Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Cənubi Qafqazda sülh və inkişaf üçün fürsət dövrünü başlatdı - Ermənistan Zəngəzur dəhlizini açmağa məcbur durumda...

Image


Məlum olduğu kimi, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını Ermənistanla münasibətlərin normallaşmasının əsas şərtlərindən biri kimi qəbul edir. Bu məsələ Prezident İlham Əliyevin Türkiyənin “Anadolu” Agentliyinə verdiyi müsahibədə də xüsusi olaraq vurğulanıb.

Azərbaycan dövlət başçısı bu xüsusda qeyd edib ki, Zəngəzur dəhlizinin açılması noyabrın 10-da imzalanmış bəyanatda təsbit edilir və Ermənistan öz üzərinə bu öhdəliyi götürüb: “Birincisi, əgər o bu öhdəliyi icra etməyəcəksə, onda hansı normallaşmadan söhbət gedir? İkincisi, Ermənistanda, - yenə də qayıdıram əvvəlki fikirlərimə, - postmüharibə dövrünü çox düzgün təhlil etməlidirlər. Artıq vəziyyət tam fərqlidir. İndiki durum güc nisbətini açıq-aydın göstərir... Biz Azərbaycanda indi Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir. Ona görə hesab edirəm ki, biz öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik. Çünki burada işin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolunun və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, bir ilə, il yarıma çəkilə bilər. Yəni biz bunu gözləyirik”. İndilikdə erməni tərəfi qeyd edilən dəhlizin açılması istiqamətində hələ də hansısa real addımlar atmır. Rusiyalı hərbi ekspert İqor Korotçenko bu xüsusda bildirir: “Azərbaycan, Ermənistan, Rusiya liderlərinin imzaladıqları üçtərəfli bəyanatın bir çox müddəalarının yerinə yetirilmədiyi göz qabağındadır. Bunun günahı həm Rusiyada, həm də Qərb ölkələrində fəaliyyət göstərən erməni lobbisindədir. Zəngəzur nəqliyyat dəhlizinin açılmasına dair bənd indiyədək yerinə yetirilməyib. Həmçinin sərhədlərin demarkasiyası və delimitasiyası da həyata keçirilməyib”. Ekspert qeyd edib ki, Qarabağ müharibəsinin qalibi Azərbaycan olsa da, çox məsələlər qarşıdakı bir il ərzində həllini tapacaq: “Bunun üçün tərəflərə üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməklə bağlı ekspert rəyi verilməlidir. Regionun gələcəyinin sülh və əməkdaşlıqla bağlı olduğu artıq bəllidir. Hazırkı vəziyyətdə əməli addımlar daha zəruridir”.

Məsələyə nəzər salan Avropa İttifaqının “Еureporter” nəşri isə yazır ki, Zəngəzur dəhlizinin açılması çox önəmlidir. Nəşr öncə ona diqqət edir ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi regional iqtisadi inteqrasiya və təhlükəsizliyə ciddi problem yaradırdı: “ATƏT-in Minsk Qrupunun himayəsi altında aparılan danışıqlar prosesi, İrəvanın danışıqlar prosesinin onilliklər ərzində inkişaf etdirdiyi əvvəl əldə edilmiş razılaşmalar və prinsiplərdən imtina etməsi səbəbindən müvəffəqiyyətsizliyə uğradı. Nəticədə artan gərginlik və təxribatlar 44 günlük müharibə kimi tarixə düşən Azərbaycan Ordusunun genişmiqyaslı hərbi əks hücumuna gətirib çıxardı. 44 gün davam edən İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı. Bu bəyanata əsasən, Qarabağ bölgəsinə 1960 rusiyalı sülhməramlı, 90 zirehli maşın və 380 ədəd avtomobil və xüsusi texnika göndərildi. Bundan əlavə, Ağdam rayonunda atəşkəs rejiminin icrasının monitorinqinin aparılması üçün “Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi” açıldı. Noyabr razılaşması düşmənçiliyə və hərbi əməliyyatlara son qoyan əhəmiyyətli sənəd oldu. Sənədə əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytarmağı öhdəliyinə götürdü, Azərbaycan isə Ermənistanla Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər arasında humanitar əlaqə kimi istifadə edilməli olan Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət verdi.

2021-ci il sentyabrın 27-si Azərbaycan üçün əlamətdar bir tarixdir, çünki ölkə 44 günlük müharibədə qələbənin birinci ildönümünü qeyd edir. Azərbaycan, ərazi bütövlüyünü bərpa edərək, Cənubi Qafqazda yeni bir dövrün - sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. 44 günlük müharibə Qarabağ münaqişəsinə son qoyduğundan, müharibədən sonrakı dövrdə tərəflərin əsas məqsədi nəqliyyat əlaqələrinin açılması və bölgədə davamlı sülhü təmin edəcək dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası yolu ilə iqtisadi münasibətlərin bərpa edilməsi olmalıdır. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin bərpası və bölgədəki bütün infrastrukturun inkişafı üzrə genişmiqyaslı proqrama start verib. Bu prosesdə bir çox beynəlxalq şirkətlər iştirak edir. Bu şirkətlər bütün zəruri avtomobil yolları, dəmir yollarının və iqtisadi inteqrasiyanın əsas elementləri olan digər infrastruktur obyektlərinin bərpası üçün çalışırlar”. Nəşr qeyd edir ki, təhlükəsizlik və gələcək iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətli olan 4 və 9-cu maddələr də daxil olmaqla, noyabr üçtərəfli bəyanatının bütün bəndlərinin icrasında hələ də problemlər və çətinliklər mövcuddur: “Xatırlatmaq lazımdır ki, üçtərəfli bəyanatın 9-cu maddəsi Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələri də daxil olmaqla, bölgədəki bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Zəngəzurun əhəmiyyətini vurğulamaq lazımdır. Ermənistan-İran sərhədini qoruyan Rusiya sərhədçiləri razılaşma əsasında Azərbaycanın qərb bölgələri ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verməlidir. Bütün yolların bərpası və Zəngəzur dəhlizinin yaradılması Ermənistana əhəmiyyətli üstünlüklər verir. Bölgədə nəqliyyat əlaqələrinin bərpası İrəvanın əsas iqtisadi problemlərindən birini - Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin bazarları ilə quru əlaqəsinin olmaması məsələsini də həll edəcək. Ermənistan İranla iqtisadi əlaqələrini də inkişaf etdirə bilər. Uzunmüddətli münaqişə zamanı Ermənistan ölkəni Azərbaycan vasitəsilə İranla birləşdirən dəmiryoluna çıxışını itirdi. Ona görə də bu dəmir yolunun bərpası İrəvanla Tehran arasında ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Müsbət dinamikaya baxmayaraq, 2020-ci ilin noyabr bəyanatının bütün bəndlərinin həyata keçirilməsində hələ də problemlər var. Noyabr bəyanatının 4-cü maddəsi bütün erməni silahlı qüvvələrinin bölgədən çıxarılması ilə paralel olaraq Rusiya sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutur. Lakin müəllifin qeyd etdiyi kimi, bu bəndin həyata keçirilmədiyinə dair məlumatlar daxil olur. Laçın dəhlizi ilə erməni silahlı qüvvələrinin Qarabağ bölgəsinə göndərilməsinin davam etdirilməsi Azərbaycanın ciddi narahatlığına səbəb olur ki, bu da bölgədə artan gərginliyə gətirə bilər”.

Nəşr yazır ki, bugünkü reallıq belədir: qanlı müharibə bitdi və Cənubi Qafqazda iqtisadi imkanlar yarandı: “Azərbaycan üçün münaqişə keçmişdə qaldı və indiki Qarabağ iqtisadi rayonunun gələcək alternativ statusu ilə bağlı aparılan istənilən danışıqlar qətiyyən qəbuledilməzdir. Əksinə, Ermənistan "öz müqəddəratını təyinetmə" əsasında Qarabağın gələcək statusu ilə bağlı israr etməkdə davam edir və bu, təkcə Cənubi Qafqazda deyil, həm də dünyamızın bir çox yerində sabitliyi və sülhü təmin edən beynəlxalq hüququn əsas prinsipləri olan ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət olmadıqda tərəflər arasında gərginliyin davam edəcəyini göstərir”.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ