Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanla sərhəddə İranın hərbi təlimlərinə heç bir əsas yoxdur - Azərbaycan Prezidentinin təkzibolunmaz arqumenti...

Image


“İranın sərhədlərimiz yaxınlığında hərbi təliminə gəlincə, bu çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqilliyimiz müddətində belə hadisələr olmamışdı. İlk olaraq söyləməliyəm ki, hər ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren haqqıdır. Buna kimsə söz deyə bilməz. Ancaq bunu bir zaman çərçivəsində təhlil etdikdə bunun heç vaxt olmadığını görürük. Niyə məhz indi və niyə bizim sərhədlərimizdə?”. Bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib.

Prezident eyni zamanda bildirib ki, bu məsələ Azərbaycan cəmiyyətini narahat edir. “Həmçinin sual olunur ki, nə üçün işğal dövründə (1993-2020-ci illərdə, Azərbaycan ərazisinin bir hissəsi işğal altında olarkən – İ.S) həmin rayonda hərbi təlim keçirilmirdi? Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu zaman nə üçün hərbi təlim keçirilmirdi? Nə üçün biz bu torpaqları işğaldan azad etdikdən və 30 illik işğala son qoyduqdan sonra bu edilir? Bunlar qanuni suallardır”, - dövlət başçısı vurğulayıb.

İlham Əliyev əlavə edib ki, Azərbaycan bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir durumun olmamasını istəyir:“Bir daha qeyd etmək istəyirəm, Azərbaycan burada da çox məsuliyyətli və ölçülü davranır. Ümid edirəm ki, bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiya müvəqqəti xarakter daşıyır”.

  • “İran Azərbaycan torpaqları işğal altında olduğu dövrdə müsəlman həmrəyliyi göstərib hərbi təlimlər keçmək, Ermənistana qarşı sərt mövqe tutmaq əvəzinə ermənilərlə alverə qurşanmışdı...”

Tanınmış hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezidentin ünvanladığı suallar tamamilə yerindədir və haqlıdır. İranın bizim sərhədlərdə hərbi təlim keçməsinin cəmiyyət tərəfindən normal qarşılanmadığını və çoxsaylı suallar yartdığını deyən T.Eyvazov qeyd etdi ki, xalqımız bu təlimlərin arxasında çirkin niyyətlər dayandığını hiss edir. “Prezidentin ünvanladığı suallar doğrudan da bütün xalqımızı narahat edən, düşündürən, eyni zamanda çox haqlı suallardı. İnanmıram ki, cənab Prezidentin haqlı arqumentlərinin qarşına İran hansısa bir əsaslandırma çıxara bilər, çünki görünən dağa nə bələdçi.

Bəli, xalqımız tez-tez sual verir ki, nə üçün İran müsəlman dövlət kimi ermənilərlə alveri müsəlman qardaşlığından üstün tutur? İran Azərbaycan torpaqları işğal altında olduğu dövrdə müsəlman həmrəyliyi göstərib hərbi təlimlər keçmək, Ermənistana qarşı sərt mövqe tutmaq əvəzinə ermənilərlə alverə qurşanmışdı, alver edirdi, qanunsuz yollarla Azərbaycan ərazilərinə maşınlar göndərirdi. Bilirsiz ki, İran 30 il Qarabağa yemək, yanacaq, İran xalçaları, kürü və ən müxtəlif vasitələr daşıyır və öz məhsullarını “Arsax” markası ilə dünya bazarlarına çıxarırdı. İndi bizim sərhədlərimiz bərpa edildikdən sonra haqlı olaraq İran TIR-larının qabağı kəsildi, onlara qarşı konkret şərt irəli sürülməyə başladılar. Onlar da bundan cırnamağa başladılar. Azərbaycan bu məsələni diplomatik kanallarla İranın diqqətinə çatdırsa da, bu ölkə sanki saymazlıq etdi və əməllərini davam etdirməyə başladı. Bu halda Azərbaycan da haqlı olaraq İran TIR-larına qarşı qanunlarımız çərçivəsində tədbir gördü. Bu da İranı, sözsüz ki, qıcıqlandırdı və Azərbaycana öz hərbi gücünü göstərmək üçün bizim sərhədlərdə hərbi təlimə başladı. İran öz aləmində hesab edib ki, Azərbaycana artıq diplomatik yolla yox, hərbi təsirlər göstərməklə nələrsə əldə edə bilərlər, ona görə də hərbi təlimlər keçməyə başladılar, lakin heç nəyə nail ola bilmədi. Bunun da qarşılığında Azərbaycan və Türkiyə silahlı birləşmələri Naxçıvanda hərbi təlimlərə başladılar. İran o tərəfdə, Türkiyə və Azərbaycan hərbiçiləri bu tərəfdə hərbi təlimlər apararkən bilavasitə onların səviyyələri üzə çıxdı. İran tərəfi ötən əsrin 70-ci illərinin silahları ilə orada təlim keçirdisə, Azərbaycan və Türkiyə hərbi birləşmələri tam müasir texnologiyalarla təhciz olunmuş silahlarla, texnika ilə təlim keçirdilər”.

T.Eyvazovun sözlərinə görə, təbii ki, bütün  bunlar kimin hansı dərəcədə müasir müharibəyə hazır olduğunu göstərdi. Ekspert qeyd etdi ki, İran istər havadan müdafiəni, istər pilotsuz uçaqları, istərsə də xüsusi təyinatlılar birləşməsini  və sair bütün bunları, bu operativliyi görüb bildikdən sonra geri çəkildi: “İran bütün bunları gördükdən sonra geri çəkilməyə məcbur oldu və bəyan etdi ki, guya planlaşdırılmış hərbi təlimlər idi. Halbuki, belə deyildi. Ora gedən maşınlar da özəl şirkətlərin maşınları olub, bundan sonra belə hallar olmayacaq. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin diplomatik və siyasi uğurudur. Çünki bütün bunlar düşünülmüş və öz yaxın müttəfiqləri ilə birgə hərkətin nəticəsidir, yəni istər bu Türkiyə, istərsə də Pakistan olsun.

Azərbaycan bu ölkələr arasında nisbətən kiçik olduğuna görə düşünürdülər ki, Azərbaycana hansısa təsir vasitəsilə nəyisə qəbul etdirmək olar. Amma təbii ki, göründüyü kimi, Azərbaycan öz müttəfiqlərini seçməkdə səhv etmədi və bu dostluq, bu qardaşlıq ona gətirib çıxardı ki, əvvəl Rusiya, sonra da İran bizə qarşı mənasız təzyiqlərindən əl çəkməyə məcbur oldu”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ