davamlı sülhün bərqərar olması üçün ölkəmizin həyata keçirdiyi tədbirlərdən danışıb.

İlk öncə diplomat Azərbaycanda Dağlıq Qarabağ adlanan inzibati ərazi vahidinin olmadığını, Azərbaycan Respublikası Prezidentinin 7 iyul tarixli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur adlı iki iqtisadi zonanın yaradıldığını xatırladaraq, beynəlxalq ictimaiyyətin hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adlardan istifadə edərək ərazilərimizə istinad etməməsinin vacibliyini vurğulayıb.

Müsahibəsində diplomat bildirib ki, Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna cavab olaraq Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edildiyi kimi özünü müdafiə hüququndan istifadə edərək 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi işğalı altında olan ərazilərini azad etməsinə və tarixi ədaləti bərpa etməsinə gətirib çıxarmış 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən və heç vaxt icra edilməyən BMT TŞ-nın 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsini xatırladan diplomat Azərbaycanın sözügedən qətnamələrin icrasını özünün təmin etdiyini və ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Müsahibəsində Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Anım Gününün əhəmiyyətindən bəhs edən diplomat  qeyd edib ki, bu gün bizim düşüncələrimiz həm Ermənistanın hərbi təcavüzünün qurbanları, həm də ərazilərimizin işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin yanındadır. Bu xüsusda, birinci Qarabağ müharibəsinin qurbanlarını xatırladan diplomat Xocalı soyqırımı qurbanları da daxil olmaqla on minlərlə azərbaycanlının qətlə yetirildiyini, 4000 azərbaycanlının itkin düşdüyünü, onların demək olar ki, hamısının işgəncələrə məruz qalaraq qətlə yetirildiyini və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırıldığını, Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqlarının 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapıldığını, habelə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. Vətən müharibəsi zamanı Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri barədə də danışan diplomat döyüş bölgəsindən uzaqda yerləşən və Azərbaycanın böyük yaşayış mərkəzləri olan dəfələrlə hücumlara məruz qalmış Gəncə, Naftalan, Tərtər və Bərdə şəhərlərində erməni vəhşiliyinin qurbanı olmuş mülki azərbaycanlılardan, dağıdılmış yaşayış obyektlərindən bəhs edib, habelə Ermənistanın bu hərbi cinayətlərinə baxmayaraq, Azərbaycanın heç vaxt dinc əhalini hədəfə almadığını bildirib.

Müsahibəsində sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə toxunan diplomat Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi səbəbindən uzun illər bu məsələnin açıq qaldığını, Vətən müharibəsindən sonra iki ölkə arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyasını həyata keçirməyə və suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanaraq sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğumuzu elan etdiyimizi, lakin buna Ermənistan tərəfindən hər hansı müsbət reaksiyanın olmadığını bildirib.

Müsahibəsində 30 il ərzində işğal olunmuş ərazilərimizdə Ermənistanın törətdiyi misli görünməmiş dağıntılardan, qəsdən bütün şəhər və kəndləri yerlə bir etməsindən, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talamasından, onları urbisid və kultursid nümunələrinə çevrirməsindən danışan diplomat bu cinayətlərin Ermənistan tərəfindən azərbaycanlıların tarixi torpaqlarında əsrlər boyu formalaşmış irsini silmək məqsədilə törədildiyini bildirib. Diplomat, habelə həmin ərazilərin işğal vaxtı Ermənistan tərəfindən ekoloji fəlakət zonasına salınmasından, geniş miqyasda minalanmasından və mülki vətəndaşlarımızın hələ də həmin minaların qurbanına çevrilməsindən bəhs edib. Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini deyən diplomat Ermənistanın işğaldan azad olunmuş üç rayonumuz üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyinin 25 faiz olduğunu və beynəlxalq ictimaiyyətin Ermənistanı, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini təqdim etməyə məcbur etməsinin vacibliyini bildirib.

Müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyimiz geniş yenidənqurma işlərindən bəhs edən diplomat sözügedən bərpa işlərinin, habelə nəqliyyat-komunikasiya xətlərinin bərpa edilməsinin, o cümlədən Zəngəzur dəhlizinin bölgədə sülh və inkişafıın təmin edilməsi nöqteyi-nəzərindən əhəmiyyətindən danışıb. Müsahibəsində Prezident İlham Əliyevin BMT BA-nın 76-cı sessiyasının illik ümumi müzakirələrində səsləndirdiyi fikirlərə istinad edən diplomat bildirib: “Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir”.

Diplomat işğaldan azad edilmiş ərazilərimizin geniş iqtisadi potensialından da bəhs edib, bərpa və yenidənqurma işlərinə cəlb olunan ölkələr arasında Azərbaycanın strateji tərəfdaşı olan İtaliyanın da olduğunu, italyan şirkətlərinin həmin ərazilərdə enerji, kənd təsərrüfatı, bərpa sahələrində çalışdığını, habelə italyan biznesinin həmin ərazilərdə həyata keçirilən yenidənqurma işlərinə cəlb olunması istiqamətində iki ölkənin müvafiq dövlət qurumları tərəfindən görülən tədbirlər barədə məlumat verib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ