Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərə Azərbaycanda səfərdədir. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi "Twitter"də qeyd edib.
Paylaşımda bildirilir ki, Milli müdafiə nazirinin müavini Bakıya səfəri çərçivəsində Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini ziyarət edib.