Bazar günü günü, 15 noyabr 2026
     

İtalyan jurnalist Gəncədə şahidi olduğu erməni vəhşiliklərindən yazdı - “...hətta qurbanların fotoşəkilləri də orada qalmaqda davam edir”

Image


İtaliyanın nüfuzlu “İl Giornale/İnside Over” qəzetinin müxbiri Emanuel Pietrobonun ölkəmizə baş tutan səfəri ilə bağlı həmin qəzetdə silsilə yazıları dərc olunmağa başlayıb. Jurnalist ilk yazısını Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması və onun nəticələri mövzusuna həsr edib.

“Gəncə qırğını, unutmaq olmaz” sərlövhəli məqaləsində jurnalist ötən ilin sentyabrın sonu noyabrın əvvəllərində Qafqazın yüksəkliklərində tarixin yazıldığını, son nəfərə kimi vuruşmaqla, bütün müttəfiqlərini səfərbər etməklə və əllərində olan hər silahdan istifadə etməklə, Bakı və İrəvanın Cənubi Qafqazda postsovet dövrünün sonunu sürətləndirdiyini və yeni, Sovet dövründən ötən bir dövrün əsasını qoyduğunu bildirir.

“Beynəlxalq münasibətləri izləyənlər bu paradiqmanın dəyişməsinin təsirlərini və nəticələrini tam olaraq yalnız qısa və uzunmüddətli perspektivdə anlaya biləcəklər, lakin bir şey artıq indidən, daha doğrusu, ötən noyabrdan bəri aydındır: İkinci Qarabağ müharibəsi Ermənistan istisna olmaqla, Azərbaycan və Türkiyə başda olmaqla bütün oyunçuların əllərindəki imkanları artırmaqla Cənubi Qafqazdakı proseslərə təkan verdi”, deyə jurnalist qeyd edir.

E.Pietrobon bildirir ki, münaqişədəki qələbə Bakıya fayda və üstünlüklər gətirib və gətirməkdə davam edir, lakin müharibə travmalarsız ötüşmədi. “Qeyd edilən itkilərlə, həmçinin bombardmanların gurultusu və döyüş görüntüləri ilə əlaqədar travmalar. Azərbaycanda Gəncə bombalanmaları və ya Gəncənin bombalanması kimi yadda qalan gözlənilməz və qanunsuz hücumların izi kimi qalan travmalar”, deyə jurnalist vurğulayır.

300 mindən çox əhalisi olan Gəncənin ölkənin ən xarakterik və mənzərəli yerlərindən biri olduğunu deyən jurnalist paytaxt Bakıda olduğu kimi, böyük şəhər olan Gəncənin düşüncədə dünyəviliyi, memarlıqda türkçülüyü və tarixdə qloballığı ilə Azərbaycan xalqının multikulturalizminin mükəmməl aynası və Qafqazın incisi olduğunu bildirir.

“Gəncə hərbi əməliyyatların əhatə olunduğu və Qafqazın açıq damarı olan qanlı Qarabağ torpaqlarında yerləşmir, ancaq bu fakt Gəncəni ötən il Azərbaycan və Ermənistanın apardığı 44 günlük müharibə zamanı qoruya bilmədi. Əksinə, Gəncə oktyabr ayında, toqquşmaların qızğın vaxtında ermənilər tərəfindən gözlənilmədən hədəf alındı və hələ də həmin günlərin travmasını özündə daşıyır”, deyə jurnalist qeyd edir.

İrəvanın müharibə psixologiyasından istifadə edərək qorxu yaratmaqla şəhərdən əhalinin çıxarılmasına nail olmaq istədiyini vurğulayan jurnalist bildirir: “Bəlli olan faktlar var : 4, 8, 10 və 17 oktyabr. Şəhərin Ermənistan işğalçı qüvvələrinin mövqelərindən atılan Scud tipli ballistik raketlərlə dörd gecə qəfil bombalanması heç də təsadüfi deyildir. 32 ölü və 125 yaralı ilə nəticələnən, ailələri məhv edən, bir neçə uşaq da daxil olmaqla günahsız dinc sakinlərin həyatını əlindən alan gecələr”.

Jurnalist qeyd edir ki, Bakı əsl müharibə cinayəti olan Gəncəyə hücumların qisası olaraq Füzulinin azad olunmasını sürətləndirdi, münaqişə ocağından kənarda yerləşən və xüsusilə də mülki şəxslərə aid olmasına görə ictimaiyyətin daha güclü birliyi və dəstəyinə səbəb olan bu məsələ Ermənistanın hərbi qüvvələrinin məğlub etdirilməsinə gətirib çıxardı.

“Bu gün, müharibənin bitməsindən doqquz ay sonra, azərbaycanlılar və turistlər qələbəni sözün həqiqi mənasında gözləri ilə görüb, ona əlləri ilə toxuna bilərlər, çünki şəhərlərdən kəndlərə, binaların divarlarından su şüşələrinə qədər üstündə gecə-gündüz görünən bir yazı var: Qarabağ Azərbaycandır. Hər yaş qrupunu və sosial təbəqəni əhatə edən, görünməmiş bir vətənpərvərlik hərəkatına səbəb olan, lakin bəzi yerlərdə, məsələn, Ermənistanın atəşinə məruz qalmış Gəncə məhəllələrində fərqli şəkildə yaşanan bir qələbə”, deyə jurnalist fikirlərinə davam edir.

“Çünki Gəncədə cəbhədən fərqli olaraq qurbanlar mülki şəxslər idi. Burada bütün ailə üzvləri ölən ailələr var, məsələn Şahnəzərli ailəsi kimi – ailə üzvlərinin sayı dörd nəfərdən birə - üç yaşlı bir qıza endirilmiş ailə. Burada 10 aylıq olan Narin Əsgərova kimi yeni doğulmuş körpələrin cəsədini tapdılar. Burada Nurəddin Ağayevdən (77 yaş) Nigar Əsgərovaya (17 oktyabr gecəsi həyatını itirdi, ertəsi gün 15 yaşı tamam olacaqdı) qədər hər yaşda insan qətlə yetirildi və yaşayış binalarından oyun meydançalarına qədər heç bir şey ballistik raketlərin və həmin bombaları atanların ölümcül amorallığından xilas olmadı”, deyə Emanuel Pietrobon xatirələrini bölüşür.

Jurnalist hazırda Gəncədə qələbənin havada olduğunu, amma əhval-ruhiyyənin fərqli olduğunu və Qarabağın azad olunmasının mötədilliklə qeyd olunduğunu bildirir. “Çünki burada baxmağa, dayanıb düşünməyə məcbur edən dağıntılar vardır. Burada, hər yerdən daha çox, yas tutmaq üçün məsum ölülər var”, deyə jurnalist vurğulayır.

O qeyd edir ki, Ermənistan ordusu bəlkə də Gəncədə törətdikləri ilə Füzulinin azad edilməsinin təsirini aradan qaldırmaq ümidi ilə psixoloji savaşın qorxunc potensialına həqiqətən inanırdı, bəlkə də hərbi yolla Azərbaycan xalqını mənəvi şəkildə ruhdan salmaq istəyi ilə vaxt qazanmaq istəyirdi, bəlkə də daha sadə desək, qorxu toxumları səpmək istəyirdi. “Başqa bir yolu da istisna etmək olmaz: münaqişənin Ermənistan ərazisinə qədər uzanacağını gözləmək. Çünki Azərbaycanın Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə təcavüzü Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını aktivləşdirmək istəyini doğrultmuş olardı. Kremlin rədd edə biləcəyi bir istək, lakin buna baxmayaraq, şübhəsiz ki, müharibənin qarşısını ala biləcək bir rol oynaya bilərdi”, deyə jurnalist bildirir.

Fikirlərinə davam edən E.Pietrobon bildirir: “O günləri yenidən nəzərdən keçirdikdə görünür ki, Paşinyan Gəncənin əhalisini boşaltmaq arzusundan daha çox, münaqişənin axarını dəyişmək üçün asimmetrik bir qisas alacağına əmin idi. Risqli bir hesablama, Gəncəyə raket hücumu Ermənistan üçün beynəlxalq humanitar hüququ pozduğuna görə ittihamlar yağışına, sonra isə məğlubiyyətə uğramasına səbəb oldu. Çünki Bakı müharibənin uzanması ilə əlaqəli risqləri, siyasi cəhətdən - KTMT-nin müdaxiləsi, iqtisadi cəhətdən davamlılığın təmini və hərbi cəhətdən daha geniş və müdafiə olunan bir döyüş sahəsindəki dronların effektivliyi kimi risqləri yaxşı bildiyi üçün, bu ağır travmanı stimullaşdırıcı bir hadisəyə çevirə bilərdi”.

Jurnalist məqaləsini bu fikirlərlə tamamlayır: “Bu gün, o qanlı oktyabrdan 10 ay sonra Gəncə normal həyatına qayıdır. Skudların zərbəsindən xarabalığa çevrilmiş binalar yeni binalarla əvəz olunmasını gözləyir. Hətta qurbanların fotoşəkilləri də orada qalmaqda davam edir və gələcəkdə də onları xatırlamaq, anmaq üçün orada da qalacaqlar”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ