çərşənbə günü, 30 sentyabr 2026
     

Prezidentin xüsusi xəbərdarlığı və əsgərlərimizin hərbi cinayətlərdən tam uzaq qalması - müharibənin mübahisəsiz təzahürü…

Image


“…Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar...”

Bu fikirləri  Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində deyib.

Prezidentin hərbçilərə hərbi cinayətlər törətməməklə bağlı göstərişi müharibə günlərində özünü necə göstərdi, Azərbaycan əsgərləri buna necə əməl etdilər?

  • “Fakt budur ki, Azərbaycan qoşunları, hərbçiləri maksimum qaydada incəliklə hərəkət edərək, mülki insanların zərər çəkməməsi üçün əlindən gələni edirdi və buna nail də olurdu”

Siyasi şərhçi Rövşən Rəsulov bizimlə söhbətində bildirdi ki, Azərbaycan hərbçiləri Ali Baş Komandanın bütün əmr və göstərişlərini müzakirə etmədən, birmənalı olaraq qüsursuz şəkildə yerinə yetiriblər: “Qeyd edim ki, müharibə dövründə hərbi cinayətlərin törədilməsi məsələsi istər beynəlxalq konvensiyalara görə, istərsə də yazılmamış hərb qanunlarına görə qadağandır. Müharibə zamanı hərbi cinayət törədənlər, söz yox ki, həmin əməllərinə görə də cəzalandırılmalıdırlar. Biz bunu İkinci Dünya müharibəsindən sonra keçirilən həbri tribunalların arxiv sənədlərindən də görmüşük. Ümumiyyətlə, müharibənin də öz qanunları var və tərəflərdən biri bu qanunları pozursa, insani duyğularını vəhşiliklərlə əvəzləyirsə, demək belə insanlar bütün mənalarda ən ağır cəzalara ayiq görülməidirlər. Təəssüf ki, bizim də düşmənlərimiz vəhşilik cinahında yer alanlardandırlar və yalnız indi deyil, Birinci Qarabağ müharibəsi dövründə də, hətta ondan da əvvəlki müharibə zamanlarında erməni terrorçuları dinc əhali arasında kütləvi qətliamlar, soyqırımları törətməklə əslində necə məxluqlar olduqlarını sübuta yetiriblər. Bu barədə kifayət qədər informasiyalar, məlumatlar mövcuddur”.

R.Rəsulov qeyd etdi ki, bu dəfə də eyni hallar məhz düşmənlərimiz tərəfindən həyata keçirildi – dinc şəhərlərimiz ballistik raket atəşlərinə tutuldu, günahsız insanlarımız, körpələrimiz, qız-gəlinlərimiz şəhid oldular, halbuki, müharibə yüz kilometrlərlə uzaqda gedirdi və bu insanlarımızın, şəhərlərimizin hər hansı hərbi məsələlərə ümumiyyətlə aidiyyəti yox idi. “Artıq bildiyimiz kimi, bununla bağlı Azərbaycan Beynəlxalq insan haqları məhkəməsinə müraciət edib, iddia qaldırıb və inanırıq ki, Ermənistan rəhbərliyi öz murdar əməllərinə görə mütləq cavab verməli olacaq.

Bəli, çox düzgün xatırlatdınız ki, cənab Prezident İlham Əliyev Azərbaycan hərbçilərinə hərbi cinayətlərin törədilməməsi istiqamətində qəti tapşırığını vermişdi, hərbiçilərimiz də bu göstərişə əməl ediblər. Amma buna baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi hər cəhdində Azərbaycanın cavab atəşlərinin mülki ərazilərə endirilməsi yönündə ən çirkin əməllərə əl atırdı. Bunu isə sübut edən faktlar kifayət qədərdir. Təkcə müharibə vaxtı erməni qoşunlarının artilleriya, raket birləşmələrini qəsdən, bilərəkdən dinc əhalinin yaşadığı ərazilərdə yerləşdirmələri, mövqelərini məhz bu kimi yerlərdə qurmaları və bizə atəş açmaları faktlarını dəqiq lokasiya xəritələri ilə izlərsək, deyilənlərin nə qədər həqiqət olduğunu isbatlamış olarıq. İndi Ermənistan da guya Azərbaycanı eyniadlı məhkəməyə şikayət edib və düşünür ki, iddiaları onların istədikləri nəticəni verəcək. Amma kökündən yanılırlar. Azərbaycanın əlində elə faktlar, dəlillər, danılmaz sübutlar var ki, inanın, ermənilərin iddiaları qayıdıb onların özlərinə tərəf əks dayanacaq. Yəni fakt budur ki, Azərbaycan qoşunları, hərbçiləri maksimum qaydada incəliklə hərəkət edərək, mülki insanların zərər çəkməmələri üçün əlindən gələni edirdi və buna nail də olurdu. Lakin müharibə müharibədir və bəzən istəmədən arzuolunmaz hallar yaşanır. Yaşanıbsa da, bu günah bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olan məsələdir.

Onu da qeyd edim ki, bəli, bəzi hərbçilərimizin hisslərinə hakim ola bilməyərək hadisələr törətdikləri vaxtlar da olub. Onlar müvafiq qaydada cəzalandırılıblar. Bu isə bütövlükdə Azərbaycan ordusunun adına yazıla bilməz. Ona görə də düşünürəm ki, müharibə cinayətləri, müharibə vəhşilikləri birbaşa düşmənin üzərindədir və onlar buna görə mütləq cavab verəcəklər”-deyə R.Rəsulov şərhində bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ