Bazar günü günü, 15 noyabr 2026
     

"Beynəlxalq güclər Cənubi Qafqazda yaranmış yeni reallıqlarla hesablaşmalıdır" - Vüqar Rəhimzadə

Image


Ötən il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Zəfərimizlə başa çatdı. Sentyabrın 23-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda təqdim olunan çıxışı bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə istər 30 illik işğal, istərsə də postmünaqişə dövrü ilə bağlı ünvanlanan ciddi mesajları əks etdirir. Ölkə Prezidentinin çıxışında diqqət göstərdiyi əsas məsələ həm də dünyanın ikili standartlara söykənən siyasəti oldu.

Nəzərə alaq ki, 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onların daim üzvü olduqları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər 30 ildə bu qərar və qətnamələrə məhəl qoymur, beynəlxalq səviyyədə başlarına çəkilən sığala uyğun olaraq istədikləri vaxt danışıqlar prosesinə qatılır, istəmədikləri zaman da müxtəlif bəhanələrlə ondan yayınırdılar. 44 günlük Vətən müharibəsi münaqişənin həlli ilə bağlı 30 il davam edən danışıqların imitasiya naminə aparıldığını ortaya qoydu. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da göstərilən dəstəkdən irəli gəlirdi. Dövlət başçısı nitqində xatırlatdı ki, ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışımda diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltmişdim.

Azərbaycan Ordusu düşmənin bütün bu planları alt-üst etdi, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ən əsası illərdir yaradılan «güclü erməni ordusu» mifi darmadağın edildi. Dünya Azərbaycan Ordusunun məğrurluğunun, yenilməzliyinin şahidi oldu".

Baki-xeber.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev qeyd olunan çıxışında ermənilərin illərdir törətdikləri təxribatları, faciələri rəqəmlər və faktlar əsasında illik ümumi müzakirələrin iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, 30 illik işğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub: "Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülüb. Onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür".

Vətən müharibəsi dövründə Xocalı faciəsinin davamı olaraq Gəncə, Bərdə, Tərtər və sair yaşayış məntəqələrimizdə terror aktları törədildiyini, insanlıq əleyhinə yönəlmiş bu cinayətlərə sivil dünyanın yenə də seyrçi qaldığını vurğulayan Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, bunlara göz yummaq, ədalət prinsipini arxa plana keçirib öz maraqlarına uyğun mövqe nümayiş etdirmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir: "Amma bu reallıq dünya gücləri tərəfindən unudulurdu ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nın sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir".

"Dünyaya səs salan Zəfərimiz, işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vandalizm aktları mənfur düşmənin əsl simasının təqdimatında mühüm rol oynayır" söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi və dini abidələrimizi yerlə-yeksan edib guya azərbaycanlıların Cənubi Qafqazda gəlmə xalq olduğunu "sübuta yetirmək" kimi mənfur niyyətini ortaya qoyan ermənilər 44 günlük Vətən müharibəsi, həmçinin müharibədən sonrakı dövrdə həqiqətlərin qarşısında aciz duruma düşdüklərinin fərqindədirlər. Ona görə ki, İkinci Qarabağ müharibəsi zamanı erməni cəlladlarının Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktları tarixə XX əsrin dəhşətli faciəsi kimi daxil olan Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı şanlı tarix, həmçinin Ermənistana və ona havadarlıq edənlərə keçilən tarix, hüquq və qürur dərsi 30 ilin ikili standartlara əsaslanan siyasətinə verilən cavab oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da, məsələnin həllinin 30 il uzanmasının səbəbi kimi dünyanın ikili standartlar siyasəti daim təhlil olunur, hazırda "fəallaşmaq" istəyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu gedişlərinin arxasında hansı maraqların dayandığı əsaslı şəkildə diqqətə çatdırılır: "Bəzi beynəlxalq güclər tərəfindən hələ də "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinin işlədilməsi də Ermənistanın guya münaqişənin həll olunmaması ilə bağlı səsləndirdiyi sərsəm bəyanata dəstəkdir. Amma istər işğalçı dövlətdə baş qaldırmaq istəyən revanşist qüvvələr, istərsə də onlara dəstək verməyə səy göstərən aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar dəmir yumruğun bu gün də yerində olmasından xəbərdardırlar. Azərbaycan Ordusu Ermənistana lazım olduğu yeri göstərdi. 30 ilə yaxın dövrdə işğalçılıq siyasəti, eyni zamanda, bu və ya digər dövlətlərin maraqlarının ifadəçisi olmaq missiyasını yerinə yetirməsi ucbatından bütün qlobal enerji layihələrindən kənarda qalan Ermənistanda Vətən müharibəsində tarixi Zəfərimizdən sonra yaşanan siyasi və iqtisadi gərginliklər təcavüzkar dövlətin rəhbərliyini ciddi düşündürməlidir. Bu gün Ermənistan Azərbaycan dövlətinin təklif etdiyi təkmil sülh modelini dəstəkləməklə, sülh müqaviləsinə imza atmaqla düşdüyü vəziyyətdən çıxmaq imkanı qazanar. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bu bəyanatı da səsləndirir ki, Azərbaycanın sülh təklifi masa üzərində əbədi qala bilməz".

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, illər ərzində hökm sürən cəzasızlıq mühitindən ruhlanan işğalçı dövlətin rəhbərləri təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdilər: "Bir tərəfdən imitasiya naminə danışıqlar aparılırdı, digər tərəfdən işğalçıların açıq-aşkar məsələnin sülh yolu ilə həllində maraqlı olmadıqlarını təsdiqləyən faktlar aşkarlanırdı. Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlər, tunel və bunkerlərdən ibarət istehkamların qurulması sübut edirdi ki, Ermənistan heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində deyildi. Ermənilər sadəcə bu niyyətlərini həyata keçirmək üçün illərdir imitasiya naminə danışıqları davam etdirir və bununla vaxt qazanmağa çalışırdılar. Amma bu vaxtı uzatmanın sonu Azərbaycan üçün möhtəşəm Qələbə, Ermənistan üçün isə acı məğlubiyyətlə nəticələndi. Bu, işğalçılığı, faşizm ideologiyasını həyata keçirdikləri siyasətin ana xətti kimi qəbul edən Ermənistana və onun dəstəkçilərinə ciddi dərs olmalıdır".

"Artıq müharibə bitib, münaqişə tarixə qovuşub, münasibətlərdə yeni səhifə açılıb" söyləyən Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və ölkə Prezidentinin bəyan etdiyi kimi, hər kəs bunu nəzərə almalıdır: "Azərbaycan qalib ölkə kimi diktə edən tərəfdir. Əminik ki, verdiyi hər bir vədini əməli işi ilə təsdiqləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində regionda dayanıqlı sülh, təhlükəsizlik və sabitlik bərqərar olacaq. Azərbaycan Zəfərimizin yaratdığı reallıqlara söykənərək regional sülhə və inkişafa töhfələrini davam etdirəcək, yeni əməkdaşlıq formatlarının yaradılması ideyası reallığa çevriləcək".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ