Bazar günü günü, 15 noyabr 2026
     

“Bakı Prosesi” barədə BMT-də səsləndirilən rəsmi bəyanat Ermənistan şovinizminə daha bir zərbə oldu...

Image


“...Biz Azərbaycanda multikulturalizmi bir həyat tərzi olaraq qoruyur və dəstəkləyirik. Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi” BMT tərəfindən güclü şəkildə dəstəklənir. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır”. Bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı deyib.

“Amma Ermənistanda faşizm, revanşizm kimi bəşəriyyətə qarşı olan məfhumlar dövlət siyasətinə çevrilib, bu da zaman-zaman Azərbaycan tərəfindən ifşa edilir”

AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin BMT-dəki son çıxışında dünya bir daha çoxmillətli, çoxkonfessiyalı, tolerant, multikultural Azərbayacan  haqqında ətraflı məlumat aldı. M.Zülfüqarlı hesab edir ki, Azərbaycanın bu mərtəbəyə çatmasında tarixi ənənələr, varislik prinsipləri xüsusi rol oynayıb. M.Zülfüqarlının sözlərinə görə, Azərbaycanda tolerantlıq, multikulturalizm bu gün peyda olmayıb, əsrlərdir ki, xalqımız bu keyfiyyəti, ali dəyəri daşıyır, nəsildən-nəslə ötürür. M.Zülfüqarlının fikrincə, Azərbaycan folklorunda da, klassiklərin yaradıcılığında bu örnəklər geniş ifadə olunub: “Prezident İlham Əliyevin BMT tribunasında səsləndirdiyi bu fikirlər böyük əhəmiyyətə malikdir. Azərbaycanın təşkilatçılığı və evsahibliyi ilə keçirilən mədəniyyətlərarası dialoq forumları nəinki regionda, eləcə də bütün dünyada humanitar, sülhü, barışı təşviq edən bir platforma kimi diqqətdədir.

Qeyd edim ki, Azərbaycanda olan iqlim şəraiti, multikultural, tolerant, dinc yaşayışın təmin olunduğu mühitin olması başqa xalqları da burada yaşamağa maraqlandırıb, onlara yaşamaq üçün imkanlar açıb. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan həmişə maraq dairəsində olub. Azərbaycan təbiəti, Azərbaycan cəmiyyəti tarixən başqa xalqlara həmişə qucaq açıb, hətta onları həyatda saxlayıb. Mən bunu niyə deyirəm? XIX əsrdə neft sənayesi meydana gələndə dünyanın hər yerindən insanlar çörək dalınca Azərbaycana, Bakıya gəlib, bura çoxlu insan axını olub. 1907-ci ildə “Yurddaş” qəzeti yazırdı ki, Bakı dünya proletariatının sərgisidir. Yəni dünyadan bütün xalqların nümayəndələri Bakıya çörək dalınca gəlirdi. XIX əsrə qədərki tarixə də baxsaq, tariximizdə ən müxtəlif hadisələr baş verib, işğallar yaşanıb, işğallardan sonra köçürülmə siyasəti baş verib... Ərəb işğalından sonra ərəblərin bizim ərazilərə köçürülməsi baş verib, rus işğalından sonra ruslar və ermənilər bizim torpaqlara köçürülüblər. Almanlar, yunanlar və başqa xalqlar da köçürülərək bizim ərazilərdə məskunlaşdırılıblar. Əvvəlki dövrlərdə də bura çox xalqlar köçüb gəlib, XIX əsrdə Azərbaycanda neft sənayesinin inkişafı da ölkəmizdə müxtəlif xalqların yaşamasını təmin edib, xalqların palitrasını bir qədər də genişləndirib. Amma əhalinin böyük əksəriyyəti əvvəlki dövrlərdə də, indi də Azərbaycan türklərindən ibarət olub. Bu prosesdə Azərbaycanda tolerantlıq mühiti, millətlərarası ünsiyyət mədəniyyəti formalaşıb. Azərbaycan xalqında olan qonaqpərvərlik hissi də bundan yaranıb. Azərbaycan xalqında olan bu ənənə bu gün də davam edir”.

M.Zülfüqarlının sözlərinə görə, multikultural, tolerant Azərbaycanla  monoetnik Ermənistanı heç cür müqayisə etmək olmaz. Ermənistanın çoxmillətli dövlət anlayışından çox-çox uzaq olduğunu deyən M.Zülfüqarlının sözlərinə görə, Ermənistanda hər hansı bir tolerantlıq nişanəsi yoxdur: “Azərbaycanda tolerantlıq, multikulturalizm həyat tərzidir və  xalqların bərabər, dinc, yanaşı, sülh içində yaşaması əsrlərin sınağından çıxmış bir ənənədir. Azərbaycanda yaşayan bütün xalqların dini inanclarına, milli kimliyinə hörmət və ehtiramla yanaşılır, ölkəmizdə məscidlərlə yanaşı Rus Pravoslav kilsəsi, Katolik kilsəsi, sinaqoqlar fəaliyyət göstərir, insanlar gedib ibadətlərini edirlər.

Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi” bu gün dünyanın bütün dövlətlərinin, beynəlxalq təşkilatlarının diqqətlə izlədiyi və dəyər verdiyi bir platformadır. Azərbaycan “Bakı Prosesi” ilə müsəlman dünyası ilə qeyri-müsəlman aləmi arasında etibarlı körpü rolu oynayan bir sülh, qardaşlıq platformasıdır, onun ümumbəşəri əhəmiyyəti misilsizdir.  XXI əsrdə qloballaşan dünyada Azərbaycanın mövqeyi tamamilə düzgün və nümunəvi bir mövqedir. Azərbaycanın multikultural dəyərlərə söykənən, sülhü, barışı, birgəyaşayışı təşviq edən siyasəti Ermənistanın qatı faşizm üzərində yürüdülən revanşizm siyasətini üstələyib. Bunun başqa alternatvi yoxdur. Ona görə də Azərbaycanın nüfuzu get-gedə artır, Azərbaycan həqiqətləri dünyaya bizim haqlı mövqeyimizi müdafiə edən xalqlar, ölkələr daha da artır. Biz sosial şəbəkələrində görürük ki, nəinki bizim siyasətçi və tarixçilərimiz, hətta başqa xalqların siyasətçiləri və tarixçiləri də erməni faşizminə qarşı kəskin mübarizə aparır. Bu, Rusiya, yəhudi, Türkiyə, İtaliya və başqa tarixçi və siyasi icmalçılarının yazdıqlarından, çıxışlarından məlumdur. Bu da Azərbaycanda həyata keçirilən siyasətin nəticəsidir. Azərbaycanda keçirilən tədbirlərə gələn xaricilər bizim gücümüzü, siyasətimizi əyani şəkildə görür və bizim haqq işimizi müdafiə edirlər.

Amma Ermənistanda faşizm, revanşizm kimi bəşəriyyətə qarşı olan məfhumlar dövlət siyasətinə çevrilib, bu da zaman-zaman Azərbaycan tərəfindən ifşa edilir. Ermənistanda tolerantlığın, multikulturalizmin nə özü var, nə də adı. Uzun illərdir işğalçılıq və etnik təmizləmə, ayrıseçkilik siyasəti aparan Ermənistanda ermənilərdən başqa heç bir millətin, dinin nümayəndəsi yaşamır. Orada qalan azsaylı yezidi kürdlərini isə Ermənistan höküməti  öz dinlərini, milli kimliklərini dəyişməyə məcbur edib. Ermənistanda ermənilərdən başqa heç bir xalqın nümayəndəsi yaşamır, bu torpaqların əzəli sakinləri olan azərbayvanlılar isə 30 il  əvvəl öz ata-baba yurdlarından didərgin salınıblar. Ermənistan monoetnik dövlətə çevrilib və bu ölkədəki vəziyyət beynəlxalq təşkilatların hesatlarında da kəskin tənqid edilib. Ermənistan XXI əsrdə özünü monoetnik dövlət kimi təqdim edib, bu ölkənin milli, irqi, dini ayrıseçkiliyə yol verdiyi beynəlxalq təşkilatların hesabatlarında da əks olunub və dünyada Ermənistandan  başqa ikinci monoetnik dövlətin olmadığı təsdiqlənib. Orada nə ruslar, nə yəhudilər, nə gürcülər, nə azərbaycanlılar, nə də başqa xalqların nümayəndələri yaşayır”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ