Bazar günü günü, 15 noyabr 2026
     

İtaliyada Azərbaycan şəhidləri anıldı - məscid və kilsələrdə anım mərasimləri keçirilib - FOTO

Image


Anım Günü münasibətilə Roma şəhərində yerləşən Avropanın ən böyük islam məbədi olan İtaliya İslam Mədəniyyət Mərkəzi-Roma Böyük Məscidində, “Santa Maria della Mercede” Kilsəsində, habelə Katania şəhərində yerləşən “San Camillo dei Mercedari” kilsəsində Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin anım mərasimləri keçirilib. Tədbirlərdə İtaliyada akkreditə olunan diplomatik korpusun, yerli hakimiyyət orqanlarının, akademik, dini çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

İtaliya İslam Mədəniyyət Mərkəzi-Roma Böyük Məscidində keçirilmiş tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavününün ağır nəticələri, 30 il ərzində Azərbaycan torpaqlarını hərbi işğal altında saxladığı, istər brinci, istərsə də ikinci Qarabağ müharibəsində mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, Xocalı soqyırımını törətdiyi, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirdiyi barədə danışıb. Münaqişə dövründə 4 min azərbaycanlının itgin düşdüyünü, 3 min azərbaycanlının Erməninstanın yerləşdirdiyi minaların qurbanı olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları və hərbi təxribatları və Vətən müharibəsinə gətirib çıxaran səbəblər haqqında məlumat verən diplomat Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun 44 günlük müharibədə torpaqlarımızı işğaldan azad etdiyini bildirib. Vətən müharibəsi vaxtı müharibə meydanında məğlub olan Ermənistanın Azərbaycanın mülki obyektlərinə qadağan olunmuş silahlarla etdiyi hücumların çoxsaylı insan tələfatına səbəb olduğunu və hələ də çoxsaylı mülki azərbaycanlıların azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanına çevrildiyini bildirib.   Prezident İlham Əliyevin sərəncamı ilə 27 sentyabr tarixinin Anım Günü elan edildiyini və bu gün istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qurbanı olmuş və Vətən torpaqlarının işğaldan azad edilməsi yolunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsinin böyük ehtiramla anıldığını bildirib.    

Tədbirdə  Roma Böyük Məscidinin imamı Ala Eldin əl-Ghobaşinin imamlığı ilə şəhidlərimizin ruhuna dualar oxunub və namaz qılınıb.

Romanın “Santa Maria della Mercede” kilsəsində keçirilmiş anım mərasimində kilsənin keşişi Don Cuzeppe Çelanonun iştirakı ilə Azərbaycan şəhidlərinin xatirəsinə dua mərasimi - messa keçirilib. Dua mərasimindən sonra çıxış edən səfir Məmməd Əhmədzadə Azərbaycanın zəngin multikultural ənənələrə malik olduğunu, ölkəmizdə əsrlər boyu müxtəlif dinlərə və millətlərə mənsub olan insanların sülh içində birgə yaşadığını, Azərbaycan multikulturalizm modelinin bütün dünya tərəfindən yüksək qiymətləndirildiyini, Papa Fransiskin 2016-cı ildə Bakıya tarixi səfəri vaxtı Azərbaycanı dini tolerantlığa görə model ölkə kimi təqdir etdiyini bildirib.

Diplomat Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü ilə üzləşdiyini və bu təcavüz nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, 1 milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü və 30 ilə yaxın müddət ərzində ölkəmizin böyük ədalətsizliklə üz-üzə qalmaq məcburiyyətində olduğunu deyib. XII Pio da daxil olmaqla çoxsaylı sələfləri kimi Papa Fransiskin “Ədalət olmayan yerdə sülh də yoxdur” kimi fikirlərinə istinad edən diplomat Azərbaycan şəhidlərinin qanı bahasına tarixi ədalətsizliyə son qoyulduğunu və torpaqlarımızın işğaldan azad oldunğunu söyləyib. Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimiz arasında müxtəlif dinlərə, o cümlədən xristian dininə mənsub olan vətəndaşlarımızın da olduğunu bildirən diplomat əlavə edib ki, Azərbaycanda olduğu kimi İtaliyada da məscidlərlə yanaşı, kilsələrdə də şəhidlərimizin anım mərasimlərinin keçirilməsi Azərbaycanın multikultural təbiətini təcəssüm etdirir.

Diplomat Cənubi Qafqazda çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitliyin nəhayət ki bərqərar olunacağına ümid etdiyimizi, ölkəmizin regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam etdirəcəyini bildirib. Çıxışının sonunda diplomat müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əydiyimizi və onların əziz xatirəsini dərin hörmət və ehtiramla andığımızı vurğulayıb.

Anım tədbirinin sonunda orqan ifaçısı Culio Luççiolo, skripka ifaçısı Klaudio Kasarano və soprano Karmela Maffonçellinin təqdimatında şəhidlərimizin xatirəsinə dünya klassiklərindən seçilmiş əsərlər ifa olunub.

Katania şəhərinin “San Camillo dei Mercedari” kilsəsində keçirilmiş anım mərasimi də kilsənin keşişi Don Canni Romeonun Azərbaycan şəhidlərinin xatirəsinə dua mərasimi - messa ilə başlayıb. Messadan sonra anım mərasimində çıxış edən Azərbaycanın Kataniya şəhərində fəxri konsulu Domeniko Koko Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlamış münaqişənin çoxsaylı insan faciələrinə səbəb olması, on minlərlə azərbaycanlının qətlə yetiriləsi, 1 milyondan çox azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salınması barədə danışıb. Fəxri konsul Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycan şəhərlərinə ağır artilleriya və qadağan olunmuş silahlarla hücumlarının çoxsaylı mülki şəxslərin qətlinə və yaralanmasına səbəb olduğunu, müharibənin bitməsinə baxmayaraq, işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minaların hələ də çoxsaylı günahsız insan tələfatına səbəb olduğunu deyib. Ötən ilin payızında 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək ədaləti bərpa etdiyini söyləyən D.Koko bu günkü Anım Gününün 30 illik münaqişədə həyatını itirmiş bütün azərbaycanlıların xatirəsinin yad edilməsi üçün əhəmiyyətli olduğunu bildirib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ