Bazar günü günü, 15 noyabr 2026
     

Əfqanıstandan Azərbaycana gəlmək istəyənlərin sayı artır...

Image


Dünyanın indi əsas diqqət mərkəzində olan Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Son hadisələrin gedişi burada yeni bir qanlı qarşıdurmanın başlanmaq üzrə olduğunu göstərir. Buna səbəb "Taliban" hərəkatı ilə Pəncşir əyaləti arasında başlanan yeni savaşdır.

Qeyd edək ki, Əfqanıstanda ən mürəkkəb relyefə malik əyalət - 140 mindən çox əhalisi olan Pəncşir Kabildən çox da uzaqda deyil. Pəncşir ölkədə taliblərin nəzarətinə keçməyən yeganə əyalətdir. "Taliban", hətta 1990-cı illərdə Əfqanıstanda ilk dəfə hakimiyyəti ələ keçirilərkən buna nail ola bilməyib. Buna görə, əyalət coğrafi mövqeyi baxımından strateji əhəmiyyətə malikdir. Qeyd edək ki, əfqanların əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsud öz tərəfdarları ilə bu  vadiyə çəkilib. “Taliban”a tabe olmayacağını bəyan edib və yeni silahlı müqavimət hərəkatı formalaşdırıb. Prezident Əşrəf Qəni ölkədən qaçandan sonra Konstitusiyaya əsasən özünü qanuni prezident elan Əfqanıstanın vitse-prezidenti Əmrulla, keçmiş müdafiə naziri Bismillah Məhəmmədi, özbək əsilli digər əfsanəvi səhra komandiri, marşal Rəşid Dustum və onun oğlu, Əfqanıstan ordusunun “Taliban”a təslim olmayan bəzi bölmələri öz silah və texnikaları ilə Pəncşir vadisinə çəkiliblər. Beynəlxalq təhlilçilər qeyd edir ki, ötən 50 il ərzində məhz Pəncşir vadisi həm xarici, həm daxili düşmənlərə təslim olmayan yeganə vilayətdir. Vaxtilə sovet ordusu Pəncşir vadisinə hücum edəndə Əhməd şah Məsudun döyüşçüləri onları geri oturda bildi. Daha sonra sovet qoşunlarının çıxmasının ardından Pəncşir dərəsi Kabildə formalaşan hökumətə tabe olmadı. Ardınca isə Əhməd şah Məsudun və Rəşid Dustumun başçılıq etdiyi şimal alyansı “Taliban” rejiminə  və “Əl-Qaidə”yə qarşı mübarizənin önündə gedirdi. İndi də Pəncşir “Taliban”a təslim olmatyacağını bəyan edib. Əhməd Məsudun müqavimət ordusuna Rəşid Dustumun dəstələrindən 10 minə yaxın döyüşçü, Əfqanıstan ordusunun əsgərləri, həmçinin ABŞ-da və Böyük Britaniyada təlim keçmiş xüsusi təyinatlılar da qatılıb. Artıq "Taliban" yaraqlılarının Pəncşir əyalətinə hücumunu elan edib. Bu, Əfqanıstanda yeni qanlı savaşın başlanması anlamına gəlir. Belə vəziyyət bundan sonra da Əfqanıstandan böyük qaçqın axınının olacağı anlamına gəlir.

Hazırda əfqan qaçqınlar daha çox İran və Pakistana üz tutur. İran gömrüyünün rəsmi nümayəndəsi Seyid Ruhullah Lətifi bildirib ki, İran-Əfqanıstan sərhədindəki bütün keçid məntəqələri açıqdır və işlək vəziyyətdədir: “Milak sərhəd-keçid məntəqəsi də daxil olmaqla, Əfqanıstanla bütün sərhəd məntəqələri açıqdır, iki ölkə arasında ticarət sərhəd məntəqələri vasitəsilə həyata keçirilir”. İrana böyük sayda əfqan qaçqının daxil olması Türkiyəni ciddi narahat edir. Çünki onlar İran üzərindən Türkiyəyə daxil olur. Bu məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniya baş naziri Boris Conson arasında telefon danışığı zamanı da müzakirə olunub. Ərdoğan Türkiyənin Əfqanıstandakı prioritetinin vətəndaşların təxliyəsi olduğunu bildirib, uyğun şərtlər altında Kabil aeroportunun qorunmasının davam etdiriləcəyini qeyd edib: “Əfqanıstan və İranda lazımi tədbirlər görülməzsə, yeni miqrasiya dalğası qaçılmaz olacaq. Başda Avropa ölkələri olmaqla, hər kəs bu məsələdə həmrəylik nümayiş etdirməlidir”.

Hazırda “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə yiyələnməsi böyük köç dalğası yaradıb. Bu ölkənin vətəndaşları əsasən İrandan keçməklə Türkiyəyə üz tuturlar. Ərdoğan Əfqanıstandan ölkəyə 300 mindən çox qeyri-leqal miqrant daxil olduğunu təsdiqləyib. Bu fonda bir daha xatırladaq ki, 1990-cı illərdə Əfqanıstanda baş verən gərginlikdən sonra əfqan qaçqınlarının bir qrupu Azərbaycana da gəlmişdi. İndi də analoji hal gözlənilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev bildirib ki, Əfqanıstanda baş verən hadisələr fonunda təhlükəsizliyi ilə bağlı narahatlıq keçirən şəxslərdən bir neçə onlayn sorğu daxil olub. Yaxın tezlikdə onların sayının artması istisna olunmur. BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın milli sığınacaq proseduru ilə bağlı  həmin şəxslərə müvafiq məsləhətlər verib. E.Ağayevin sözlərinə görə,  Azərbaycanda ümumilikdə 1654 nəfər qaçqın və 162 nəfər sığınacaq axtaran şəxs var. Onlardan 1226 nəfəri Əfqanıstan mənşəlidir. 1133 əfqan qaçqındır,  93 nəfər isə sığınacaq axtarır. Əfqan qaçqınlarının əksəriyyəti Bakıda və paytaxta yaxın ərazilərdə yaşayır: “Əfqanıstan və digər ölkələrdən olan qaçqınların səhiyyə, məşğulluq və təhsil kimi əsas xidmətlərə çıxışı var. Lakin onların hələ də Azərbaycanda heç bir rəsmi hüquqi statusu yoxdur”. O bildirib ki, Azərbaycanın sığınacaqla bağlı qanunvericiliyində sığınacaq üçün edilən müraciətlərin sayının məhdudlaşdırılması ilə bağlı heç bir müddəa yoxdur. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri  Azər Allahverənov isə bildirib ki, əfqan qaçqınları əsasən Türkiyə və Avropaya üz tutur. Bununla belə, müəyyən bir qrupun Azərbaycana gəlmə ehtimalları da qalmaqdadır: “Taliban” hərəkatı geniş vüsət alan dövrlərdə hərbi əməliyyatlar keçirilən zaman Əfqanıstandan təxminən bir  milyon yarım qaçqın İrana sığınmışdı. Sonrakı illərdə “Taliban” və digər hərbi birləşmələr geri oturduldu, əfqan qaçqınlarının çoxu da geri qayıtdı. Amma müəyyən bir qismi İranda qaldı, onların arasında Avropaya gedib sığınacaq alanlar oldu. Əfqan qaçqınlar Azərbaycana da gəlmişdilər”.

Nahid SALAYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ