Bazar günü günü, 15 noyabr 2026
     

İranın nüvə, Yaxın Şərq və Azərbaycan siyasəti İsraili hiddətləndirdi...

Image


İranın nüvə proqramını davam etdirməsi ABŞ və İsraildə getdikcə daha çox narazılıqla müşayiət edilir. Artıq bu vəziyyətdə İrana qarşı hərbi əməliyyatlar məsələsi də yenidən aktuallaşıb. Bunu İsrailin Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi Gilad Erdanın açıqlamaları da təsdiq edir.

Daimi nümayəndə bildirir ki, Amerika və digər qlobal güclər, müzakirələr uğursuz olacağı halda, İrana qarşı alternativ planın üzərində düşünür. Onun sözlərinə görə, artıq atom razılaşmasının canlandırılması şansı getdikcə mümkünsüzləşir. Buna görə də, Amerika başda olmaqla, dünya gücləri İranın atom proqramını dayandırmaq üçün getdikcə daha çox “B” planı üzərində işləyir. Diplomat bildirib ki, İranın atom razılaşmasına qayıtmaması bu məsələyə dünya ictimaiyyətinin baxışını tamamilə dəyişdirəcək. Qeyd edək ki, İran son aylarda atom fəaliyyətini daha da genişləndirib. Dünya birliyi İranı atom silahı əldə etmək üçün atdığı bu təxribatçı addımlardan çəkinməyə çağırsa da, Tehran prosesi davam etdirir. Hətta bu günlərdə İran MAQATE inspektorlarının sentrofuq toplama mərkəzini ziyarət etməsinə izn verməyib. “Tayms of İsrail” qəzeti öz mənbələrinə istinadən yazır ki, MAQATE nümayəndələri İranla razılaşma çərçivəsində mərkəzdəki kameraları təmir etmək və yeniləmək istəyiblər. Amma İran buna qarşı çıxıb. Qəzet İranın MAQATE-yə niyə inspektorları mərkəzə buraxmaması barədə izahat göndərməyə hazırlaşdığını bildirib. İzahatda İran tərəfinin imtinanın təhlükəsizlik problemlərilə əlaqədar olduğunu açıqlayacağı vurğulanıb. Amma qeyd edilir ki, İran əslində nüvə silahı üzərində iş apardığından MAQATE nümayəndələrini sözügedən mərkəzə buraxmayıb. Bu da İsrail və ABŞ-ı ciddi narahat edir. İsrailin baş naziri Naftali Bennet isə İranın başqa bir əməlinə də diqqət çəkir. O qeyd edir ki, İran Yəmən, İraq, Suriya və Livandakı müttəfiq qüvvələrini pilotsuz təyyarələrlə təchiz etməyi planlaşdırır: “İran Yəməndə, İraqda, Suriyada və Livandakı əlaltılarını yüzlərlə, gələcəkdə isə minlərlə ölümcül pilotsuz təyyarə ilə silahlandırmağı planlaşdırır. Onlar bu öldürücü güc vasitəsilə Yaxın Şərq səmasını örtməyi planlaşdırırlar”. İsrailin baş naziri bəyan edib ki, İsrail buna, eləcə də İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcək: “İran göründüyündən də zəif və çarəsizdir. İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Birliyinin rəhbəri Lev Spivak bunlar fonunda Təl-Əvivin İrana hərbi zərbə ehtimalının artdığını qeyd edir: “Belə zərbələr mümkündür. Digər tərəfdən, İran İslam Respublikasının bir çox daxili problemləri var. Getdikcə daha çox narazı tələbələr var, qadın hüquqları uğrunda hərəkat yaranıb və iqtisadi problemlər daha da ağırlaşıb. Bəli, İran iqtisadi blokadanın öhdəsindən gəlir, ölkə tab gətirdi, amma iqtisadiyyata ciddi zərbə vuruldu. Bu, xüsusilə də azərbaycanlıların yaşadığı İranın şimal bölgələrinin timsalında aydın görünür.

Bundan əlavə, İsrailin İran ərazisində aksiyalar keçirdiyi heç kimə sirr deyil. Bu, nüvə stansiyasında təxribat, bizdə deyildiyi kimi, “sənədlər olan təyyarənin qaçırılması”dır. Bütün bunlar İran müxalifətinin köməyi ilə edildi. İranda hətta İsrailin bayraqları asılır, əvvəllər belə bir şey heç xəyala da gəlməzdi.Yaranmış daxili problemləri və qeyri-sabitliyi nəzərə alaraq, Tehran yeni ortaq xarici düşmən tapmağa çalışır. Hazırda buna “ideal namizəd” Azərbaycandır. İran Ermənistana yardımını gücləndirə, ölkədəki azərbaycanlıları daha da sıxışdırmağa başlaya bilər. Bu, bir çox daxili problemi həll edir. Xarici konturda isə İran bununla ərəb dünyasına “əzələ oyunu” göstərəcək, yəni “biz güclüyük, hələ nəsə edə bilərik”. Mən, əsasən İranın pulu ilə dəstəklənən Suriya, Livan, Qəzza zolağı kimi ərəb ölkələri və ərazilərindən danışıram. İsrailin müdafiə naziri Beni Qants Azərbaycanın adını çəkməsə də, açıq şəkildə bildirdi ki, Tehran indiki siyasətini davam etdirərsə, İsrail İranla müharibəyə başlayacaq”.

Bu arada xatırladaq ki, Prezident İlham Əliyev Türkiyənin rəsmi “Anadolu” Agentliyinə müsahibəsində İranın Azərbaycan, Qarabağ siyasəti barədə maraqlı fikirlər səsləndirib. Dövlət başçısı müsahibədə İran TIR-larının və yanacaq tankerlərinin Qarabağa qanunsuz yükdaşımaları ilə bağlı ilk dəfə danışıb, Tehrana xəbərdarlıq edib: “İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu TIR-lar müntəzəm olaraq ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat, əlbəttə ki, yox idi”. Dövlət başçısı qeyd edib ki, bununla bağlı İran tərəfinə diplomatik kanallarla narazılıq bildirilsə də, proses davam edirdi. İlham Əliyev baş verənləri İran tərəfinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyi adlandırıb: “Bunu nəzərə alaraq, biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Amma bu proses davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Bu söhbət, səhv etmirəmsə, iyul ayında oldu. Ondan sonra biz, təbii ki, bunu izləməyə başladıq, hər ayın sonunda bizdə məlumat toplanır, neçə TIR girdi, neçəsi çıxdı, nə gətirdi, nə apardı. Onların nömrə nişanlarına qədər bütün məlumatlar bizdə var. Bunlar mətbuatda dərc olundu. Amma sonra nə etdilər? İran TIR-larına Ermənistan nömrələri yapışdırmağa başladılar. Bu cür saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Elə bacarıqsız iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar var, aşağısında erməni nömrə nişanları. Onu da bildirim ki, eyni nömrə nişanlarını bir neçə maşının üstünə də yapışdırırdılar. Bu iş o qədər nizamsız görüldü ki... Bu da onu göstərir ki, bu işi davam etdirmək, amma pərdələmək istəyirlər. Belə vəziyyətdə, bir ay keçdikdən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi. Şikayətlər ona bildirildi və bu vəziyyətə son qoyulması xahiş edildi. Bu, avqustun ortalarında baş verən hadisədir. Ümid edirdik ki, buna son qoyulacaq. Amma 11 avqust-11 sentyabr arası tarixlərdə təxminən 60-a yaxın İran TIR-ı yenə qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunu önləmək üçün biz artıq praktiki addımlara keçdik. Bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanır. İlk dəfə şifahi xəbərdarlıq, ikinci dəfə nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd postu, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və nəticədə Qarabağa hərəkət edən İran TIR-larının sayı sıfra endi. Baxın, işi bu yerə gətirib çatdırmaq lazım idimi? Orada, Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki bölgədə cəmi 25 min adam yaşayır. Bu bazar bəyəm o qədər önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyün ölkəyə aşkar hörmətsizlik edəcək qədər önəmlidir? Əlbəttə, biz beynəlxalq konvensiyalarla və hüquqla təsbit edilən bütün imkanlardan istifadə etdik. Bəziləri deyir ki, sadəcə İran maşınlarından gömrük vergisi alırsınız. Biz indi xarici ölkəyə getdiyimizdə gömrük vergisi ödəyirikmi, ödəyirik. Onlar da Azərbaycan torpaqlarından istifadə edirsə vergi verməlidir”. 

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ