Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan xalqını Anım təntənələrinə gətirən ideoloji güc - Azərbaycançılıq...

Image


Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olan 2020-ci il 27 sentyabr rəşadətli Ordumuzun torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücuma keçdiyi və 44 günlük Zəfər salnaməsini yazmağa başladığı tarixi gündür... Bir il əvvəl baş verən bu möhtəşəm hadisə Azərbaycan xalqının əzilmiş qürurunu sağaltdı, əyilən başını dikəltdi.

Bilsin ana torpaq, eşitsin Vətən

Müsəlləh əsgərəm mən də bu gündən...

Bu misralar hər kəsin dilində bir şüara çevirildi...

Uzun illər torpaqlarımızın düşmən işğalında olması faktı ilə barışmayan Vətən övladları, Milli Ordumuz  27 sentyabr da Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Dəmir yumruq” əməliyyatına başladı. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Quru Qoşunları, Xüsusi Təyinatlı qüvvələri, Azərbaycan Hərbi Dəniz Qüvvələri, Azərbaycan Dəniz piyadaları, Azərbaycan hərbi hava qüvvələri, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar, Xarici Kəşfiyyat Xidməti, “YARASA” Xüsusi təyinatlıları, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələri, eyni zamanda minlərlə könüllü Vətən müharibəsində misilsiz Qəhrəmanlıqlar göstərdilər.

...Vətən müharibəsinin ilk saatlarında ordumuzun uğurlu əks-həmləsi və erməni işğalı altında olan yaşayış məntəqələrinin azad olunması, sonrakı günlərdə gələn qələbə xəbərləri xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Bütün bu qələbələr, təbii ki, canını Vətən yolunda fəda edən qəhrəman zabit və əsgərlərimizin misilsiz şücaəti, qanları bahasına qazanılırdı. 44 gün ərzində ordumuz illərdir həsrətində olduğumuz işğal altında olan torpaqlarımızı azad edərək Vətəni bütövləşdirdi, bizə Qələbə sevincini yaşatdı.

27 sentyabr 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Respublikamızsa Anım Günü kimi qeyd edilir.

  • 27 sentyabr bizi birləşdirən möhtəşəm tarixi gün...

27 Sentyabr Anım Günü ölkəmizlə yanaşı dünyanın bir çox ölkəsində qeyd edildi. 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Şəhidlərin anım gününə həsr olunan və  Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həmin gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinədək davam edib.

Yürüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib.

Bu əzəmətli gün həm dünya azərbaycanlıları, həm də ölkəmizdəki müxtəlif millətlərin, dinlərin nümayəndələri qeyd etdi, kilsələrdə, sinaqoqlarda, məscidlərdə dualar oxundu, dini rituallar həyata keçirildi. 27 sentyabr Anım günü xalqımız həmrəyliyini, azərbaycançılıq ideologiyası ətrafında birləşdiyini bir daha təsdiqlədi. Paytaxtımızda keçirilən anım tədbirində Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı bu həmrəyliyi daha da gücləndirdi.

  • “Xalqımız yenə də birlik nümayiş etdirdi”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Vətən Müharibəsinin başlandığı ilk dəqiqələrdən Azərbaycan xalqı, dünya azərbaycanlıları həmrəylik nümayiş etdirdilər və torpaqlarımızın azad edilməsi uğurunda böyük birlik nümayiş etdirdilər. Q.Məhərrəmli dedi ki,  27 sentyabr tarixinin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi keçirilməsinin özünün böyük tarixi əhəmiyyəti var. Q.Məhərrəmli bildirdi ki, Anım Günü ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə sentyabrın 27-də bir sıra tədbirlər keçirildi və bütün xalqımız şəhidlərimizin əziz xatirəsini yad etdi: “Xalqımız yenə də birlik nümayiş etdirdi. Anım Günündə də vətəndaş həmrəyliyinin şahidi olduq.  Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərin xatirəsi dərin ehtiramla yad olundu, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxundu. Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bütün bunların hamısının çox dərin mənası var”.

  • “Dövlət müstəqilliyimizin 30 illiyidir və  artıq bizim ərazi bütövlüyümüz təmin olunub”

Q.Məhərrəmli qeyd etdi ki, Anım Günündə xaricdə yaşayan azərbaycanlılar da böyük həmrəylik göstərib. “Anım Günündə Prezidentin və Birinci vitse-prezidenin xalqın özündə getməsi və əllərində şəhidlərin şəkillərini tutması həm cəmiyyətimizdə, həm də dünya azərbaycanlıları arasında böyük ruh yüksəkliyi yaradıb. Budur həmrəyliyin, birliyin böyük təntənəsi, əzəməti. Prezident və Birinci vitse-prezident xalqın önündə gedərək anım yürüşünün böyük mənasını bir daha dünyaya çatdırdılar. Heç şübhəsiz ki, xaricdə yaşayan soydaşlarımız da Anım Günü ilə əlaqədar  müxtəlif tədbirlər, yürüşlər keçirdilər. Bütün bunlar Azərbaycançılıq ideologiyasının gücünün təcahürüdür. Açıq görsəndi ki, xalqımızın nümayəndələri harada yaşamasından asılı olmayaraq hər zaman birlik və həmrəylik göstərə bilirlər. Bütövlükdə, 27 sentyabr Anım Günündə ölkəmizdə yaşayan bütün xalqların, dinlərin nümayəndələrinin bir yerdə olduğunu, həmrəylik göstərdiyinin şahidi olduq. Biz bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycanın ərazibütövlüyü uğurunda ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri şəhid verib, hər kəs azərbaycanlıdır və hər bir şəhid bizimdir. 27 sentyabr Anım Günündə hər kəs Azərbaycançlıq ideologiyası ətrafında birləşdi. Bu ili Azərbaycan dövlətinin müstəqilliyinin 30 ili tamam olur. Biz 28-29 il idi ki, torpaq həsrətində idik. Amma dövlət müstəqilliyimizin 30 illiyidir və  artıq bizim ərazibütövlüyümüz təmin olunub və biz buna görə şəhidlərimizin ruhuna, qazilərimizin özünə borcluyuq. Azərbaycançılıq vahid bir ideologiya kimi öz birləşdiricilik gücünü həmişə qoruyur və nümayiş etdirir”.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ