Bazar günü günü, 15 noyabr 2026
     

Sərhədə cəmləşən Azərbaycan ordusu Ermənistanda böyük xof yaratdı

Image


Bu günlərdə Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində prezident İlham Əliyevin verdiyi açıqlamalarla bağlı Ermənistanda hələ də çoxsaylı müzakirələr davam edir. Xüsusən də sərdəd məsələsi ilə bağlı Azərbaycan Prezidentinin dedikləri ermənilərdə böyük həyəcan doğurub.

Dövlət başçısının sərhəddə möhkəmlənməklə bağlı açıqlamalarını ermənilər qorxu ilə qarşılayır. Xatırladaq ki, bu xüsusda İlham Əliyev qeyd edib: “Biz Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik”. Bu fonda Ermənistanda hətta dövlət rəsmiləri belə etiraf edir ki, Azərbaycan üstün mövqedədir və ona qarşı çıxmaq çətindir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general-mayor Edvard Asryan bu xüsusda bildirir: “İstənilən dövlət üçün rəqib olan ölkəyə müxtəlif vasitələrlə təzyiq edilir. Rəqibin ordusuna da təzyiq göstərilməsi bu zaman adi haldır. Rəqib dövlətimiz olan Azərbaycan da eyni şeyi müxtəlif vasitələrlə bizə tətbiq etməyə çalışır”. Edvard Asryan təsdiq edib ki, mayın 12-dən etibarən Azərbaycanın yeni fəaliyyətləri başlayıb və qısa müddət ərzində Azərbaycan ordusu uğurlar qazanıb: “Azərbaycan Prezidentinin bəyanatları isə narahatlığımızı və sayıqlığımızı daha da artırır”. Erməni ictimai fəal Qurqen Avetisyan isə iddia edir ki, Azərbaycan Ermənistan sərhədlərinə hücum qoşunları toplayır: “İlham Əliyev, yəqin ki, Ermənistana maksimum təzyiq göstərməyə qərar verib. Bu məqsəd üçün o, Kəlbəcər rayonuna qoşunlar köçürür. Bu il ərzində erməni tərəfindən heç bir sərhəd müdafiə strukturu yaradılmayıb. Buna görə də İlham Əliyev Türkiyə-Azərbaycan quru sərhədinə sahib olmaq üçün hücum qoşunlarını ora daxil etmək və Kəlbəcər rayonunu Naxçıvan Muxtar Respublikasından ayıran 27 km torpağa nəzarət etmək qərarına gəlib. Ermənistan buna necə cavab verir? Hələlik heç bir şəkildə. Müxalifətin də səsi batıb”.  

Belə vəiyyətdə İrəvanın törətdiyi sərhəd təxribatları Ermənistan daxilində narazılıq yaradıb. Hesab edilir ki, bu halda Azərbaycanın cavab tədbirləri Ermənistanın daha sarsıdıcı məğlubiyyətinə səbəb ola bilər. Erməni hərbi ekspert Vaan Hambardzumyan qeyd edib ki, belə halda müharibənin ikinci mərhələsi başlayacaq. Lakin İrəvan buna hazır deyil. “Əriklər Ölkəsi” partiyasının lideri Zaruhi Postancyan isə qeyd ki, İlham Əliyev İrəvana necə nəzarət edəcəyinə dəqiq şəkildə qərar verib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin sərhədlə bağlı açıqlamaları da bundan xəbər verir. Erməni ictimai xadim Qriqor Qriqoryan Ermənistan hakimiyyətinə müraciət edərək qeyd edib: “O vəziyyətə çatdırmayın ki, döyüşmüş oğlanlar sizə qarşı silah götürsünlər. Sərhəd məsələsin həll edin. Yoxsa Azərbaycanın daha sərt hücumları qaçılmaz olacaq”.

Eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokundan olan millət vəkili Tadevos Avetisyan da bədbin proqnozlar verənlər sırasında yer alır. Onun sözlərinə görə, sərhəddə yaşanan gərginlik, ağır sosial-iqtisadi vəziyyət erməni əhalisi üçün böyük çətinliklər yaradır: “Ermənistan hökuməti son üç ildə sabit iqtisadi artımın əsasını qoya bilməyib. Hakimiyyətin yaxın illərlə bağlı vəd etdiyi minimum 7 faiz iqtisadi artım üçün Ermənistanda heç bir şərait yoxdur”. Deputat, iqtisadi artım yerinə, ölkəni inflyasiyanın gözlədiyini vurğulayıb. Avetisyana görə, iqtisadi artım vəd edən səlahiyyətlilər son üç il yarımdakı fəaliyyətlərinin nəticələrinə yenidən baxmalıdır:

“Ölkəni dar qrup maraqlarından çıxış edən populistlər yox, milli maraqları müdafiə edən peşəkarlardan ibarət bir komanda idarə etməlidir. Hazırkı şəraitdə isə qarşıya qoyulan vəzifə baxımından müəyyən bir geriləmə qeyd edilə bilər. Çünki eyni hökumət keçmişdə ikirəqəmli iqtisadi artım da vəd edirdi. İnvestisiya axını iqtisadi artımın əsas amillərindən biridir. Amma son illərdə onların həcmi sürətlə azalır. Həmçinin ölkədən kapital “uçuşu” var. Buna inflyasiyanın davamlı artması da əlavə olunur. Qorxularım var ki, vəd edilmiş 7 faiz iqtisadi artım əvəzinə 7 faiz inflyasiya əldə edəcəyik. Son 7 ayda maaşlar orta hesabla 5,4 faiz artıb, ərzaq məhsulları isə orta hesabla 3 dəfə artıb. Bu göstəricilər nəinki azalan iqtisadiyyatı xarakterizə edir, həm də əhalinin daha da yoxsullaşmasına yol açır”. Müxalif deputat hökumətin işsizliyi azaltma planlarına da şübhə ilə yanaşır: “Bu mərhələdə hakim komanda xalqı boş vədlərlə “doydurur”, bir müddət sonra isə vədləri yerinə yetirə bilmədikdə günahkar axtarmağa başlayacaqlar”. Tadevos Avetisyan qeyd edir ki, belə ağır vəziyyətdə Azərbaycanla yaşanan sərhəd problemləri insanları daha ümidsiz vəziyyətə salır və bu səbəbdən ölkəni tərk edənlərin sayı yenidən artır:”Bu, indi sərhəd zonasında yaşayan əhali ilə bağlı özünü daha qabarıq büruzə verir”.

Nahid SALAYEV

 

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ