Bazar günü günü, 15 noyabr 2026
     

Əliyevin 76-cı sessiyada klassik hədəfi… "Azərbaycan buna məhkum idi"… - Aydın QULİYEV yazır...

Image


BMT-nin 76-cı sessiyasında Azərbaycan Prezidentinin çıxışı ilə tanış olanda 4 il əvvəl həmin kürsüdə Ermənistanın hazırda devrilmiş sayılan xuntaçı prezidenti Serj Sarkisyanın və bizim Prezidentin o zamankı çıxışlarını bir daha xatırladım. Həmin günlərdə bu hadisələrlə bağlı o zaman həqiqətən ictimai dairələrin təmsilçilərinin üzünə daha açıq olan İctimai Televiziyanın canlı yayımında yarım saat çıxış da etmişdim.

Sarkisyan Azərbaycanın guya "Arsax respublikasına" təcavüz etdiyi, atəşkəsi hər gün pozduğu, münaqişənin dinc yolla tənzimlənməsində maraqlı olmadığı, Qarabağın Azərbaycanın tərkibində olmasının mümkünsüzlüyü barədə danışdıqca, ona yox, onun bu kürsüdə "yer-göy" tanımayan yalanlarının bu qədər qol-qanad açmasına imkan verənlərə hiddətlənməli olurduq. O bir ermənidir, erməni prezidenti idi, yüz ildir dünyanın başını tovlaya-tovlaya gəldikləri yalanların çərçivəsindən çıxa bilməzdi. Bəs BMT-nin baş katibinə, Assambleya prezidentinə nə gəlmişdi ki, Sarkisyan "Azərbaycan Qarabağ ermənilərinə təcavüz edir" deyəndə diplomatik, ya da adi bir insani jestlə ona "bizim 4 qətnaməmizə düşmüş əraziləri bəs işğalda saxlayan kimdir" deyə soruşmadı. Sarkisyanın heç sözünü də kəsən olmadı. Həmin anlar ədalətsizliyin qurbanı olmuş Azərbaycanın yox, ədalətsizliyin qabağını ala bilməyən BMT-nin özünün zəiflik və miskinlik anları idi. Azərbaycan onu zəif və miskin duruma salmaq istəyənlərin cəzasını verdi, öz haqqını qaytardı, miskin vəziyyəti ilə tarixdə nə adla qalacağını müəyyənləşdirməyi isə BMT-nin öz ixtiyarına buraxdı...

BMT-nin 76-cı sessiyasında isə ayrı mənzərə gördük. Azərbaycan Prezidenti 44 günlük müharibə ilə Cənubi Qafqazdakı vəziyyəti dəyişdiyi kimi, BMT arenasında atmosferi də dəyişib. Ermənistan, onun yalançı başçıları, bir zamanlar yaratmış olduqları saxta və təcavüz üzərində qurulmuş reallıqlar sanki heç olmamışdı.

Prezident Əliyev dünyanın dövlət və hökumət rəhbərlərinin diqqətini kəmiyyət etibarilə çoxsaylı məsələlərə cəlb etdi. Onları ayrılıqda da, şərti qruplaşdırılmış şəkildə də nəzərdən keçirmək olar. Bütün hallarda aparılan təhlilləri birləşdirən vahid parametr odur ki, Əliyev dünyanın başbilənlərinin nəzərində sual doğura bilən hər hansı məqam buraxmadı.

Pandemiya, postpandemiya bərpa və dirçəliş işlərini bir anlığa kənara qoyaraq deyək ki, artıq tarixə qovuşmuş hesab olunan Dağlıq Qarabağ münaqişəsinin, BMT-nin ilk növbədə özünə lazım olan transformasiya-islahat zərurətinin əsas xətlərinin   çəkilməsində Prezidentin dəqiqliyi qəti şübhə doğura bilməz. 30 il əvvəllər Qarabağ münaqişəsi niyə başladı, Ermənistan necə təcavüz etdi və dünyanı üç on il necə yalanların məngənəsində saxladı, Azərbaycan öz haqqına doğru 30 illik mürəkkəb yolu hansı təmkinlə keçdi, Ermənistanın sülh imkanlarını ən son xəttə qədər məhv etdiyini dəqiqliklə necə təyin etdik, dinc yolun bütün işartıları məhv olandan sonra öz ərazimizdə əks hücum əməliyyatlarına necə başladıq, postmünaqişə dövrünün sülh quruculuğunun əsaslarını necə müəyyən etdik - bütün bunlar Əliyevin BMT-yə təqdim etdiyi "münaqişə və postmünaqişə konsepsiyasının" əsaslarını təşkil edən istiqamətlərdir.

Azərbaycan Prezidenti dünyaya anlatdı ki, 44 günlük müharibə tam qələbə ilə yekunlaşsa da, münaqişəni nəyin bahasına olursa olsun, müharibə yolu ilə həll etmək Azərbaycanın hədəfi deyildi və olmamışdı. Prezident inandırdı ki, Azərbaycan sona qədər hərbi yoldan qaçmağa çalışsa da, Ermənistanın on illər boyu davam etdirdiyi iki istiqamətdəki fəaliyyəti 27 sentyabrın başlanmasını şərtləndirdi. Birinci, Ermənistan torpaqlardan çıxmaq fikrində deyildi. İkinci, aramsız təxribatlarla özünə sərfəli status-kvonu əbədiləşdirmək istəyirdi. Prezident dahiyanə şəkildə isbat etdi ki, 2020-ci ilin 27 sentyabrında Ermənistanın sərhədlərdə törətdiyi hadisələr onun mümkün təxribatlarının ən son həddi idi və bunun cavabsız buraxılması öz haqqına doğru inamla siyasət aparan Azərbaycan üçün daha ağır nəticələr doğura bilərdi. Prezident 76-cı sessiyada videoçıxışının klassik hədəfini belə müəyyən etdi - "Azərbaycan Ermənistanın bacardığı ən sonuncu təxribatı sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatına çevirməyə sadəcə məhkum idi"… Azərbaycanın bütün sonrakı uğurları məhz bu taktikanın üstündə quruldu. Azərbaycanın söykəndiyi 27 sentyabr çıxış nöqtəsi o qədər möhkəm dayaqlara malik idi ki, hətta Ermənistanın yaxa-baca cıran müttəfiqləri, qardaşları da onu müdafiə edə bulmədi. Nə deyə bilərdilər?! Azərbaycan öncə bütün samballı beynəlxalq qurumların dəstək qətnamələrini əldə etdi, diplomatik müstəvidə özünə gərəkli olan bütün əsas üstünlükləri təmin edəndən sonra döyüş meydanında "tərifli erməni ordusunun" mifini dağıtdı. Müharibədən ötən aylar ərzində dünyanın bir dövləti, bir diplomatı "Azərbaycan nahaq müharibəyə getdi" demədi, deyə bilməzdilər, çünki Azərbaycan uğurlu hərbi əməliyyatlara çox tutarlı diplomatik, siyasi, beynəlxalq hüquqi əsaslar yarada bilmişdi. Baxmayaraq ki, müharibə günlərində BMT TŞ-nin 5 daimi üzvünün üçü Azərbaycana qarşı qətnamə qəbul edilməsinin cəmi bir addımlığından vurulub qaytarıldı. Tarix unudulmur. İndi Azərbaycan Prezidenti başda olmaqla bütün xalqımız TŞ-nin həmin üzvlərinin - Fransanın, Rusiyanın və ABŞ-ın haqqa gələrək bizdən üzr istəmələrini gözləyir. Axı onlar həmin anda Azərbaycan xalqının haqqına açıq xəyanət yolunu tutmuşdular. Birdən onların bu xəyanəti də baş tutmuş olsaydı?... Nə olacağını təsəvvür edirsinizmi?

Prezident Əliyevin BMT kürsüsündə "sonrakı güclü təsir" effektlərinə malik tezislərinin bir istiqaməti də dünyanın Ermənistanla hansı siyasəti aparması ilə bağlıdır. Prezident dedi ki, Ermənistan "əməkdaşlıqla qonşulara qarşı ərazi iddialarının arasında seçim etməlidir". Bu, Azərbaycan dövlət başçısının dünya liderlərinə "Ermənistanı buna yönəldin" mesajıdır. Tutarlı mesaj deyil?

Prezident dedi ki, Ermənistanda revanşizmin silahlandırılmasını dayandırmaq gərəkdir. Bu fikir tək Ermənistana yox, həm də onun bəzi müttəfiqlərinə digər dövlətlərin göstərməli olduqları siyasətin mahiyyətini təyin edir. Prezident Ermənistanla sülh sazişinin hansı prinsiplərlə imzalanmasının mümkünlüyünü də dəqiq göstərdi. Ermənistana yox, Ermənistanı saziş imzalamağa məcbur etməyə borclu olanlara göstərdi. Məgər Ermənistanın özbaşına buraxılacağı təqdirdə onun hər hansı saziş imzalamayacağını Azərbaycan Prezidenti bilmir?! Yaxşı bildiyi üçün məhz başqalarına deyir ki, Ermənistanı bəşəri dəyərlərin təntənəsi naminə səlahiyyətləriniz çərçivəsində sülhə məcbur edin. Bu mesaj da "sonrakı güclü təsir" effektinə malik deyilmi?

Azərbaycan Prezidentinin pandemiya ilə daha səmərəli mübarizə, postpandemiya bərpanın daha yaxşı getməsi, BMT-də əsaslı islahatların aparılması üçün göstərdiyi konkret təkliflərin hər biri geniş təhlillərə predmet ola bilər. Ancaq belə təhlillər aparmadan da demək olar ki, bütün bunlar birlikdə Azərbaycanın tək Qarabağ cəbhəsində yox, həm də BMT sferasında "Zəfər daşıyıcısı" olduğunu nümayiş etdirir.

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ