Bazar günü günü, 15 noyabr 2026
     

Əliyev dünya dövlətlərinə Ermənistanla davranışın növbəti istiqamətini göstərdi - Konstitusiyadan ərazi iddiası maddələrini çıxarın...

Image


“...Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə, Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər...” Bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibə zamanı deyib.

Azərbaycan Prezidenti haqlı olaraq Ermənistanın konstitusiyasında yer alan separatçı, işğalçı maddələri ifşa edib bütün dünyaya göstərdi, beynəlxalq aləmə göstərdi ki, Ermənistanın konstitusiyası hansı vəziyyətdədir.

Qeyd edək ki, ümumiyyətlə, Ermənistanın konstitusiyasinda təkcə Türkiyəyə və Azərbaycana qarşı deyil, butun qonşu dövlətlərə qarşı əsassız ərazi, torpaq iddialari var və hətta bu, hərbi doktrinalarinda da əks olunub.

  • “...Çox təəssüflər olsun ki, indiyə qədər Azərbaycandan və Türkiyədən başqa heç bir dövlət rəsmi olaraq Ermənistanı bu əsassız ərazi iddialarından və separatçılıqdan əl çəkməyə çağırmayıb”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev bu faktları gündəmə gətirməklə dünya dövlətlərinə, dünya birliyinə, beynəlxalq təşkilatlara, eləcə də Ermənistanı dəstəkləyən məlum ölkələrə Ermənistanın konstitusiyasının mahiyyətini açıb göstərib. Heç şübhəsiz, həmin dövlətlərin, təşkilatların da qarşısında Ermənistanı konstitutsiyasında dəyişiklik etməyə vadar etmək durduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, Ermənistanın konstitusiyası və hərbi doktrinası nəinki bölgə, bütövlükdə dünya üçün təhlükəlidir. “Bilirik ki, Ermənistan adlı dövlət yarandığı gündən bugünə qədər əsassız ərazi iddiaları irəli sürüb. Yəni 1918-ci ildə ki Azərbaycan ərazisində Ermənistan adlı dövlətin yaradıldığı elan edildi, iddialarını da həmin gündən irəli sürməyə başladılar. Halbuki, ermənilər söz vermişdilər ki, Azərbaycan Cumhuriyyətinin onlara dövlət yaratmaq üçün verdiyi 9 min kvadrat kilometrlik ərazi ilə razılaşacaqlar və ümumiyyətlə, heç bir ərazi iddiası ilə çıxış etməyəcəklər. Amma ermənilər Azərbaycan ərazisində öz dövlətlərini elan etdikdən sonra verdikləri vədi çox tez unutdular, Azərbaycana, Gürcüstana və Osmanlı dövlətinə qarşı bu cür əsassız torpaq iddiaları irəli sürməyə başladılar. Yəni Ermənistanın 1918-ci ildə yaranandan bugünə qədər bu cür cəfəng iddiaları var. Amma çox təəssüflər olsun ki, indiyə qədər Azərbaycandan və Türkiyədən başqa heç bir dövlət rəsmi olaraq Ermənistanı bu əsassız ərazi iddialarından və separatçılıqdan əl çəkməyə çağırmayıb”.

F.Ələkbərli xatırlatdı ki, əslində 1918-ci ildə Osmanlı dövləti və Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ermənilərin qarşısına şərt qoyulmuşdu, bu şərtə əsasən Ermənistan bir dövlət olaraq yaradıldığı, elan edildiyi 9 min kvadrat kilometrdən kənara çıxmamalı idi. Hətta hayların Qarabağa və Naxçıvana ərazi iddialarının da həmin dövrdə əsassız olaraq ortaya sürüldüyü və Cumhuriyyət tərəfindən kəskin qarşılandığını qeyd edən F.Ələkbərlinin sözlərinə görə, Ermənistan, hətta zaman-zaman Rusiya ərazisinə də iddialar irəli sürüb: “Gizlin deyil ki, Ermənistan Rusiyaya qarşı da ərazi iddialarını hər zaman açıq şəkildə büruzə verib. Krasnodar bölgəsinə ermənilər həmişə iddialı olublar. Sovet dövründə Ermənistan rəsmi Moskvanın icazəsi və dəstəyi ilə əsas iddianı Türkiyə və Azərbaycan ərazilərinə qarşı irəli sürürdü. Mikoyan və başqaları bu işdə “ilhamverici” rol oynayırdılar. Tarixə baxsaq görərik ki, Sovet dövründə ərazi iddiaları ən çox Azərbaycana və Türkiyəyə yönəlib. Müəyyən zamanlarda, xüsusən də İkinci Dünya müharibəsindən sonra Qarabağa sahib olmaq üçün Ermənistan rəsmi Moskvanın razılığı ilə kiçik “irəliləyişlər də əldə etmişdi”. Lakin o zaman Azərbaycan SSR-ə rəhbərlik edən Mircəfər Bağırovun və başqa səlahiyyətli şəxslərin, xüsusilə Dərbənd, Zəngəzur məsələləri ilə bağlı əks arqumentlər irəli sürməsi nəticəsində rəsmi Kreml bir növ bu məsələni bağladı. Ancaq SSRİ-nin dağılması ərəfəsində məsələ yenidən alovlandırıldı, Azərbaycan və Türkiyə ərazilərinə qarşı ərazi iddiaları daha da gücləndi. 1991-ci ildə ortaya atılan Ermənistan dövləti əvvəlkilərin məkrli, separatçı siyasətini davam etdirdi, hətta əsassız ərazi iddialarını konstitusiyaya saldılar. Bununla yanaşı Türkiyənin, Gürcüstanın və başqa ölkələrin ərazi bütövlüyünü təhdid edən bəyanatlar verdilər, Azərbaycanın isə ərazisini necə işğal etdikləri məlumdur. Biz bunun ağrı-acısını çəkmişik”.

F.Ələkbərlinin fikrincə, dünya birliyi, xüsusən də Ermənistana havadarlıq edən dövlətlər Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdırlar. Tarixçinin sözlərinə görə, Ermənistanın konstitusiyası və hərbi doktrinası separatizm, işğalçılıq kimi məkrli siyasət üstə qurulub, o konstitusiya da, hərbi doktrina da dəyişilməlidir. “Ermənistanın konstitusiyasında və hərbi doktrinasında Azərbaycana, Türkiyəyə, Gürcüstana qarşı ərazi iddialarının əks olunması olduqca dəhşətli faktdır. Dünya birliyi, dünya dövlətləri Ermənistana təzyiq göstərməlidir ki, konstitusiyasından və hərbi doktrinasından əsassız ərazi iddiaları ilə bağlı maddələri çıxarsın. Ermənistan işğalçılıq, separatçılıq və terrorçuluq yolunu tutduğunu öz konstitusiyası ilə təsdiqləyir, bu isə həm bölgə, həm də dünyanın özü üçün bir təhdiddir”

F.Ələkbərli hesab edir ki, Ermənistan əsassız ərazi iddialarını və revanşizmi davam etdirsə, Türkiyə və Azərbaycanla, hətta Gürcüstanla münasibətlərini normal məcraya salması mümkün olmayacaq. Onun sözlərinə görə, bu məsələyə mövcud Ermənistan hökuməti son verməlidir. “Ermənistan bilməlidir ki, mövcud ərazisi ilə kifayətlənməlidir. Əgər bundan artığına iddia edəcəklərsə, Ermənistanın heç bir gələcəyi yoxdur. Paşinyan höküməti düşünməli və öz konstitusiyasından, eləcə də hərbi doktrinasından işğalçılıq siyasətini, ərazi iddialarını birdəfəlik çıxarmalıdır. Bu aradan qaldırılmadan bölgədə sülh və əminamanlığın olması mümkün olmayacaq. Cənab Prezidentin öz müsahibəsində bu məsələni vurğulaması təsadüfi deyil. Ermənistana bir daha o fikir ifadə olunur ki, siz konstitusiyanıza, hərbi doktrinanıza yenidən baxmalısınız, işğalçılqdan, başqa ölkələrin ərazi bütövlüyünü təhdid edən siyasətdən əl çəkməlisiniz. Əks təqdirdə bu kimi məsələlər bumeranq kimi Ermənistanın özünün üzünə qayıdacaq. Ermənistan unutmamalıdır ki, Azərbaycan ərazilərində bərqərar olub. Cənab Prezidentin bu məsələyə xüsusi toxunması həm Ermənistana, həm də onu dəstəkləyən ölkələrə bir xəbərdarlıq mesajıdır.  Fikrimcə, Prezidentin aktuallaşdırdığı bu məsələ ilə bağlı dünya birliyi real addımlar atmalı, Ermənistanın konstitusiyasında və hərbi doktrinasında ərazi iddiaları ilə bağlı maddələrin dəyişdirilməsinə nail olmalıdır. Əks halda bu, Ermənistanın özü üçün böyük problemə çeviriləcək”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ