Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyada deyib ki, sərhədlərin delimitasiya və demarkasiyasının Qarabağ məsələsinə aidiyyatı yoxdur.
O ki qaldı sülh sazişi məsələsinə, İlham Əliyev bizə rəsmi təklif etməyib. Ancaq bu barədə mövqeyimiz belədir ki, Qarabağ məsələsi həll olunmayınca sülh sazişi imzalana bilməz. Münaqişənin hərtərəfli həlli üçün yeganə format isə Minsk Qrupu həmsədrləridir.
Göründüyü kimi, erməni məmur sülh sazişinin imzalanması məsələsində tam pozucu mövqe tutur və əslində bu, bütün hökumətin mövqeyidir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin guya saziş təklif etmədiyi barədə erməni məmurun dediyi həqiqətə qəti uyğun deyil.
Ramil QULİYEV