Bazar günü günü, 15 noyabr 2026
     

Kreml İrəvandan üçtərəfli razılaşmaların icrasını tələb etməyə başladı

Image


“Nikol var olduğu müddətcə İlham Əliyev Ermənistandan həmişə istədiyini alacaq”. Belə bir açıqlama ilə erməni politoloq Qaqik Hambaryan çıxış edib.

O hesab edir ki, Azərbaycan rəhbəriinin Zəngəzura azərbaycanlıların qayıdışı ilə bağlı dedikləri də əbəs deyil: “Kəlbəcər rayonunda olmuş Azərbaycan Prezidenti Zəngəzur mahalını azərbaycanlılara qaytaracağını bildirmişdi, eləcə də tarixi Azərbaycan ərazisi olduğu üçün Vardenisi Basarkeçər adlandırmağa çağırış etmişdi. Bu, Xarici İşlər Nazirliyimizi və başqa dövlət qurumlarımızı maraqlandırmır?.. Onlar ya heç nə ilə məşğul olmurlar, ya da torpaqsız Nikolun tənqidçilərini və rəqiblərini həbs edərək ona xidmət edirlər”. Bu fonda erməni mediası yazır ki, Azərbaycanın qarşısında duruş gətirə bilmək üçün İrəvanın Moskvaya ümid bəsləməsi əbəsdir. Çünki Rusiyanı maraqlandıran əsas məsələ üçtərəfli razılaşmaların icrasıdır. Əslində, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da xüsusi olaraq vurğulayır.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsi Rusiyanın xarici siyasətinin qeyd-şərtsiz prioritetidir: “Bakı və İrəvanla ən yüksək və yüksək səviyyədə təmaslar mütəmadi olaraq həyata keçirilir. Yay dövründə Rusiya prezidentinin iyulun 7-də Ermənistanın baş naziri ilə, 20-də isə Azərbaycan prezidenti ilə görüşləri keçirilib. Xarici siyasət, müdafiə və sərhəd idarələri xətti ilə lazımi iş aparılır. Əlbəttə ki, səfirliyimiz fəal işləyir”. Zaxarova vurğulayıb ki, tərəflər məsələləri müzakirə edir və qərarlar verilir: "Bildiyiniz kimi, təhlükəsizlik məsələləri də daxil olmaqla, xüsusi həssaslıq nəzərə alınmaqla bəzi məsələlərin müzakirəsinin təfərrüatları heç də hər zaman ictimaiyyətə açıqlanmır. Çünki bu, davamlı nəticəyə nail olunmasına həqiqətən də mane ola bilər. Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli yaxşılaşmasının tərəfdarıdır və əlbəttə ki, biz bu mövqeyi, o cümlədən ən yüksək və yüksək səviyyədə Bakıya və İrəvana çatdırırıq. Hər iki tərəfi humanitar sahədə mövcud olan qarşılıqlı qıcıqlandırıcı amilləri ən qısa zamanda aradan qaldırmağa, "hər kəsi hər kəsə" formulu üzrə hərbi əsirləri və tam həcmdə mina sahələrinin xəritələrini dəyişməyə çağırırıq". Zaxarova ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb ki, uzunmüddətli həllin yolu sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqların başlanmasından keçir: "Biz bu prosesə lazımi məsləhət yardımı göstərməyə hazırıq. Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədr olduğu üçtərəfli işçi qrupuna gəldikdə, çox güman ki, artıq gördüyünüz kimi, onun avqustun 17-də fəaliyyətini bərpa etdiyi barədə məlumatlar dərc edilmişdi. İclas Moskvada keçirilib, müvafiq məlumatlar Rusiya Federasiyası Hökumətinin saytında yerləşdirilib. Biz məmnuniyyətlə qeyd edirik ki, tərəflər Cənubi Qafqazda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail oldular". Rusiyalı diplomatın dediklərini şərh edən erməni ekspert Ruben Torosyan qeyd edir ki, Kremlin fəaliyyəti Ermənistan üçün yaxşı heç nə vəd etmir: “Düzdür, Rusiyadan Bakıda da narazılıq var. Amma rusların fəaliyyət istiqaməti indi Azərbaycanın istəkləri ilə uzlaşır. Hər halda, Mariya Zaxarovanın açıqlamaları da bunu göstərir. Azərbaycan məhz üçtərfli razılaşmalar əsasında Zəngəzur dəhlizinin açılmasına can atır. Mariya Zaxarovanın dedikləri göstərir ki, bunu Rusiya da istəyir. Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədr olduğu üçtərəfli işçi qrupun fəaliyyətinin bərpası da Moskvanın istəyi ilə baş tutub. Proseslər Ermənitsanın lehinə inkişaf etmir”.

Beynəlxalq münaqişələr üzrə rus ekspert Yevgeni Mixaylov da bildirir ki, İrəvan, Zəngəzur dəhlizi də daxil olmaqla, üçtərəfli razılaşmaları yerinə yetirməlidir:  “Yalnız Cənubi Qafqazda sabitlik saxlanacağı təqdirdə, Zəngəzur dəhlizi region ölkələri arasında logistikanı yaxşılaşdırmağa imkan verəcək. Sabitlik isə yalnız rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur ediləcəyi təqdirdə bərqərar olacaq”. Ekspert qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması prosesini ləngitmək məqsədilə təxribatlara meyl etsə də, bu dövlət öz iqtisadiyyatı üçün bu qədər perspektivli olan belə bir layihədən imtina etməyəcək: “Çalışacaqlar ki, onların fikirlərinin də əhəmiyyət kəsb etdiyini nümayiş etdirsinlər və bu imkandan öz xalqları və dövlətləri naminə istifadə edəcəklər. Lakin güman edirəm ki, rəsmi İrəvan region üçün bu dərəcədə əhəmiyyətli layihənin tam icrası prosesini ləngitmək üçün bu və ya digər münaqişəni qızışdırmağın yolunu tapacaq. Buna hazır olmaq lazımdır, çünki təəssüf ki, Ermənistan rəhbərliyi öz ağlı ilə düşünmür, Qərbdəki tərəfdaşlarının yöndərləndirməsi ilə hərəkət edir”. Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin bütün Avrasiyanın yeni nəqliyyat layihəsinə çevrilməsi haqqında verdiyi bəyanat kifayət qədər əsaslandırılıb: “Bu dəhliz yeni avtomobil və dəmir yollarının yaranmasına səbəb olacaq, əvvəllər mövcud olmuş kommunikasiyalara ikinci nəfəs verəcək. Elə Ermənistanın özü üçün Rusiya və digər ölkələrlə birbaşa əlaqə qurmaq, o cümlədən Mərkəzi Asiya ölkələrinə maneəsiz şəkildə mal tədarük etmək imkanı yaranacaq”. Mixaylov vurğulayıb ki, regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş bütün təşəbbüslər dərin hörmətə layiqdir. Ekspert regionda yeni əməkdaşlıq formatlarının yaradılmasının vacibliyini qeyd edib: “İlham Əliyev tərəfindən təklif edilmiş “3+3” formatı və buna oxşar təşəbbüslər əhalinin rifahına və Cənubi Qafqaz regionu ölkələrinin təhlükəsizliyinə yönəlib. Əvvəlki formatlar köhnəlir və reallıqla ayaqlaşa bilmir, faktiki olaraq öz potensiallarını itirirlər. Dövlətlərarası səviyyədə yeni ünsiyyət formatları təklif etmək lazımdır”.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ