Bazar günü günü, 15 noyabr 2026
     

Zəfərə Zamin - Əkbər Qoşalı yazır…

Image


“Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən mmüharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq” 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü elan olunub - Azərbaycan Prezidenti Anım Günü haqqında 02 dekabr 2020-ci il tarixli Sərəncam imzalayıb.

Rəsmi Anım Günü bu il ilk dəfə qeyd olundu – yüksək səviyyədə qeyd olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günündə xalqa tarixi müraciət etdi. 2021-ci ilin 27 sentyabrı, demək olar, başdan-başa Anım Gününə, əziz şəhidlərimizin Ruhuna ehtiramın, qazilərimizin fədakarlığına say­ğının ehtiva olunduğu özəl proqramla keçdi: Prezidentin xalqa müraciətindəki təsbitlər, ismarıclar, ümumən müraciət özü xüsusi hadisə oldu; dövlət başçısı və xanımı mükəmməl hazırlanmış Anım Yürüyüşünə qatıldı, şəhidlərimizin plakatlarını daşıdılar; Vətən Müharibəsi Memorail Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu; saat 12.00-da ölkə ərazisində nəqliyyatın hərəkəti  bir dəqiqəlik dayandırıldı, şəhidlər ümumrespublika miqyasında anıldı; ölkə paytaxtımız Bakı, Mədəniyyət Paytaxtımız Şuşa başda olmaqla, qədirbilən xalqımız hər yerdə şəhidlərin ruhunu dərin ehtiramla andı; Prezident və xanımı Ümummilli liderin məzarını ziyarət etdi. “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”! sözlərini yenə xatırladıq.

Dünya azərbaycanlıları, dünyadakı Azərbaycan dostları şəhidlərimizin ruhunu andı, ölkəmizin dini ibadət ocaqlarında – məscid, kilsə, sinaqoqlarda şəhidlərin əziz ruhu dualar oxunaraq yad edildi.

Qardaş Türkiyə Cümhuriyyəti dövləti, xalqı, vətəndaş cəmiyyəti institutları “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik” kəlamlarına uyğun olaraq, Azərbaycan şəhidlərini ürəkdən andı. Qardaş ölkələrimiz Türkiyə və Pakistan paytaxtlarındakı önəmli abidələr (“Ataqüllə”, “Pakistan” abidəsi) Azərbaycan Bayrağının rənginə büründü...

Bir sözlə, ilk dəfə qeyd olunan 27 sentyabr – Anım Günü şəhidlərin adına, xalqımızın adına layiq şəkildə qeyd olundu.

Azərbaycan Prezidentinin 27 sentyabrda, Anım Günü ərəfəsində BMT-nin 76-cı sessiyasında çıxışı, Rusiyanın “Nasionalnaya Oborona” jurnalına, Türkiyənin “Anadolu” agentliyinə müsahibələri müharibənin başlanmasının birinci ildönümünə, ən yaxın tariximizə ayna tutdu.

Dövlət başçısının Anım Günü münasibəti ilə xalqa müraciət özəl yerə malikdir. Səmimi, prinsipial, siyasi iradə nümayişli müraciət zaman-zaman müzakirə mövzusu olacaq, buna qətiyyən şübhə yoxdur. Əgər Ermənistanın siyasi gündəliyi önəmli dərəcədə Azərbaycandan asılıdırsa və İlham Əliyevin xalqa müraciətindən, “Anadolu” agentliyinə müsahibəsindən saatlar keçmiş erməni mediası, erməni ictimai fikri bu müraciət və müsahibəyə köklənibsə, bu, dediklərimizi təsdiq edir.      

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə bağlı xalqa müraciətinin ayrı-ayrı cümlələri, bölmələri, bütövlükdə müraciətin mətni bizim və dostlarımız üçün qürurverici, inamaşılayıcı, düşmən üçün ağladəvətdir. Rəhmətlik Fikrət Qocanın məşhur misralarını xatırlayıram: “Yaşa, Prezidentim, yaşa”!

Xalqa müraciətdə nələr vardı?

- Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması və tarixi Zəfərilə başa çatan 44 günlük Vətən Müharibəsinin gedişi, müharibənin əsas aşamaları, önəmli hadisələr;

- 27 Sentyabr – Anım Gününün milli qürur günü kimi qeyd edilməsi. Anım Günü, bu günə özəl tədbirlər proqramı xaraktrli, ənənəli mahiyyət kəsb edir. – Xocalı Soyqırımı qurbanlarının 20, 25, 27-ci ildönümləri münasibəti ilə keçirilən anım yürüşlərini xatırlatmaq istərdim. Habelə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu – Azərbaycan Bayrağı önündə diz çöküb, bayrağı öpmək ənənəsini xatırlatmaq istərdim. Cənab İlham Əliyev bu ənənəni ləyaqətlə davam etdirir, işğaldan azad olunmuş şəhərlərimizdə bayrağımızı göyün üzünə çəkmədən öncə, diz çöküb, öpür, gözlərinin üstünə qoyur... Dövlət başçısının sözləri ilə desək, əsgər və zabitlərimiz torpaqlarımızı bir əlində silah, bir əlində bayraq, qəlbində Vətən sevgisi ilə azad edib. Azərbaycan Prezidentinin bayrağa, şəhidlərə, Vətənə münasibəti xüsusi yüksək dərəcə nümayiş etdirir.

Beləliklə, ləyaqətli varislik bayraq kultumuza onun dərin münasibətini, vətəncanlılığını, xalqcanlılığını, milli-mənəvi dəyərlərə bağlılığını, alovlu vətənpərvərliyini parlaq şəkildə göstər­məkdədir. Azərbaycan dövlətinin və xalqının şəhidlərin xatirəsini uca tutması, şəhidlərin əziz xatirəsinə salınan parklar, xiyabanlar, şəhidlərimiz, qazilərimiz üçün yüksək Vətən Müharibəsi Qəhrəmanı adının, “Zəfər”, “Qarabağ” kimi yeni yüksək ordenlərin, çoxsaylı medalların təsis edilməsi, “YAŞAT” Fondunun, yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbənin yaradılması, şəhid ailələrinin, qazilərin sosial problemlərinin həlli istiqmətində görülən ardıcıl işlər dövlət-xalq birliyinin, şəhidlərin uca ruhuna sayğının təntənəsidir. 

Biz zəfərə hər gün yaxınlaşırdıq, bizim Zəfərə inamımız heç vaxt öləzimədi. Prezidentin ötən dövrlərdə prinsipial, siyasi iradəli və düşünülmüş addımları ölkəmizin müdafiə qabiliyyətini, beynəlxalq nüfuzunu yüksəldirdi. Çağdaş, güclü ordu yaradılması, xalqın səfərbər edilməsi istiqamətində dövlətin, şəxsən dövlət başçısının gördüyü işlər tarixi zəfərimizə zəmin yaradırdı. Döyüşlərdə qazandığımız, haqq etdiyimiz şanlı zəfərimiz yalnız torpaqlarımızın azad edilməsini təmin etməyib, heç də bundan az önəm kəsb etməyən “məğlub xalq sindromu”ndan qurtulmağımıza, milli qürurumuzu, xəlqi ləyaqətimizi tam gücü ilə bərpa etməyə fövqəladə əsaslar yaratdı.

Xalqa müraciətin başqa bir nüansı, Ermənistanın insanlıq əleyhinə cina­yətlərinə, o cümlədən hərbi cinayətlərinə, çirkin əməllərinə, müharibəni döyüş meydanından uzaqlara çıxarmaq cəhdlərinə vurğu edilməsindəndir. – Düşmənin mülki əhaliyə qarşı qadağan olunmuş kasetli bombalardan istifadə etməsi; Gəncə, Bərdə, Goranboy, Naftalan və Tərtərdəki dağıntılar, itkilər, Yevlax, Mingəçevir, Qəbələ, Naxçıvana namərdcə raketlər atılması, hətta “İskəndər-M” raketindən istifadə edilməsi... özü xüsusi bir mövzudur. Ermənistanın bütün bu və bənzəri ləyaqətsizliklərinə, vandallığına baxmayaraq, Azərbaycanın müharibədə qızıl ləyaqət göstərməsi iki dövlət, xalq, cəmiyyət arasındakı unikal fərqi dəqiq ifadə edir. Öz Müzəffər Ali Baş Komandanının çevrəsində bir yumruq kimi sıx birləşərək cəsarət və yetkinlik nümayiş etdirən xalqın düşmənin başına enən yumruğu da çox manidardır: Dəmir Yumruq! Dəmir Yumruğun manifestini müəyyənləşdirəsi olsaq, müharibə dövrünün çağırışı – “Öldü var, döndü yoxdur” olar.

Xalqa müraciətdə başqa nələr vardı? –

Azərbaycan Ordusunun 44 gün içində yalnız irəli getməsi, əsgər və zabitlərimizin qəhrəmanlıq örnəkləri məhəbbətlə vurğulandı.

O da vurğulandı ki, dünənin, sabahın öz yeri var, bugününsə öz gerçəklikləri vardır: müharibə tarixdə qalıb, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. “Dağlıq Qarabağ” bərpa oluna bilər – ancaq bizdə yox, 25 minlik əhaliyə ayrıca bir “dövlət” qurmaqçün dəridən-qabıqdan çıxanların belə bir icraatı öz məmləkətlərində etməsi ən uyğun variantdır. – O erməni, o da sizlərin böyük əraziləriniz, aparın, qurun, yedirdin-içirdin – zira biz ermənilərin nə yuvanın quşu olduğunu dəqiq bilirik. Adına barbar deməyin, vandal deməyin, “qədim xalq”, “mədəni xalq” deyin, ari deyin... Qoy,  o, əli, gözü, ideolojisi əyri, tarixi, mədəniyyəti saxta bir qəbilə birləşkəsi, bir bekara kütlə sizlərin olsun – halal-xoşunuz olsun. – Aparın, bəlkə bir-iki il keçməmiş hərəsinin üstündə də, xeyli ödəniş edib, geri döndərmək istəyəcəksiz... Biz də o zaman cəhənnəmin qapısını göstərərik...

Cəhənnəmdən keçək cənnətə:

44 günlük müharibədə, müharibədən öncə, müharibədən sonrakı dönəmdə qardaş Türkiyənin Azərbaycana göstərdiyi müstəsna siyasi və mənəvi dəstəyi 27 sentyabrda xalqa müraciətində bir daha vurğulayan ölkə başçısı, bir daha qədirşünaslıq, dərin vəfadarlıq örnəyi göstərmiş oldu.

Əlbəttə, qardaş Pakistanı, digər qardaş-dost ölkələri də unutmuruq. Unutmuruq ki, undulmayaq.

Beynəlxalq aləm Azərbaycanın tarixi Zəfərini qəbul edir; bu gün Azərbaycanın bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf olması danılmaz faktdır.

Beəliklə, erməni faşizmi təzahürləri, əvəzçıxma meylləri ilk növbədə Ermənistanın özü üçün təhlükə yaradır – İlham əliyevin xalqa tarixi müraciətdə dediyi kimi – Azərbaycanın bütün ssenarilərə hazırdır! Ermənistanın hər bir təxribatına heç bir tərəddüd etmədən və ən layiqli şəkildə ağır cavab veriləcək!

Anadolulular demiş, hodri, meydan! Buyursunlar...

Əkbər Qoşalı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ