Bazar günü günü, 15 noyabr 2026
     

Əliyevin 4 tribunadan mesajları, Zəfər Muzeyində "Dəmir Yumruq" - "Qoçu Nəcəfqulunun keçisini" ağıllandırın… - Aydın QULİYEV yazır...

Image


Son günlərdə Azərbaycan Prezidentinin kifayət səviyyədə mötəbər sayılan dörd kürsüdən ictimaiyyətimizə və dünya birliyinə ünvanlanmış təhlil, məlumat və mesajlarını şərti olaraq bir neçə istiqamətdə qruplaşdırmaq olar.

Bu, həm də ona görə, vacibdir ki,   müharibədən əvvəl və ondan sonra Azərbaycanın daxili və xarici siyasət elementlərinin bir-birini necə tamamladığına dair daha aydın mənzərə yaradır. Odur ki, Prezidentimizin BMT sessiyasında çıxışı, Rusiyanın "Naçionalnaya oborana" jurnalına və Türkiyənin "Anadolu" Agentliyinə müsahibələrində, habelə Anım Günündə xalqa müraciətindəki əsas fikirləri qısaca ümumiləşdirməyə çalışacam. Bu başdan deyim. Bütün ümumiləşdirmələrdən çıxan vahid fikir odur ki, həm müharibəyə qədər, həm də ondan sonra Azərbaycan hər şeyi düzgün etdi, zaman ötəndən sonra hansısa məqamda nəyəsə düzəliş etməyə heç bir lüzumun olmadığı hər kəsin görə biləcəyi şəkildə üzdədir. Elə Prezidentin özünün müharibə günlərində və bir il sonra eyni mətləblər barədə tam uyğun mövqelərdən çıxış etməsi də bunu sübut edir. Beləliklə, aşağıdakı istiqamətlər üzrə Prezidentin fikir və mülahizələrinin təhlili daha dəqiq nəticələr üçün ən qısa yol sayıla bilər.

Əvvəla, Prezident 4 mötəbər tribunadan bəzi dünya dövlətlərinin 44 günlük müharibəyə qədər Ermənistanın siyasətinə göstərdikləri münasibətin qeyri-dəqiq, yetərsiz, təsirsiz, hətta bəzi hallarda ziyanlı və təcavüzkar üçün təşviqedici rol oynadığını bir daha təhlil etdi. Prezident bu istiqamətdə hər kəslə mümkün qədər ədalətli olmağa çalışdı. Heç kimin haqqını aşağılamadı, Minsk Qrupu həmsədrliyinin heç bir effekt vermədiyini də, BMT-nin qətnamələrinin icrasında ikili standartlara yol verildiyini də, "üç həmsədr ölkə istəsəydi Ermənistanı məcbur edərdilər" kimi haqq olan sərt sözü də dedi, İƏT, AŞPA, Avropa Parlamenti və sair kimi qurumların Qarabağa dair qəbul etdikləri qərar və qətnamələrin öz müsbət rollarını oynadığını da ədalət xatirinə qeyd etdi. Bütün maraqlı tərəflərə ədalətli və ehtivalı münasibət Prezidentin hər 4 tribunada dediklərinin təsir gücünü artıran şəksiz faktorlardır. Prezidentin bu kontekstdə bütün maraqlı tərəflərə konkret və haqlı sözü bu oldu ki, "Sizlər Ermənistana layiq olduğu münasibəti göstərmədiyinizə görə 30 il gözləyəndən sonra bunu özümüz göstərməli olduq"…

İkinci, Azərbaycan Prezidentinin müharibədən sonra bu gün də bəzi dövlətlərin Ermənistana münasibətdə qeyri-adekvat və ziyanlı mövqe tutduğunu göstərən fikirləri də ümumi mənzərədə çox maraqlı görsənir. "Ermənistanı silahlandırmayın", "erməni faşizmi məğlub edilsə də hələ dirçəlməyə çalışır", "Ermənistanı sülh sazişinə məcbur edin", "Azərbaycan dayanıqlı regional inkişaf üçün bütün əməkdaşlıqlara hazırdır", "Azərbaycanın yaratdığı reallıqlarla barışın", "MQ kimi ölünü diriltmək fikrindən daşının" və sair bu kimi çağırışlar Azərbaycan Prezidentinin mövqe və anlayışlarının regional inkişafa və sülh tələblərinə tam uyğun olduğunu sübut edir. Bu istiqamətdə Prezidentin erməni dəstəkçilərinə qəti sözü budur ki, əgər "qoçu Nəcəfqulunun ərköyün çəpişini biz deyən haqq yoluna gətirsəniz tanıdığınız həmin "Dəmir yumruğumuzu" bir daha qaldırmaz və onu həmişəlik olaraq "Zəfər Muzeyimizə" təhvil verə bilərik.

Üçüncü, Azərbaycan lideri region dövlətlərinin hər birinin bizə və Ermənistana indiki  münasibətlərinin real mənzərəsini də çəkdi. Bu kontekstdə Prezident "Ermənistan öz konstitusiyasını dəyişməli və Türkiyəyə də ərazi iddiasından çəkilməlidir" deməklə bir daha nümayiş etdirdi ki, "Ərdoğan olmayan yerdə Əliyev, Əliyev olmayan yerdə isə Ərdoğan var" fəlsəfəsi sınaqlardan mətinliklə çıxdığı üçün yaşamaqda davam edir və edəcək.

Prezident İrana "Arazboyu hərbi təlimlər sizin nəyinizə lazımdır" mesajını və Azərbaycan -Rusiya münasibətlərini pozmağa çalışanlara gərəkli sərt mesajı da vaxtında verdi. Bu istiqamətdə Prezidentin hələ müharibə günlərində Putinlə necə sıx təmaslarda və daimi məsləhətləşmələrdə olduğuna dair fikirlərinə təkrar diqqət yetirmək kifayətdir.

Dördüncü, Azərbaycan Prezidentinin Qarabağın bərpa işlərinə ermənilərin də işçi qüvvəsi olaraq cəlb edilməsinin mümkünlüyü və gərəkliyi barədə reaksiyası Ermənistanın hədd tanımayan qisasçılığına baxmayaraq Azərbaycanın nə qədər inklüziv mövqedə olduğunu  nümayiş etdirir.

Beşinci, 44 günlük müharibənin hərbi taktiki tədqiqatçılarına yeni düşüncə materialları təqdim etmək baxımından da Prezidentin çıxışları diqqət çəkir. Bir daha baxın. Hərbi əməliyyat planlarının cəmi 5 qurumun rəhbərləri ilə müzakirəsi, planlarda gündəlik dəyişikliklər edilməsi, informasiya sızıntısı risqini azaltmaq üçün öncədən əməliyyata heç bir adın qoyulmaması, 2016-cı ildən sonra PUA-ların satın alınmasında vektoral dəyişikliklər taktikasına keçid  edilməsi, Ağdərə və Kəlbəcər istiqamətində bir neçə məntəqə ilk gündə azad ediləndən sonra ermənilər üçün anlaşılmaz planla əməliyyatların ağırlığının Füzuli-Hadrut bölgəsinə keçirilməsi, hərbi cinayətlərdən bacardıqca çəkinmək barədə orduya qəti tapşırıq verilməsi, cəmi iki günə yeni ordu korpusunun yaradılması və sairin hər biri ayrılıqda təhlillər tələb edən elementlərdir. Eyni zamanda, bunlar Anım Günü olan 27 sentyabra Azərbaycanın necə dolu bir məzmunla, Ermənistanın isə hansı məyusluq və xəcalət hissi içində gəldiyini göstərməklə çox maraqlı kontrast nümunəsi ortaya qoyur. Bir ildən sonra növbəti Anımda İlham Əliyevin təbii ki, yeni mesajları olacaq. Ancaq Ermənistanda indiki bədbin və sınqın ictimai-siyasi əhvali-ruhiyyənin necə dəyişəcəyini isə ancaq bu ölkənin başbilənlərinin Əliyevin mesajlarından necə nəticə çıxara biləcəkləri ilə görə bilərik...

Anımın ikinci ildönümünə doğru...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ