Bazar günü günü, 15 noyabr 2026
     

Əliyev bir daha "Ərdoğan olmayan yerdə Türkiyə üçün mən varam" nümunəsi göstərdi - ermənilər konstitusiyanı dəyişməlidir

Image


Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəməsi barədə suala cavabında bildirib ki, müharibədən əvvəl və sonra Ermənistan rəsmiləri tərəfindən çoxlu sayda təzadlı, yanlış və yalan bəyanatlar olub:

“Biz saatlarla belə nümunələr göstərə bilərik. Biz şəhərləri, kəndləri azad edərkən onlar bizim şəhərlərimizi yenidən işğal etdiklərini bildirirdilər. Biz azad edilən şəhərlərimizdə bayrağımızı yüksəltdikdə onlar bunu inkar edirdilər. Yəni ağa qara, qaraya ağ demək onların xarakteridir. Ona görə də, açığı, onlar hər hansı açıqlama verəndə biz bunu ciddiyə almırıq”.

Prezident bildirib ki, analiz etmək, dəqiqləşdirmək lazımdır: “Söhbət bir yalanın, gerçəkləşməyən arzuların, xəyalların və təxribatın sintezindən gedir. Bugünkü Ermənistan budur. Biz deyəndə ki, Ermənistan uğursuz dövlətdir, beynəlxalq aləmdə bunun adı da var - "failed state", bunu demək istəyirdik. Hər dövlətin dövlətçilik simvollarından biri də məsuliyyətli davranmaqdır, lakin Ermənistanın timsalında bunu görmürük. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına gəlincə, əlbəttə, biz bütün bölgədə sülh olmasını istəyirik. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platformasının bunun ən gözəl yolu olacağını düşünürəm. Lakin Ermənistan hələlik bunu qəbul etmir. İndi Türkiyə Prezidenti də bildirir ki, Ermənistana şans verilir. Bu təşəbbüsü Azərbaycan, Rusiya, İran dəstəklədi, Ermənistan isə buna qarşı çıxır. Buna qarşı çıxan Ermənistan indi Türkiyə ilə münasibətlərini normalaşdırmaq istədiyini bəyan edir. Əgər normallaşdırmaq istəyirsənsə, ilk olaraq bu təklifə müsbət cavab ver. Əks təqdirdə, burada yenə ziddiyyət yaranır, anlaşılmazlıq ortaya çıxır. Əlbəttə, əgər nə zamansa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşarsa, o zaman analiz etmək daha asan olacaq. Siz də bilirsiniz ki, Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var. Bundan vaz keçməlidirlər. Öncə konstitusiyalarını yenidən hazırlayıb qəbul etməlidirlər. Ermənistan kimi gücsüz və tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi böyük ölkəyə qarşı necə torpaq iddiası irəli sürə bilər? Bu, psixoloji xəstəliyə bənzəyən bir şeydir, bundan vaz keçməlidirlər”.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı da ərazi iddialarından vaz keçməli olduğunu vurğulayıb: “Azərbaycanla münasibətlərini normallaşdırmalıdırlar. Türkiyənin hər zaman bölgədə sülh və genişmiqyaslı əməkdaşlığa tərəfdar olduğuna əminəm. Bu gün də belədir. Türkiyədən çox müsbət siqnallar gəlir. Amma Ermənistanda bunun doğru dəyərləndirilməsi lazımdır. Təəssüf ki, savaşdan, İkinci Qarabağ savaşından öncəki 2 illik dövrdə Azərbaycan tərəfindən verilən müsbət siqnallar orada yanlış anlaşıldı, gücsüzlük, zəiflik olaraq qəbul edildi. Əslində isə biz qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və problemi güc yolu ilə həll edə biləcəyimizi bilirdik. Ermənistan isə buna inanmırdı. İndi də gec deyil. Yeni yaranan reallığı düzgün qavrasın, bu reallığa görə addımlar atsın, xəritəyə baxaraq öz yerini orada tapsın, əgər tapa bilərlərsə, bir nöqtədirlər və buna uyğun addımlar atsın. Bu halda bölgədə genişmiqyaslı əməkdaşlıq mümkün ola bilər. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, onların bir çox addımları irrasional addımlardır. Yəni gerçəklikdən uzaq, hər hansı bir mifologiyaya, xəyallara və gerçəkləşməyən arzulara əsaslanan bir yanaşmadır. Bunu da siyasət aləmində doğru analiz etmək çox çətindir. Hər halda, tibbi baxımdan analiz edilərsə, daha doğru olar”.

Maraqlıdır ki, Paşinyanın Ərdoğanla görüşmək təklifinə Türkiyə prezidenti Azərbaycanla bağlı öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməsindən sonra bunun mümkün ola biləcəyini deyib. Azərbaycan Prezidenti isə Türkiyə ilə bağlı problemi qaldırıb və Ermənistanı konstitusiyasına düzəliş etməyə çağırıb. Bu bir daha sübut edir ki, hər iki ölkə rəhbəri bir-birinin problemini qaldırmaq, ifadə etmək kimi yaxınlığa malikdirlər. Hətta bəzi platformalarda Türkiyə iştirak etməyəndə İlham Əliyev qardaş ölkənin əvəzindən ittihamlara cavab verib. Bütün bunlar nəyin göstəricisi sayıla bilər?

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan bəyanat verir, ancaq real addım atmır: “Prezident doğru olaraq qeyd etdi ki, indiyə qədər belə təklifləri çox eşitmişik. Ermənistan çıxılmaz vəziyyətdədir. Yaranmış yeni reallıqlar fonunda onun özünü inkişaf etdirmək şansı yaranıb. Bunun üçün müəyyən addımlar atılmalıdır. Əvvəlcə sərhədlərimizin dəqiqləşməsinə mane olunmamalıdır. Sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsini imzalamalıdır. Bunları etmirlər. Onlar istəyir ki, həm bütün qonşularına qarşı ərazi iddialarından vaz keçməsinlər, həm də həmin ölkələrlə iqtisadi əlaqələr qursunlar. Tamamilə rəzil günə düşmüş bir ölkə yenə də öz sərsəm ambisiyalarından vaz keçmir. Ərdoğan  onların Türkiyə ilə əlaqələr qurmaq istəyinə “gedin dəhlizi açın” kimi cavab verdi.  Prezident Əliyev isə ermənilərə təklif etdi ki, konstitusiyalarını dəyişsinlər. Çünki həmin sənəddə Türkiyəyə qarşı açıq ərazi iddiaları var. İki qardaş ölkə prezidentlərinin bir-birinin problemlərini ifadə etməsi qarşılıqlı etibardan, güvəndən irəli gəlir. Bəli, biz dəfələrlə şahidi olmuşuq ki, İlham Əliyev “Türkiyə burada yoxdur, mən varam” prinsipi ilə addım atıb. Qardaş ölkəyə yönələn ittihamlara cavab verib.  Bütün bunlar sübut edir ki, bu iki ölkənin dostları və düşmənləri eynidir. Ermənistan və onun havadarları bundan ciddi nəticə çıxarmalıdır. Bilməlidirlər ki, regiondakı yeni reallıqları bu iki ölkə birgə yaradıb. Bizim iştirakımız olmadan heç bir layihə bu coğrafiyada reallaşa bilməz. Ermənistan nələrinsə üstündən atlanıb irəli düşmək istəyir. Ancaq bilməlidir ki, bütün bu proseslər addım-addım və ardıcıl olmalıdır. Bəli, Ermənistan əvvəlcə ana qanununu dəyişməlidir və Türkiyəyə olan ərazi iddialarından əl çəkməlidir. Bunun ardınca isə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Biz bu iddiaları özündə saxlayan Ermənistanı gücləndirib, sonra yenə özümüzə qarşı qaldırmaq istəmirik”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ