Bazar günü günü, 15 noyabr 2026
     

Müharibənin başlanmasından keçən bir il - Azərbaycanda və Ermənistanda tam fərqli əhval-ruhiyyə..

Image


İkinci Qarabağ müharibəsinin başlanmasından bir ilin ötməsi fonunda maraq doğuran əsas məsələ hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyidir. Azərbaycan və Ermənistanda məsələyə fərqli münasibət hökm sürür. Ölkəmizdə qazanılan qələbə böyük coşqu ilə qeyd olunur, azad edilən ərazilərdə genişmiqyaslı abadlıq-quqruculuq işləri görülür. Amma Ermənistanda vəziyyət fərqlidir.

Abadlıq-quruculuq işləri haqda danışarkən Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində qeyd edib: “Biz zaman itirmədən, müharibə bitər-bitməz hərəkətə keçdik. Bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün təkcə pul kifayət deyil. Mənbə, kadrlar, heyət, texniki vərdişlər, yetərlilik olmalıdır. Biz bütün gücümüzü səfərbər etdik. Elektriklə bağlı işləri ilin sonuna qədər tamamlayacağıq. Bütün bölgəyə elektrik veriləcək. Yol işləri də davam edir. Bunları hər şeydən əvvəl öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər qısa zamanda oraya dönə bilsin. Artıq birinci pilot kənd layihəsi Zəngilanda ilin sonuna, ya da gələn ilin əvvəlinə qədər hazır olacaq. Qarabağda yaşayan ermənilər də bunu görür. Çünki bizim televiziyalarımıza baxır, radiolarımızı dinləyirlər. Burada hansı işlərin görüldüyünü görürlər. Artıq bir neçə erməni bizim Şuşada hərbi mövqelərimizə gələrək onların da bu işlərə cəlb edilməsini xahiş edib. Bu da təsadüfi deyil. Onlar orada işsiz-gücsüz qalıb. İşsizlik, səfalət və ümidsizlik içərisindədirlər. Biz buna müsbət yanaşırıq. Amma bunun qanuni tərəfinin tam oturuşması lazımdır. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız olaraq qəbul edirik”. Baş verənlərlə bağlı BBC teleradiosunun hazırladığı materialda da maraqlı məqamlara diqqət edilir: “27 sentyabr 2020-ci ildə Qarabağda başlayan müharibə siyasətçiləri, diplomatları və aparıcı ekspertləri qəfil yaxaladı. Son 30 ildə bu region münaqişə zonası olaraq qalmaqda davam edirdi, amma Rusiya-Gürcüstan müharibəsindən və Ukraynanın şərqindəki savaşdan sonra postsovest məkanının qaynar nöqtəsi statusunu itirmişdi. 44 gün ərzində Azərbaycan ordusu 1994-cü ildən etibarən Ermənistanın nəzarətində olan ərazilərin böyük hissəsini tutdu, o cümlədən Qarabağın simvolik ürəyi hesab olunan Şuşa şəhərini də. Azərbaycan dağıdılanları bərpa etməklə kifayətlənmir, yeni yollar çəkir, mehmanxanalar tikir. Füzulidə tikilən beynəlxalq aeroport, demək olar ki, hazırdır.

Döyüşlərin dayandırılması, qaçqınların qaytarılması, tikinti - bütün bunlar sülh şəraitinin əlamətləridir. Geridə qalan bir ili diplomatiya baxımından ən aktiv dönəm kimi xarakterizə etmək olar. Azərbaycan və Ermənistan nümayəndələri əvvəlki illərdəkindən dəfələrlə çox görüş keçirdilər, iqtisadi əlaqələr və nəqliyyat kommunikasiyası kimi bəzi məsələlər ilk dəfə müzakirə olundu. Baş nazir müavinləri səviyyəsində yaradılmış işçi qrupun artıq 7 toplantısı olub. Hələ ki, bu danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Bütün görüşlər üçtərəfli formatda baş tutur - əvvəldən tərəfləri danışıqlar masasına dəvət edən Rusiyanın da iştirakı ilə. Aktiv üçtərəfli danışıqlar Qarabağın statusu ilə əlaqəli deyil. Rəsmi Bakı hesab edir ki, status məsələsi  həll olunub. Bildirilir ki, Dağlıq Qarabağın statusu məsələsi qapadılıb və artıq Dağlıq Qarabağ anlayışı yoxdur”.

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, politoloq Aleksey Naumov baş verənlərlə bağlı bildirir: “İndi deyə bilərik ki, Cənubi Qafqazın tarixi yeni mərhələyə keçib. İndi Azərbaycan iqtisadi və hərbi qüvvə toplayıb, müvafiq siyasi güc əldə edib, öz torpaqlarını öz əli ilə geri alıb və regionun aparıcı ölkələrindən birinə çevrilib. Nəticədə, bütün regionda qüvvələr nisbəti dəyişib. Biz başa düşürük ki, Cənubi Qafqaz tanınmayacaq dərəcədə dəyişib, Ermənistan arxa plana, Azərbaycan isə ön plana keçib. İndi Qarabağ mövzusu bağlanıb, Qarabağ daha heç vaxt işğal edilməyəcək”. Onun sözlərinə görə, Azərbaycan Vətən müharibəsinin başlanmasının birinci ildönümünü qarşılayır: “Qalib ölkə olan Azərbaycanın xalqı emosional, vətənpərvər yüksəliş mərhələsindədir. Bu, ölkənin özünü qüdrətli hiss etməsi üçün çox vacibdir. İndi Azərbaycanda həm iqtisadi və siyasi suverenlik, həm də ideoloji dəyərlər baxımından suverenlik tam bərqərar olub. Azərbaycan həm regional səviyyədə, həm də dünya səviyyəsində daha uzaqgörən, məsuliyyətli və qərarlar qəbul etməyə hazır olmalıdır. Region ölkələri və dünya dövlətləri sanki deyirlər: “Biz görürük ki, Azərbaycan özünü göstərir. Gəlin baxaq, o, regiona və dünyaya nə təklif edə bilər, özünü necə aparacaq”. Buna görə də Azərbaycan üçün böyük imkanlar və böyük məsuliyyət dövrü başlanır”. A.Naumovun fikrincə, Ermənistan öz məğlubiyyətinin başlanmasının ildönümünü tamam başqa ovqatda qarşılayır: “Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra hələ özünə gələ bilməyib, lakin onun özünə gəlməsi mümkün də deyil. Görünür, indi bu respublika yeni reallıqla barışmalı olacaq. Lakin təəssüf ki, Ermənistan beynəlxalq cəhdlərini davam etdirir, ənənəyə görə güclü olduğu sahələrdə, yəni intriqalar və beynəlxalq təzyiq sahələrində qarşıdurmanı davam etdirməyə çalışır. Ermənistan öz yaralarını yalayır və heç kəs ondan hər hansı qətiyyətli hərəkət və igidlik gözləmir. İndi ondan ötrü yeni dövr başlanır - cari məqamda özünün tarixi əhəmiyyəti ilə barışmaq və öz səhvlərinin nəticələrini qiymətləndirmək dövrü”.

Ermənistanın “Qraparak” qəzeti də əslində məsələyə eyni prizmadan yanaşır: “Son illərin bizim üçün ən çətin günü, ehtimal ki, 10 noyabr 2020-ci il tarixi idi. O vaxt göy üzü uçmuş kimi görünürdü və 44 gün ərzində bəslədiyimiz kiçik ümidlər baş nazirin bədbəxt bir sənədə imza atdığını öyrəndikdə yox oldu. Müharibənin dayandırıldığı, ancaq düşmən tərəfindən hərbi əməliyyatlarla işğal edilmiş ərazilərin deyil, ümidlərimizin və gələcəyimizin təslim edildiyi gün. O gün hamımız çox qəzəbləndik, amma qarşıdakı ayların daha çətin olacağını təsəvvür edə bilməzdik. Bilməzdik ki, döyüşmədən və itkilər vermədən belə itirməyə davam edəcəyik. Yeni əraziləri təhvil verməyə davam edəcəyik, hər addımda yanımızda düşmən bayraqları görəcəyik, vətəndaşlarımız yollardan girov götürüləcək, azərbaycanlılar Ermənistan ərazisini ələ keçirəcək və biz bunun öhdəsindən gələ bilməyəcəyik. Onları yurdumuzdan qovmaq üçün heç nə edə bilməyəcəyik. Üstəlik, bizə qarşı olan psixoloji və təbliğat hücumu davam edəcək. Şuşada keçirilən Azərbaycan bayramları və mötəbər hadisələr buna sübutdur. Onların Zəngəzura qarşı iddiaları olsa da, cəmiyyətin buna qarşı hansısa bir cavabı yoxdur. Erməni rəsmilərin sülh və blokadadan çıxarmaq təkliflərinə gəlincə, bu yalnız erməni xalqı üçün istehza və təhqirdir. Ərdoğan Paşinyanla ilkin şərtlərlə görüşəcək, amma Türkiyənin xarici işlər naziri Ermənistanın xarici işlər naziri ilə görüşməyəcək və Azərbaycanın icazəsi olmadan heç nə etməyəcək”.

Samirə SƏFƏROVA

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ