Bazar ertəsi ABŞ diplomatları Qarabağ mövzusu və Ermənistanla Azərbaycan arasında münasibətləri müzakirə etmək məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
“Sentyabrın 27-də dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçsinin birinci müavini Derek Hoqan və Avropa məsələləri üzrə Milli Təhlükəsizlik Şurasının baş direktoru Amanda Slout ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, Endrü Şofer və İqor Xovayev, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik ilə görüşüblər”, - Dövlət Departamentinin bəyanatında qeyd olunur.
Sənəddə qeyd olunur ki, onlar “2020-ci ilin noyabr ayından etibarən ilk dəfə ötən həftə BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə görüşünün keçirilməsində uğurlu yardımı müzakirə ediblər”.
Qarabağda hərbi əməliyyatların bərpasının ildönümü günü onlar “hər iki tərəfdən insan tələfatı ilə əlaqədar başsağlığı veriblər”
“Onlar vurğulayıblar ki, yalnız bütün həll olunmayan məsələlərin nəzərdən keçirildiyi hərtərəfli bəyannamə iki ölkə arasında münasibətləri normallaşdıra bilər və bu regionun xalqlarına birlikdə süklh şəraitində yaşamağa imkan yarada bilər”, - bəyanatda vurğulanır.
Həmçinin, Hoqan və Slout ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini və “Ermənistan və Azərbaycanın birbaşa dialoq vasitəsilə sülh prosesini bərpa etmək qətiyyətini” alqışlayıblar.
“Onlar Birləşmiş Ştatların digər həmsədr ölkələrlə işi davam etdirməyə sadiqliyi barədə bəyan ediblər ki, Ermənistan və Azərbaycana Dağlıq Qarabağla bağlı həll olunmamış məsələləri və ya bu səbəbdən meydana gələn problemləri, o cümlədən, saxlanılan, itki düşmüş şəxslər barəsində məsələləri və humanitar minatəmizləmə üzrə səyləri həll etsinlər”, - bəyanatda vurğulanır.