çərşənbə günü, 30 sentyabr 2026
     

Dastana dönən bir il - Hafiz Təmirov yazır...

Image


İkinci Vətən müharibəsi Ali Baş Komandanın və Ordunun xalq qarşısında hesabatı idi. 30 il düşmən tapdağında qalan torpaqların və ölkəmizin hər yerinə məcburi köçkün damğası ilə səpələnən soydaşlarımızın fəryadını dindirmək üçün  ölümlə üz-üzə gəlmək vaxtının çatdığı demək idi ötən ilin sentyabrı.

Bir il öncə heysiyyatımızla oynayan, “Gücünüz çatacaqsa, gəlin torpaqlarınızı alın”,- deyən köçəryanlara, sarkisyanlara, ohanyanlara və paşinyanlara dərs vermək üçün silahımıza da sarıldıq,  qəzəbimizə, nifrətimizə də.

Qələbəyə gedən yolun başlanğıcı səngərdə əsgərinə həyan olan general Polad Həşimovun şəhadəti oldu. Şəhid generalın səngərindən axışdı Azərbaycan xalqı kənd-kənd, şəhər-şəhər küçələrə, meydanlara. Vətən adlı bir canı yaşatmaq üçün 10 milyonluq xalq səs-səsə, nəfəs-nəfəsə, çiyin-çiyinə verdi. 30 il ruhumuzun, qəzəbimizin, hissimizin salındığı "lazım gələrsə" qəfəsini Ali Baş Komandanın hücum əmri darmadağın etdi.

“Sülh və danışıqlar yolu ilə Qarabağ məsələsi həll olunmalıdır”,- deyənlərə də dərs verməyin vaxtı çatmışdı.  Güllədən sürətli addımlarla doğulduğu torpaqlara yürüyənlərin dilindəki “Allahu əkbər” nidası  məqamı Allah qatında olanların   ruhuna salam idi.

Qafqazlarda ikinci bir Çanaqqala rüzgarı əsməkdəydi. Şuşa dağlarına canı dişində dırmanan və müqəddəs bayrağı Şuşa qalasına sancmaq üçün güllələrlə göz-gözə gələn bir ordunun əsgəri yıxılsa da, yaralansa da hədəfinə çatmaq naminə “Can vermərəm ölümə” deyirdi.

Əsl sahiblərinin isti nəfəsinə, doğma səsinə həsrət qalan torpaqların qoynunda   bir yuvaya belə daş olmayan yad daşlarını təmizləməyə gəlmişdi 30 il öncə anasının qucağında qarşlı aşırımlarda donan körpələr. “Sirli”, “sehrli”, adına "dastanlar" qoşulan düşmən ordusunu “Qır atımız, Dür atımız” olan bayraktarlar, haroplar pərən-pərən salmışdı.  

“Dəmir yumruq” hayastanı silkələyirdi. Sonun belə olacağını gözləmirdilər. Yerdən, göydən ölüm yağırdı Xocalını oda qalayanların üstünə. Gəncəyə, Bərdəyə, Şuşaya  atılan “İskəndər”ləri də köməklərinə çatmamışdı. Vaxtilə onlara “qorxma-qorxma” deyənlərin özləri də qorxurdular, ürkürdülər. Çünki qarşılarında illər öncə əllərdəki ov tüfəngləri belə yığılan, rəzil duruma salınan Azərbaycan deyildi. Boyu dünyadan görünən, bayrağı ucalarda dalğalanan bir ölkə və “İrəvan da, Zəngəzur da, Göyçə də tarixi Azərbaycan  torpaqlarıdır”,-deyən bir LİDER, “Müharibə bitməsin, döyüş davam etsin” nidası ilə Xəzərin sahilində Xəzərə dönən bir Xalq vardı düşmənlərin önündə. 

Xisləti ölümünə yol açan düşmən havadarlarının köməyi ilə işlənmiş ssenariləri işə salmaq istəsə də işə yaramadı. Çünki ruhuna, iliyinə “Mən Azərbaycanlıyam” nidası hopmuş hər bir azərbaycanlı-rus, ukrayn, ləzgi, talış, udun, yahudi, tat, inqloy və daha neçə-neçə Vətən sevdalıları torpağı qorumaq üçün ön sırada idilər. Məsciddə, Kilsədə, Senoqoqda Azərbaycan əsgərinə “Odda yanmaz, suda batmaz” olsun deyə dualar edilirdi. 

Hələ bayraqları demirəm, qardaşlaşan, doğmalaşan, dünyanı bölmək istəyənlərin görmək istəmədiyi, ancaq sevdasına mələklərin belə qərq olduğu şanlı bayraqları. Siyasət meydanında tək qalmadıq, təklənmədik. Özünü televiziya ekranlarının qəhrəmanı sananlar, çox dövlət başçılarını öz təbirlərincə desək “susduranlar” Müzəffər Ali Baş Komandanın səsləndirdiyi həqiqətlər, gətirdiyi arqumentlər qarşısında gülünc vəziyyətə qaldılar. Həqiqəti hayqırdı da, pıçıldadı da cənab Prezident.

Müharibənin ən qızğın çağlarında Xalqa səslənişində onun nə çəkdiyini bir Allah bilirdi, bir də özü. Vətən savaşının başlamasının ildönümü ilə əlaqədar Prezidentin Türkiyəli jurnalistlə müsahibə zamanı kövrəlməsi, yurd yanğısı ilə soydaşlarımızın Vətən nisgilini dilə gətirməsi Xalq, Dövlət naminə döyünən, onu daha da əzəmətli, yenilməz etmək üçün hər bir çətinliyə sinə gərən Dəmir Yumruq və kövrək ürək sahibinin səmimiyyətinin ifadəsi idi.

İtkisiz, şəhidsiz Qələbə qazanılmır, torpaq işğaldan azad olunmur, bu, hər kəsə bəllidir.

Biz qələbə qazandıq, biz qalibik! Bu qələbəni bizlərə bu gün adı dilimizdə əzbər olan, xatirəsini hörmətlə və ehtiramla yad etdiyimiz şəhidlərimiz, əlini, ayağını, gözünü, bir sözlə, sağlamlığını itirən qazilərimiz bəxş etdilər. 2020-ci ilin sentyabrıında Xalqımız Vətən dərsindən beş aldı və düşmənə elə bir dərs verdi ki, bunu tarix kitablarından Zəfər tariximizi oxuyan balalarımız öyrənəcəklər.

...Zəngəzur odumuza isinir. Kəlbəcərdən baxanda Göyçə üzümüzə gülümsəyir. Zaman gələcək ki, bizdən sonra gələnlərin “Biz bir can, bütöv Azərbaycanıq” nidası dünyanın hər yerindən eşidiləcək. O gün mütləq gələcək.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ